GÖRKƏMLİ ALİMLƏR

Ölkəmizdə neft mik­ro­bio­lo­gi­ya­sı sa­hə­sin­də ilk tədqiqatların müəllifi

Ölkəmizdə neft mik­ro­bio­lo­gi­ya­sı sa­hə­sin­də ilk tədqiqatların müəllifi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Məm­məd­ya­rov Mə­hər­rəm Əli oğ­lu

Məm­məd­ya­rov Mə­hər­rəm Əli oğ­lu 17 okt­yabr 1924-cü il­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Cul­fa ra­yo­nu­nun Yay­cı kən­din­də ana­dan ol­muş­dur.

M.Məm­məd­ya­rov Bö­yük Və­tən Mü­ha­ri­bə­si­ndə iş­ti­rak et­miş (1943-1944), bir sıra orden və medallarla təltif olunmuşdur.

Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir (1949). Sonra Leninqrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına da­xil ol­muş­dur.

O, 1953-cü il­də  “For­mal­de­hi­din, də­ri kol­la­ge­ni­nin amin tur­şu­la­rı ilə qar­şı­lıq­lı əla­qə­si” möv­zu­sun­da na­mi­zəd­lik, 1970-ci il­də “C2-C4 ole­fin­lə­ri­nin yük­sək tem­pe­ra­tur­da “qay­nar tə­bə­qə”li xlor­laş­dı­rıl­ma­sı re­ak­si­ya­sı­nın və alın­mış xlo­ro­le­fin­lə­rin bə­zi çev­ril­mə­lə­ri­nin təd­qi­qi” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­la­rını  mü­da­fiə et­miş, 1971-ci il­də  pro­­fes­­sor el­­mi adı­­nı al­­mış­dır. 1989-cu il­də AEA-nın müx­bir üz­vü, 2001-ci il­də AMEA-nın hə­qi­qi üz­vü se­çil­miş­dir.

AMEA-nın  Kim­ya İns­ti­tu­tun­da el­mi ka­tib və baş el­mi iş­çi və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. 1955-ci il­də Mosk­va­ya, SSRİ EA-nın N.Ze­lins­ki adı­na Üz­vi Kim­ya İns­ti­tu­tu­na el­mi eza­miy­yə­tə gön­də­ril­miş, ora­da SSRİ EA-nın müx­bir üz­vü M.F.Şos­ta­kovs­ki­nin rəh­bər­li­yi ilə vi­nil efir­lə­ri­nin sin­te­zi və çev­ril­mə­si sa­hə­sin­də el­mi təd­qi­qat­lar apar­mış­dır.

1959-cu il­də AEA-nın pre­zi­den­ti aka­de­mik Y.H.Məm­mə­də­li­ye­vin də­və­ti ilə M.Məm­məd­ya­rov Ba­kı­ya qa­yıt­mış və AEA-nın Neft-Kim­ya Pro­ses­lə­ri İns­ti­tu­tun­da (NKPİ) baş el­mi iş­çi və­zi­fə­sin­də ça­lış­mış­dır.

1969-cu il­də AEA-nın Y.H.Məm­mə­də­li­yev adı­na NKPİ-də “Sin­te­tik yağ­la­rın kim­ya­sı və tex­no­lo­gi­ya­sı” la­bo­ra­to­ri­ya­sı­na M.Məm­məd­ya­rov rəh­bər se­çil­miş­dir.

M.Məm­məd­ya­rov tə­rə­fin­dən is­ti­qa­mət­lən­miş sin­tez yo­lu ilə mo­le­ku­lun kim­yə­vi qu­ru­lu­şu, fə­za kon­for­ma­si­ya­sı ilə onun reo­lo­ji xas­sə­lə­ri ara­sın­da­kı ası­lı­lıq nə­zə­rə alın­maq­la 3 növ sin­te­tik yağ­la­rın əsa­sı (nor­bor­nen sı­ra­sı,  tsik­lik neo­po­li­ol­la­rın və vit­si­nal di­kar­bon tur­şu­la­rı­nın efir­lə­ri) iş­lə­nib ha­zır­lan­mış­dır. Bu efir­lər uni­kal aşa­ğı tem­pe­ra­tur-reo­lo­ji xas­sə­lə­rə ma­lik­dir­lər ki, bu da müa­sir və pers­pek­tiv xü­su­si tex­ni­ka üçün çox va­cib­dir. Ye­ni sin­te­tik yağ­lar bir sı­ra is­tis­mar pa­ra­metr­lə­ri­nə gö­rə xa­ric­də is­teh­sal olu­nan nü­mu­nə­vi ana­loq­la­rın­dan heç də ge­ri qal­mır­lar. Sin­tez olun­muş ye­ni yağ­lar keç­miş SSRİ-nin bir sı­ra ix­ti­sas­laş­mış mər­kəz­lə­rin­də (əsa­sən Mosk­va, Sankt-Pe­ter­burq, Ki­yev) la­bo­ra­to­ri­ya və stend sı­naq­la­rın­dan mü­vəf­fə­qiy­yət­lə keç­miş­dir.

M.Məm­məd­ya­rov 1973-1979-cu il­lər­də Nax­çı­van El­mi Mər­kə­zi­nin təş­ki­lat­çı­sı və rəh­bə­ri ol­muş­dur. Bu il­lər ər­zin­də Mux­tar Res­pub­li­ka­nın tə­bii sər­vət­lə­rin­dən is­ti­fa­də yol­la­rı­nı mü­əy­yən et­mək sa­hə­sin­də cid­di ax­ta­rış­lar apa­rıl­mış­dır. Ən mü­hüm nə­ti­cə­lər sı­ra­sı­na Da­rı­dağ ter­mal su mən­bə­yi­nin tə­bii kar­bon 4-ok­sid qa­zın­dan sə­na­ye miq­ya­sın­da is­ti­fa­də tex­no­lo­gi­ya­sı­nın iş­lə­nib ha­zır­lan­ma­sı­nı aid et­mək olar. Bu işə gö­rə bir qrup mü­əl­lif­lər, o cüm­lə­dən M.Məm­məd­ya­rov 1980-ci il­də Azər­bay­can Döv­lət Mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dür. Apa­rı­lan el­mi iş­lə­rin sə­viy­yə­si və re­gi­on üçün prak­ti­ki əhə­miy­yə­ti 1980-ci il­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da AEA-nın fi­lia­lı­nın ya­ran­ma­sı­na əsas ver­miş­dir.

1981-ci il­də M.Məm­məd­ya­rov  AEA-nın Mik­ro­bio­lo­gi­ya böl­mə­si­nə (ha­zır­kı ins­ti­tu­tu­na) rəh­bər tə­yin edil­miş­dir. Neft mik­ro­bio­lo­gi­ya­sı sa­hə­sin­də onun rəh­bər­li­yi ilə ilk də­fə mü­əy­yən qrup mik­ro­or­qa­nizm­lə­rin me­ta­bo­lik pro­ses­lə­ri nə­ti­cə­sin­də lay­lar­dan nef­tin sı­xış­dı­rı­lıb çı­xa­rıl­ma­sı və lay­lar­da nef­tin ha­si­la­tı­nı ar­tır­maq üçün ye­ni yol­lar ax­ta­rı­lıb ta­pıl­ma­sı sa­hə­sin­də əhə­miy­yət­li iş­lər gö­rül­müş­dür. Alın­mış nə­ti­cə mə­dən şə­rai­tin­də sı­naq­dan ke­çi­ril­miş və “Az­neft” İB tə­rə­fin­dən tət­biq üçün qə­bul edil­miş­dir. Ab­şe­ro­nun neft­lə çirk­lən­miş tor­paq­la­rı­nın bər­pa­sı üçün mik­ro­or­qa­nizm­lə­rin bio­geo­kim­yə­vi fəa­liy­yə­ti­nin nə­ti­cə­sin­də tək­lif olun­muş üsul keç­miş SSRİ-nin Xalq Tə­sər­rü­fa­tı­nın Nai­liy­yət­lə­ri Sər­gi­si­nin gü­müş və bü­rünc me­da­lı­na la­yiq gö­rül­müş­dür. M.Məm­məd­ya­rov 1986-cı il­də Çe­xos­lo­va­ki­ya­da ke­çi­ri­lən bey­nəl­xalq sər­gi­də ağac­par­ça­la­yan müx­tə­lif fi­zio­lo­ji ak­tiv mad­də­lər­lə zən­gin olan yem əla­və­lə­ri­nin alın­ma­sı­nın tul­lan­tı­sız bio­tex­no­lo­gi­ya­sı­nın iş­lə­nib ya­ra­dıl­ma­sı­na gö­rə bi­rin­ci də­rə­cə­li dip­lo­ma və qı­zıl me­da­la la­yiq gö­rül­müş­dür.

Apa­rı­lan el­mi iş­lə­rin öl­kə­miz üçün prak­ti­ki əhə­miy­yə­ti­ni nə­zə­rə ala­raq, Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti 1994-cü il­də Mik­ro­bio­lo­gi­ya böl­mə­si­nə ins­ti­tut sta­tu­su­nun ve­ril­mə­si haq­qın­da sə­rən­cam ver­miş və mü­sa­bi­qə əsa­sın­da apa­rı­lan seç­ki­lər­də M.Məm­məd­ya­rov ins­ti­tu­tun ilk di­rek­to­ru və­zi­fə­si­nə se­çil­miş­dir.

M.Məm­məd­ya­ro­vun el­mi təd­qi­qat­la­rı­nın nə­ti­cə­lə­ri 500-dən çox el­mi mə­qa­lə­də, 5 mo­noq­ra­fiya­da və 64 ix­ti­ra­da öz ək­si­ni tap­mış­dır. Onun rəh­bər­li­yi ilə 6 elm­lər dok­to­ru, 24 fəl­sə­fə dok­to­ru yetişdirilmişdir.

Azər­bay­can SSR Döv­lət Mü­ka­fa­tı lau­rea­tı, “Əmək­dar elm xadi­mi“dir. O, Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şöh­rət” və “Şə­rəf” or­den­lə­ri, “Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin fəx­ri dip­lo­mu” ilə təl­tif edil­miş, AMEA-nın “Akademik Yusuf Məmmədəliyev” adına mükafatına, İs­lam Öl­kə­lə­ri İq­ti­sa­di İn­ki­şaf təş­ki­la­tı­nın “OGS” qı­zıl me­da­lı­na la­yiq gö­rül­müş­dür.

Akademik Məhərrəm Məm­məd­ya­rov  2022-ci ildə Ba­kı şəhərində və­fat et­miş­dir.