GÖRKƏMLİ ALİMLƏR

SSRİ-də ilk də­fə neft­çı­xar­manın komp­leks av­to­mat­laş­dı­rıl­ma la­yi­hə­sini iş­ləmiş alim

SSRİ-də ilk də­fə neft­çı­xar­manın komp­leks av­to­mat­laş­dı­rıl­ma la­yi­hə­sini iş­ləmiş alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ab­dul­la­yev Əs­gər Ələk­bər oğ­lu

Ab­dul­la­yev Əs­gər Ələk­bər oğ­lu 1 yan­var 1927-ci il­də Qu­bad­lı ra­yo­nu­nun Ey­vaz­lı kən­din­də ana­dan ol­muş­dur. 1949-cu il­də Azər­bay­can Sə­na­ye İns­­ti­­tu­tu­nun Ener­ge­ti­ka fa­kül­tə­si­ni bi­tir­­miş­dir.

O, 1953-cü il­də “Ümumi qida magistralı ilə birləşmiş kompressor quyu qruplarının avtomatik tənzimlənməsi” mövzusunda namizədlik, 1969-cü il­də doktorluq dissertasiyalarını mü­da­fiə et­miş, 1970-ci ildə pro­fes­sor el­mi adını al­mış, 1969-cu ildə AEA-nın müxbir üz­vü se­çil­miş­dir.

Azər­bay­can Neft Ma­şın­qa­yır­ma İns­­ti­­tu­tun­da la­bo­ra­to­ri­ya mü­di­ri (1954), Neft­kim­ya­av­to­mat ET­Lİ-də di­rek­tor mü­a­­vi­ni (1957), 1959-cu il­dən di­rek­tor, Neft­kim­ya­av­to­mat EİB-in baş di­rek­to­ru (1985-ci il­dən), baş el­mi məs­lə­hət­çi­si (1994-cü il­dən) ol­muş­dur.

Ə.Ab­dul­la­ye­vin el­mi fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mət­lə­ri neft, qaz, neft-kim­ya, neft ema­lı ob­yekt­lə­ri üçün av­to­mat ida­rə­et­mə sis­tem­lə­ri­nin (AİS) ya­ra­dıl­ma­sı ol­­muş­dur. İlk də­fə ola­raq neft sə­na­ye­si­nin av­to­mat­laş­dı­rıl­­ma­­sı­­nın va­hid tex­ni­­ki, in­for­ma­si­ya və təş­ki­la­ti tə­mi­nat­lı çox­sə­viy­yə­li və çox­­kon­tur­lu sis­tem prin­­si­pi­ni tək­lif et­miş­dir. Rəh­bər­li­yi ilə keç­miş SSRİ-də ilk də­fə ola­raq neft­çı­xar­ma mü­əs­­si­sə­si­nin komp­leks av­to­mat­laş­dı­rıl­ma la­yi­hə­si iş­lənil­miş, tex­no­lo­ji pro­ses­­lə­­­rin ilk AİS sis­te­mi - “Kre­kinq” sə­na­ye is­tis­ma­rı­na ve­ril­miş, bu sis­tem­lər­də adap­tiv ida­rə­et­mə prin­si­pi re­al­laş­dı­­rıl­­mış­dır. Neft sə­na­ye­sin­də ilk də­fə ola­raq Baş Tü­men Neft Qaz, Xə­zər­də­niz­­neft­qaz, Man­qış­laq­neft, Uzen­neft İB-də qaz­lift üsu­lu ilə neft­çı­xar­ma pro­­ses­­lə­ri­nin bi­la­va­si­tə rə­qəm­li AİS ya­ra­dıl­mış­­dır.

Ra­dio və ka­bel­li ra­bi­tə ka­nal­­la­rı­nın is­ti­fa­də­si ilə mik­ro-EHM və in­teq­ral mik­ros­xem­lər əsa­­sın­da uni­fi­ka­­si­ya olun­­muş ele­ment ba­za­sı­na ma­lik ida­rəe­di­­ci-he­sab­la­yı­cı te­le­­komp­leks­lər, mik­ro “Vi­kinq” qu­yu ter­mi­na­lı, neft və qazçı­­xar­­­ma üçün TM-Qaz (Uren­qoy qaz­kon­­den­sant ya­ta­ğı üçün), ver­ti­kal dre­naj üçün TM-Dre­naj, də­niz neft mə­­dən­lə­ri və qaz­ma ob­yekt­lə­ri üçün TM-Şelf və “Nep­tun” komp­leks­lə­ri ya­ra­­dıl­­mış­dır. İlk də­fə ola­raq çox­sə­viy­yə­li neft­çı­xar­ma ob­yekt­lə­ri­nin ida­rə­et­mə sis­­tem­­lə­ri­nin (Ba­kı sis­te­mi) müx­tə­lif üsul­lar­la ya­ra­dıl­­ma­sın­da op­ti­mal ida­rə­­et­mə mə­sə­lə­lə­ri komp­leks şə­kil­də həll edil­miş­dir.

Kəs­kin iq­lim şə­rai­ti­nə ma­­lik ra­yon­­lar üçün (Qər­bi Si­bir ra­yon­la­rı, Uren­qoy və s.) – 50° C tem­pe­ra­tu­ra dö­züm­lü mik­­rop­ro­ses­sor­lu ter­mi­nal­lar (Araz ter­mi­na­lı) iş­lə­nib ha­zır­­lan­­mış­­dır. Kon­ti­nen­tal şel­fin ob­yekt­lə­ri­nin is­ti­fa­də­si əsa­sın­da neft ha­si­la­­tı­nın ar­tı­rıl­­ma­sı üçün də­rin su­­lar­da də­niz kəş­fiy­yat qu­yu­la­rı­nın qa­zıl­ma­sı pro­­ses­­lə­ri­nin lo­kal ida­rə­et­mə sis­­tem­lə­ri ya­ra­dıl­mış, kon­ti­nen­tal şelf­də 200 metr də­rin­lik­də 6000 m-lik kəş­fiy­yat qu­yu­la­rı­nın qa­zıl­ma­sı üçün ya­rı­ba­tı­rıl­mış üzən qaz­ma qur­ğu­la­rı ya­ra­dıl­mış və se­ri­ya ilə is­teh­sal edil­miş­dir. Neft sə­na­ye­si­nin AİS sa­hə­sin­də ya­rat­dı­ğı el­mi mək­təb ya­xın və uzaq xa­ric­də ta­nı­nır.

19 ki­tab və və­sa­it, 200-dən ar­tıq mə­qa­lə və 70-dən çox ix­ti­ra­nın mü­əl­li­fi ol­muş­dur. Onun rəh­­bər­li­yi ilə 50-dən çox na­mi­zəd­lik və dok­tor­luq dis­ser­ta­si­ya­la­rı mü­da­fiə edil­­miş­dir. “Okt­yabr in­qi­la­bı” (1976), “Qır­­mı­zı əmək bay­ra­ğı” (1971), “Şə­rəf ni­şa­­nı” (1966) or­den­lə­ri, “Əmək­də igid­li­yə gö­rə” yu­bi­ley me­da­lı (1970) ilə təl­tif edil­miş­dir.

Azər­bay­can­da tex­ni­ka sa­hə­sin­də ilk də­fə SSRİ Döv­lət Mü­ka­fa­tı lau­re­a­­tı (1969), SSRİ Na­zir­lər So­ve­ti Mü­ka­fa­tı lau­rea­tı ol­muş (1988), “Əmək­dar mü­­hən­­dis” adı­na la­yiq gö­rül­müş­dür.

AMEA-nın müx­bir üz­vü Əs­gər Ab­dul­la­yev 1998-ci il­də Ba­kı­ şəhərin­də və­fat etmişdir.