GÖRKƏMLİ ALİMLƏR

Azər­bay­can­da müa­sir ri­ya­ziy­yat el­mi mək­tə­bi­nin ya­ra­dı­­cı­la­rın­­dan bi­ri­

Azər­bay­can­da müa­sir ri­ya­ziy­yat el­mi mək­tə­bi­nin ya­ra­dı­­cı­la­rın­­dan bi­ri­

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Qa­sı­mov Mi­rab­bas Göy­cə oğ­lu

Qa­sı­mov Mi­rab­bas Göy­cə oğ­lu 11 iyul 1939-cu il­də Şa­ma­xı ra­yo­nu­nun Nə­ri­­man­­kənd kən­din­də (in­di­ki Qo­bus­tan şə­hə­ri) ana­dan ol­muş­­dur. 1961-ci il­də M.V.Lo­mo­­no­­sov adı­na MDU-nun Me­xa­ni­ka-ri­ya­ziy­yat fa­kül­tə­si­ni bi­tir­­miş­dir.

O, 1964-cü il­­də Mosk­va­da “Şturm-Liu­vill tən­li­yi­nin iki spekt­rə gö­rə həl­li” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1967-ci il­­də “Öz-özü­nə qoş­ma və öz-özü­nə qoş­ma ol­ma­yan di­fe­ren­si­al ope­ra­tor­la­rın bə­zi mə­sə­lə­lə­ri” möv­zu­sun­da dok­­torl­­uq di­s­ser­­ta­­si­­ya­la­rını mü­­da­­fiə et­­miş, 1968-ci il­­də pro­­fes­­sor el­­mi adı­nı al­­mış, 1980-ci il­­də AMEA-nın müx­­bir üz­­vü, 1989-cu il­­də hə­­­qi­­­qi üz­­vü se­çil­­miş­­dir. Mosk­­va Fi­­zi­­ka-Tex­­ni­­ka İns­­ti­­tu­­tun­­da as­­­sis­­­tent (1964-1965) F.E.Dzer­­jins­­ki adı­­na Hər­­­bi-Mü­hən­dis­lik Aka­de­mi­ya­sın­da baş mü­əl­lim (1965-1968), Azər­bay­­can Döv­lət Uni­ver­si­te­tin­də pro­fes­sor (1968-1972), ka­fed­ra mü­di­ri (1972-2008), de­kan, rek­tor (1990-1992), AMEA-nın Ri­ya­ziy­yat və Me­xa­ni­ka İns­ti­tu­tu­nun şö­­bə mü­di­ri (1970-1976), Azər­bay­can Res­pub­li­ka­sı təh­sil na­zi­ri­nin bi­rin­ci müa­vi­ni (1989-1990) və­zi­fə­lə­rin­də ça­lış­mış­dır.

M.Qa­sı­mov Azər­bay­can­da müa­sir ri­ya­ziy­yat el­mi mək­tə­bi­nin ya­ra­dı­­cı­la­rın­­dan bi­ri­dir. Re­qul­yar Şturm-Liu­vill ope­ra­to­ru üçün iki spekt­rə gö­rə tərs mə­sə­­lə­ni tam həll et­miş, po­ten­sia­lın bər­pa­sı üçün ef­fek­tiv üsul ver­miş, sin­qul­yar hal­da növ­bə­lə­şən iki ar­dı­cıl­lı­ğın ey­ni bir ope­ra­to­run məx­su­si ədəd­­lə­ri ol­ma­sı üçün me­yar tap­mış­dır. Di­rak tip­li di­fe­ren­si­al tən­lik­lər sis­te­mi üçün spekt­ral ana­li­zin tərs mə­sə­lə­si­ni, həm­çi­nin eks­po­nen­si­al aza­lan po­ten­­si­al­lı öz-özü­nə qoş­ma ol­ma­yan ço­xöl­çü­lü Sre­din­ger ope­ra­to­ru üçün sə­pil­mə mə­sə­lə­­si­nin həl­li­nə gö­rə ay­rı­lış mə­sə­lə­lə­ri­ni tam həll et­miş­dir. Ver­di­yi üsul­­lar dün­ya el­mi ədə­biy­ya­tın­da onun adı­nı da­şı­yır.

İkin­ci tər­tib pe­rio­dik po­ten­si­al­lı ge­niş si­nif adi di­fe­ren­si­al ope­ra­tor­la­rın spekt­ral ana­li­zi­ni qur­muş­dur. Be­lə po­ten­si­al­lar dün­ya ri­ya­zi ədə­biy­ya­tın­da Qa­sı­mov po­ten­sia­lı ad­la­nır. Kel­dış ope­ra­tor dəs­tə­lə­ri­nin məx­su­si və qo­şul­­muş funk­si­ya­lar sis­te­mi­nin çox­qat tam­lı­ğı­nı və bu dəs­tə­lə­rin fak­tor­laş­dı­rıl­­ma­­sı­nı, mü­əy­yən si­nif tip­siz ope­ra­tor-di­fe­ren­si­al tən­lik­lər üçün Ko­şi mə­sə­lə­­si­nin kor­rekt­li­yi­ni gös­tər­miş­dir.

M.Qa­sı­mov 100-ə ya­xın el­mi işin mü­əl­li­fi­dir. 70-ə ya­xın fəl­sə­fə dok­to­ru və 15-dən çox elm­lər dok­to­ru ha­zır­la­mış­dır.

Ba­kı Döv­lət Uni­ver­si­te­tin­də Tət­bi­qi ri­ya­ziy­yat ka­fed­ra­sı­nın, Tət­bi­qi ri­ya­­ziy­­yat və ki­ber­ne­ti­ka fa­kül­tə­si­nin, Tət­bi­qi ri­ya­ziy­yat El­mi-Təd­qi­qat İns­­ti­tu­tu­nun təş­ki­li və in­ki­şa­fın­da müs­təs­na xid­mət­lə­ri ol­muş­dur.

1990-1995-ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin de­pu­ta­tı ol­muş­­dur. Ri­ya­ziy­yat­çı­la­rın üç bey­nəl­xalq konq­re­sin­də (Mosk­va – 1966, Nit­sa – 1970, Van­ku­ver – 1974) iş­ti­rak et­miş­dir.

Mosk­va Ri­ya­ziy­yat Cə­miy­yə­ti­nin üz­vü, Egey-İz­mir və Səl­cuq-Kon­ya Uni­ver­­si­­tet­lə­ri­nin fəx­ri dok­to­ru ol­muş­dur. “Aka­de­mik M.V.Kel­dış adı­na qı­zıl me­dal”ı ilə təl­tif olun­muş­dur.

Aka­de­mik Mi­rab­bas Qa­sı­mov 2008-ci il­də Ba­kı­ şəhərində və­fat etmişdir.