GÖRKƏMLİ ALİMLƏR

Ra­di­os­pekt­ros­ko­pi­ya üz­rə ta­nın­mış şuşalı alim­

Ra­di­os­pekt­ros­ko­pi­ya üz­rə ta­nın­mış şuşalı alim­

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

İma­nov Lə­tif Mux­tar oğ­lu 15 sent­yabr 1922-ci il­də Şu­şa şə­hə­rin­də ana­­dan ol­­muş­dur. 1944-cü il­də Azər­bay­can Döv­­lət Uni­­ver­si­te­ti­nin (indiki Bakı Dövlət Universiteti) Fi­zi­ka fa­kül­tə­­si­ni bi­tir­­miş­dir.

O, 1954-cü il­­də “Ma­ye­lə­rin die­lekt­rik sa­bit­lə­ri­nin öl­çül­mə­si üçün dal­ğa me­to­du­nun təd­qi­qi” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1964-cü il­­də “Mo­le­kul­yar ra­di­os­pekt­ros­ko­pi­ya­dan is­ti­fa­də edə­rək qütb mo­le­kul­la­rı­nın və ma­ye­lə­rin təd­qi­qi” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 1966-cı il­­də pro­­fes­­sor el­­mi adı­nı­ al­­mış, 1968-ci il­­də AMEA-nın müx­­bir üz­­vü, 1976-cı il­­də hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.

Əmək fəa­liy­yə­ti­nə AMEA-nın Fi­zi­ka İns­ti­tu­tun­da baş­­la­­ya­raq el­mi iş­çi, bö­yük el­mi iş­çi (1944-1954), la­bo­ra­to­ri­ya rəh­bə­ri (1954-1980) və­zi­fə­lə­rin­də iş­lə­miş­dir.

L.İma­nov ra­di­os­pekt­ros­ko­pi­ya üz­rə ta­nın­mış alim­dir. El­mi fəa­liy­­yə­­ti­nin əsas is­ti­qa­mət­lə­ri olan mo­le­kul­yar qaz ra­di­os­pekt­ros­ko­pi­ya­sı, die­lek­t­rik re­lak­­sa­­si­ya, elekt­ron-pa­ra­maq­nit re­zo­nans və nü­və maq­nit re­zo­nans spekt­ros­ko­pi­­ya­sı sa­hə­lə­ri üz­rə əsas­lı el­mi nə­ti­cə­lər əl­də et­miş­dir.

L.İma­no­vun rəh­bər­li­yi ilə mü­rək­kəb qaz au­dio­s­pekt­ro­metr qur­ğu­la­rı ya­ra­­dıl­mış, müx­tə­lif mo­le­kul­la­rın və on­la­rın izo­top for­ma­la­rı­nın mik­ro­dal­ğa spektr­­lə­ri öy­rə­nil­miş, spirt və mer­kap­tan mo­le­kul­la­rı­nın ye­ni dön­mə izo­mer­­lə­ri aş­kar edil­miş­dir. Alim ya­rat­dı­ğı öl­çü qur­ğu­la­rı va­si­tə­si­lə üz­vi ma­ye və bərk mad­də­­lə­rin təd­qi­qi sa­hə­sin­də uğur­lar qa­zan­mış, şü­şə­lə­rin elekt­ron-pa­ra­maq­nit re­zo­­nans spekt­ri­ni və elekt­rik xas­sə­lə­ri­ni öyrən­miş­dir.

L.İma­nov xa­ri­ci və res­pub­li­ka jur­nal­la­rın­da dərc edil­miş 150-dən çox mə­qa­­lə­­nin mü­əl­li­fi­dir (on­lar­dan 10-u müə­llif­lik şə­ha­dət­na­mə­si­dir). Onun rəh­bər­li­yi ilə 1 elm­lər dok­to­ru və 10 fəl­sə­fə dok­to­ru ye­tiş­di­ril­miş­dir.

L.İma­nov keç­miş SSRİ EA-nın Spekt­ros­ko­pi­ya El­mi şu­ra­sı­nın üz­vü, Ra­­di­o­s­pek­t­ros­ko­pi­ya prob­le­mi üz­rə Res­pub­li­ka El­mi şu­ra­sı­nın səd­ri ol­muş, “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na la­yiq gö­rül­müş­dür (1979).

Aka­de­mik Lə­tif İma­nov 1980-ci il­də Ba­kı şəhərində və­fat etmiş­dir.