GÖRKƏMLİ ALİMLƏR

Ka­ta­li­tik kre­kinq sa­hə­sin­də el­mi nai­liy­yət­lə­ri ilə seçilən kimyaçı alim

Ka­ta­li­tik kre­kinq sa­hə­sin­də el­mi nai­liy­yət­lə­ri ilə seçilən kimyaçı alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Rüs­tə­mov Mu­sa İs­ma­yıl oğ­lu

Rüs­tə­mov Mu­sa İs­ma­yıl oğ­lu 8 may 1930-cu il­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Or­du­bad şə­hə­rin­də ana­dan ol­muş­dur. Azər­bay­can Sə­na­ye İns­ti­tu­tu­nu mü­hən­dis-tex­no­loq ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir (1952).

O,  1961-ci il­də  “Xır­da dis­pers ma­te­ri­al­la­rın “ya­rım bir­ba­şa” axı­nı­nı tət­biq et­mək və kon­takt-ka­ta­li­tik he­te­ro­gen pro­ses­lə­ri apa­rıl­maq üçün ye­ni yük­sək sə­mə­rə­li sis­tem­lə­rin iş­lə­nib ha­zır­lan­ma­sı” möv­zu­sun­da na­mi­zəd­lik, 1968-ci il­də “Ya­rım bir­ba­şa axın tip­li re­ak­tor­lar­da neft xam­mal­la­rı­nın ka­ta­li­tik kre­kinq pro­ses­lə­ri­nin təd­qi­qi və tex­no­lo­gi­ya­sı­nın iş­lə­nib ha­zır­lan­ma­sı” möv­zu­sun­da dok­tor­luq  dis­ser­ta­si­ya­la­rını  mü­da­fiə et­miş, 1973-cü il­də  pro­­fes­­sor el­­mi adı­nı­ al­­mış­­dır. 1980-ci ildə AMEA-nın müx­­bir üz­­vü, 1989-cu ildə hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.

M.Rüs­­tə­­mov el­­mi fə­a­­liy­­yə­­ti­­nə 1952-ci il­dən Azər­bay­can Elmi-Tədqiqat Neft İnstitutunda mü­hən­dis-tex­no­lo­q, bö­yük mü­hən­di­s, ki­çik el­mi iş­çi ki­mi başlamışdır. O, NKPİ-da la­bo­ra­to­ri­ya mü­di­ri, el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni (1967-1987), di­rek­tor və­zi­fələrin­də çalışmışdır (1987-2011). Bu dövrlərdə NKPİ “Qırmızı əmək bayrağı” ordeni (1967), 3 dəfə “Keçici Qırmızı bayraq” (1977, 1978, 1982), müxtəlif diplomlar və fəxri fərmanlar ilə təltif olunmuşdur. 2012-ci ildən etibarən Neft və qa­zın kim­ya­sı və tex­no­lo­gi­ya­sı şö­bə­si­nin mü­di­ri olmuşdur.

Aka­de­mik M.Rüs­­tə­­mo­­vun əsas el­­mi fə­a­­liy­­yə­­ti neft ema­lı və neft-kim­ya pro­ses­lə­ri­nin in­ki­şaf kon­sep­si­ya­sı və mo­der­ni­za­si­ya­sı, bu is­ti­qa­mət­də ye­ni ka­­ta­­liz tex­­no­­lo­­gi­­ya­­la­rı və ra­­si­o­­nal komp­leks sxem­­lə­­rin iş­­lə­­nib ha­­zır­­lan­­ma­­sı, neft xam­­mal­­la­­rı­­nın müx­tə­lif me­tod­lar, xü­su­si­lə ka­­ta­­li­­tik kre­kinq üsu­lu ilə ema­­lı üçün ye­­ni tex­­no­­lo­­ji sis­­tem­­lə­­rin və fay­da­lı re­ak­tor­la­rın iş­lən­mə­si, op­ti­mal­laş­dı­rıl­ma­sı, ri­ya­zi mo­del­ləş­di­ril­mə­si, hid­rok­re­kinq, hid­roi­zo­mer­ləş­mə, dest­ruk­tiv izo­mer­ləş­mə və s. sa­­hə­­lər­də ge­­niş ak­tu­al­lı­ğa ma­lik prob­­lem­­lər da­i­­rə­­si­­ni əha­­tə edir. Onun yük­­sək dis­­pers­­li bərk his­­sə­­cik­­lə­­rin bir­­ba­­şa axı­n və ya­­rı­­ma­­xı­n sis­­tem­­lə­­rin­­də qaz fa­­za­­sı ilə qar­­şı­­lıq­­lı tə­­sir prin­­sip­­lə­­ri­, eko­lo­ji cə­hət­dən əl­ve­riş­li ya­na­caq növ­lə­ri­nin alın­ma tex­no­lo­gi­ya­sı­nın iş­lə­nib ha­zır­lan­ma­sı və əsas nə­­zə­­ri-prak­ti­ki tək­­lif­­lə­­rin ya­ra­dıl­ma­sı üz­rə xü­su­si xid­­mət­­lə­­ri var­dır.

O, mik­ros­fe­rik ka­ta­li­za­tor­la­rın, qay­nar lay və lift re­ak­tor­lar sis­te­min­də kim­yə­vi pro­ses­lə­rin ef­fek­tiv­li­yi­ni nə­zə­ri və prak­tik cə­hət­dən təd­qiq et­miş, axı­cı­lıq in­dek­sin­dən ası­lı ola­raq subst­ra­tın kon­ver­si­ya­sı­nı və pro­se­sin se­lek­tiv­li­yi­ni  he­sab­la­ma­ğa im­kan ve­rən  tən­lik icad et­miş­dir. O, hid­ro­gen ener­ge­ti­ka­sı sa­hə­sin­də ge­niş təd­qi­qat­la­rı olan dün­ya şöh­rət­li alim­dir. Aka­de­mik M.Rüs­tə­mo­vun ka­ta­li­tik kre­kinq sa­hə­sin­də el­mi nai­liy­yət­lə­ri sə­na­ye­də yük­sək ef­fek­tiv­li­yi olan Q43–107 ka­ta­li­tik kre­kinq komp­lek­sin­də uğur­la tət­biq olun­muş­dur. Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin Sə­rən­ca­mı­na əsa­sən bu qur­ğu 1993-cü il­də sə­na­ye­də işə sa­lın­mış və qur­ğu­nun açı­lı­şın­da da­hi şəx­siy­yət özü iş­ti­rak et­miş­dir. Ge­niş iq­ti­sa­di sə­mə­rə­li bu pro­ses həm də bir sı­ra xa­ri­ci öl­kə­lər­də tət­biq olu­nur.

Aka­de­mik M.Rüstəmovun el­mi təd­qi­qat­la­rı­nın nə­ti­cə­lə­ri 900-ə yaxın el­mi və publisistik əsərlər­də, o cüm­lə­dən 190 mü­əl­lif­lik şə­ha­dət­na­mə­si və pa­tent­də öz ək­si­ni tap­mış, əsər­lə­ri­nin çox his­sə­si xa­ric­də çap olun­muş­dur. O, 17 elm­­lər dok­­to­­ru, 51 fəl­­sə­­fə dok­­to­­ru ha­­zır­­la­­mış­­dır. Onun həm ölkəmizin, həm də xa­ri­ci kadr­la­rın ha­zır­lan­ma­sın­da, on­la­ra qay­ğı və dəs­tək olun­ma­sın­da mi­sil­siz xid­mət­lə­ri var­dır.

Aka­de­mik M.Rüs­tə­mov bir çox bey­nəl­xalq və res­pub­li­ka­da fəa­liy­yət gös­tə­rən El­mi şu­ra­la­rın və as­so­sia­si­ya­la­rın, o cüm­lə­dən ”Neft ema­lı və neft kim­ya­sı”, “Neft Ema­lı üz­rə El­mi-Tex­ni­ki şu­ra­nın”, Ru­si­ya EA-nın “Neft kim­ya­sı” El­mi-Tex­ni­ki şu­ra­nın, SSRİ EA-nın “Gü­nəş ener­ji­si­nin ye­ni is­ti­fa­də yol­la­rı­nın ax­ta­rı­şı” şu­ra­sı­nın, hid­­ro­­gen ener­­ge­­ti­­ka­­sı üz­­rə Bey­­nəl­­xalq As­­so­­si­a­­si­­ya­­nın, SSRİ EA-nın ya­­nın­­da Hid­­ro­­gen ener­­ge­­ti­­ka­­sı bü­­ro­­su­­nun, SSRİ EA-nın “Neft Kim­­ya­­sı” və “Ka­­ta­­liz” prob­lem­lə­ri üz­rə ko­or­di­na­si­ya şu­­ra­­la­­rı­­nın, SSRİ Na­­zir­­lər Şu­­ra­­sı­­nın Elm və Tex­­ni­­ka Ko­­mi­­tə­­si nəz­­din­­də “Ka­­ta­­liz və onun sə­­na­­ye­­də tət­­bi­­qi” şu­­ra­­sı­­nın, AMEA-nın Hid­­ro­­gen ener­­ge­­ti­­ka­­sı üz­rə şu­ra­nın sədr və ya üz­vü,  so­sia­list öl­kə­lə­ri­nin EA çox­sa­hə­li  əmək­daş­lıq proq­ra­mı da­xi­lin­də “Neft kim­ya­sı” prob­le­mi­nin “Ka­ta­li­tik kre­kinq və  dest­ruk­tiv izo­mer­ləş­mə” möv­zu­su­nun rəh­bə­ri və ko­or­di­na­to­ru, səd­ri ol­­muş­­dur. O, həm­çi­nin bir sı­ra el­mi, el­mi pub­li­sis­tik qə­zet və jur­nal­la­rın re­dak­si­ya he­yə­ti­nin səd­ri və üz­vü ol­muş­dur. O, bey­nəl­xalq konf­rans­lar­da, simpoziumlarda, tədbirlərdə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik M.Rüs­tə­mov Azərbaycan elm və təhsilinin inkişafında xidmətlərinə görə iki dəfə “Akademik Y.H.Məmmədəliyev” adına medal, Azərbaycanın “Əmək­dar elm xa­di­mi”, “Kiçikdispersli alüminium-silikat katalizatorunun iştirakı ilə yüksək keyfiyyətli birbaşa axın reaktorlarında neft xammalının ikipilləli katalitik krekinq proseslərinin tədqiqi, işlənib hazırlanması və sənayedə tətbiqi” əsəri üçün Azər­bay­can Döv­lət Mü­ka­fa­tı lau­rea­tı­, Azərbaycan Respublikasının “Şöh­rət” or­de­ni, Katalitik krekinq prosesi üçün mü­tə­rəq­qi sə­na­ye sis­tem­lə­ri­nin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də əl­də et­di­yi nai­liy­yət­lə­ri­nə gö­rə AMEA-nın “Aka­de­mik Y.H.Məm­mə­də­li­yev” adı­na mü­ka­fa­tı, “Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı Pre­­zi­­den­­ti­­nin fəx­­ri dip­­lo­­mu”, İs­­lam Öl­kə­lə­ri İq­­ti­­sa­­di Əmək­­daş­­lıq Təş­ki­la­tı­nın Sam­­mi­­tin­­də “Elm və tex­­no­­lo­­gi­­ya” mü­­ka­­fa­­tı­ və Zir­­və Top­­lan­­tı­­sın­da (İs­tan­bul şə­hə­ri) elm və tex­­no­­lo­­gi­­ya sa­­hə­­sin­­də “Qı­­zıl me­­da­l”, 7-ci Eco-Sum­mit qa­li­bi, “Aka­de­mik H.A.Plate” adına medal ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fər­di tə­qa­üd­ünə layiq görülmüşdür.

Akademik Musa Rüstəmov 2022-ci il­də Ba­kı şəhərində və­fat et­mişdir.