GÖRKƏMLİ ALİMLƏR

İx­ti­ra et­di­yi adia­bat ka­lo­ri­metrlə SSRİ-nin fəx­ri dip­lo­mu­na la­yiq gö­rül­müş həmyerlimiz

İx­ti­ra et­di­yi adia­bat ka­lo­ri­metrlə SSRİ-nin fəx­ri dip­lo­mu­na la­yiq gö­rül­müş həmyerlimiz

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Əmir­xa­nov Hə­bi­bul­la İb­ra­him oğ­lu

Əmir­xa­nov Hə­bi­bul­la İb­ra­him oğ­lu 7 may 1907-ci il­də Da­ğıs­ta­nın Ko­rod kən­­din­də ana­dan ol­muş­, 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1942-ci ildə fi­zi­ka-ri­ya­ziy­yat elm­lə­ri dok­to­ru el­mi də­rə­cə­si, pro­fes­sor el­mi adı­nı al­mış­dır. 1949-cu il­də АMEA-nın hə­qi­­qi üz­vü, 1972-ci il­də SSRİ EA-nın müx­­bir üz­vü se­çil­miş­dir.

1935-ci il­də ya­ra­dıl­mış SSRİ EA-nın Azər­­bay­can fi­lia­lı­nın Fi­zi­ka sek­to­ru­nun rəh­­bə­­ri, AMEA-nın Fi­zi­ka və Ri­ya­ziy­yat İns­ti­tu­tu­nun di­rek­to­ru (1945-1950), SSRİ EA-nın Da­ğıs­tan fi­lia­lı Rə­ya­sət He­yə­ti­nin səd­ri, SSRİ EA-nın Fi­zi­ka İns­ti­tu­tu Da­ğıs­tan fi­lia­lı­nın di­rek­to­ru və Azər­bay­can Sə­na­ye İns­ti­tu­tu­nun Fi­zi­ka ka­fed­­ra­sı­nın mü­di­ri və­zi­fə­lə­rin­də ça­lış­mış­dır.

H.Əmir­xa­no­vun təd­qi­qat­la­rı neft fi­zi­ka­sı, ya­rım­ke­çi­ri­ci­lər, geo­fi­zi­ka və fi­zi­ki ter­mo­di­na­mi­ka­ya həsr olun­muş­dur. İs­ti­lik tu­tu­mu və is­ti­lik­ke­çir­­mə­ni ölç­mək üçün yük­sək də­qiq­li­yi ilə fərq­lə­nən ci­haz­lar ya­rat­mış­dır. İx­ti­ra et­di­yi adia­bat ka­lo­ri­metr SSRİ XTNS-in fəx­ri dip­lo­mu­na la­yiq gö­rül­müş­dür. Mə­dən sü­xur­la­rı­­nın müt­ləq ya­şı­nı tə­yin et­mək üçün küt­lə spekt­ro­met­ri­ya­sı­na əsas­la­­nan ye­ni üsu­lun mü­əl­lif­lə­rin­dən­dir. Aka­de­mik A.F.İoffe­nin tə­lə­bə­si ki­mi ya­rım­ke­çi­ri­ci­lər mək­tə­bi­nin üz­vü ol­muş və öz tə­lə­bə­lə­ri və həm­kar­la­rı ilə bö­yük el­mi mək­təb ya­rat­mış­dır.

H.Əmir­xa­no­vun rəh­bər­li­yi və bi­la­va­si­tə iş­ti­ra­kı ilə müx­tə­lif el­mi is­ti­­qa­mət­­lər­də - ya­rım­ke­çi­ri­ci­lər fi­zi­ka­sı, neft fi­zi­ka­sı, geo­fi­zi­ka və fi­zi­ki ter­mo­­di­na­mi­ka üz­rə təd­qi­qat­lar apa­rıl­mış, me­tal və bə­zi ya­rım­ke­çi­ri­ci­lə­rin fi­zi­ki xü­su­siy­yət­­lə­ri, neft və neft məh­sul­la­rı­nın mo­le­kul­yar-is­ti­lik xü­su­siy­yət­lə­ri, Xə­zər də­ni­zi su­la­rı­nın, Ab­şe­ron ra­yo­nu əra­zi­si­nin və Naf­ta­lan nef­ti­nin ra­dio­­ak­tiv­li­yi­nin təd­­qi­qi sa­hə­sin­də ge­niş tət­biq olu­nan nə­ti­cə­lər əl­də edil­miş­dir. O, güc­lü maq­nit sa­hə­sin­də Lan­dau sə­viy­yə­lə­ri­nin spin par­ça­lan­ma­sı və maq­nit mü­qa­vi­mə­­ti­­nin kvant os­sil­ya­si­ya­sı­nı təd­qiq et­miş­dir. H.Əmir­xa­no­v 400-dən ar­tıq el­mi əsə­rin, o cümlədən 13 mo­­no­q­ra­­fi­ya­nın mü­əl­li­fi­dir.

SSRİ-nin, Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın və Da­ğıs­tan Res­pub­li­ka­sı­nın par­lament­lə­ri­nin de­pu­ta­tı ol­muş­dur.

H.Əmir­xa­nov “So­sia­list Əmə­yi Qəh­rə­ma­nı”, Azər­bay­can SSR (1946) və Da­ğıs­­tan MSSR-in “Əmək­dar elm xa­di­mi” fəx­ri ad­la­rı­na la­yiq gö­rül­müş, “Va­vi­lov adı­na qı­zıl me­dal”­la təl­tif olun­muş­dur. Da­ğıs­tan El­mi mər­kə­zi­nin Fi­zi­ka İns­ti­tu­tu­na H.Əmir­­­­xa­no­vun adı ve­ril­miş­dir.

Aka­de­mik Hə­bi­bul­la Əmir­xa­nov 1986-cı il­də və­fat et­miş­dir.