GÖRKƏMLİ ALİMLƏR

Görkəmli coğrafiyaçı və torpaqşünas alim

Görkəmli coğrafiyaçı və torpaqşünas alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Əli­yev Hə­sən Əlir­za oğ­lu 15 de­kabr 1907-ci il­də Zəngəzur qəzasının Comərdli kəndində ana­dan ol­muş­, Naxçıvan şəhərində Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır (1924-1930). O, Azər­bay­can Kənd Tə­sər­rü­fa­tı İns­ti­tu­­tu­nu bi­tir­miş­ (1930-1932), eyni zamanda Gəncə şəhərində müəllim iş­lə­miş, Azər­bay­can El­mi-Təd­qi­qat Pam­bıq­çı­lıq İns­ti­tu­tu­nun as­pi­ran­tu­ra­sın­da oxu­muş (1932-1934), Şir­­van Zo­­na-Təc­­­rü­­­­bə stan­­si­­ya­­sı­­nın di­­rek­­to­­ru (1934-1935), SSRİ Elm­lər Aka­de­mi­ya­sı Azər­bay­can fi­lia­lı­nın Tor­paq­şü­nas­lıq böl­mə­sin­də el­mi iş­çi və el­mi ka­tib (1935-1941) və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. 1941-1943-cü illərdə cəbhədə zabit kimi xidmət etmiş, ağır yaralanmışdır.

H.Əliyev 1944-cü il­də “Bö­yük Qaf­qa­zın cə­nub-şərq ya­mac­la­rın­da çay­la­rın aşa­ğı axın­la­rı­nın tor­paq­la­rı” möv­zu­sun­da kənd tə­sər­rü­fa­tı elm­lə­ri üz­rə na­mi­zəd­lik, 1965-ci il­də “Bö­yük Qaf­qa­zın tor­paq­la­rı və on­lar­dan sə­mə­rə­li is­ti­fa­də yol­la­rı (Azər­bay­can SSR da­xi­lin­də)” mövzusunda kənd təsər­rüfatı elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1952-ci il­də AEA-nın hə­qi­qi üz­vü se­çil­miş­dir.

Alim SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Coğrafiya böl­mə­si­nin (1943-1944) rəh­bə­ri, Tor­paq­şü­nas­lıq İns­ti­tu­tun­da el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni (1944-1949), Azər­bay­can Döv­lət Pe­da­qo­ji İns­ti­tu­tu­nun baş mü­əl­li­mi (1945-1949), Bo­ta­ni­ka İns­ti­tu­tu­nun di­rek­to­ru (1949-1952), Azər­bay­can SSR kənd tə­sər­rü­fa­tı na­zi­ri­nin bi­rin­ci müa­vi­ni və Azərbaycan KP MK-nın katibi (1952), AEA-nın akademik-katibi (1952-1957) vəzifə­lərində çalış­mışdır.

H.Əliyev 1957-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Meşə tor­paq­la­rı la­bo­ra­to­ri­ya­sı (son­ra­lar şö­bə) təş­kil et­miş və 35 ilə qə­dər bu şö­bə­nin rəh­bə­ri ol­muş­dur. 1968-ci il­də şö­bə Coğ­ra­fi­ya İns­ti­tu­tu­na kö­çü­rül­müş­dür. H.Əli­­ye­v AEA-nın Coğ­­ra­­fi­­ya İns­­ti­­tu­­tu­­nun di­­rek­­to­­ru (1968-1987) iş­lə­miş, 1987-ci il­­dən öm­­rü­­nün so­­nu­­na ki­­mi ins­ti­tut di­­rek­­to­­ru­nun məs­­lə­­hət­­çi­­si ol­­muş­­dur.

H.Əli­ye­vin elmi fəaliyyəti, əsasən, me­şə tor­paq­la­rı­nın coğ­ra­fi­ya­sı, res­­pub­li­ka tor­­paq xə­ri­tə­lə­ri­nin ha­zır­lan­ma­sı, eko­lo­ji prob­lem­lə­rin həl­li, qu­ru me­lio­ra­si­­ya­­nın in­ki­şa­fı və Azər­bay­can Res­pub­li­ka­sı­nın bio­lo­ji, eko­lo­ji prob­­lem­lə­ri­nin bey­­nəl­xalq aləm­də təb­liği məsələlərinə həsr olunmuşdur. Alim me­şə­çi­lik el­mi­nin in­ki­şa­fı­na ge­­niş yer ver­miş, ölkədə 40 min hek­tar­dan ar­tıq me­şə al­tın­dan çıx­mış tor­­paq­lar­dan da­ha sə­mə­rə­li is­ti­fa­də yol­la­rı­nı mü­əy­yən­ləş­dir­miş­dir. İlk də­fə dağ ya­mac­la­rın­da az is­ti­fa­də­li tor­paq­lar­da qu­ru fi­to­me­lio­ra­si­ya iş­lə­ri­­nin hə­ya­ta ke­çi­ril­mə­si­nin el­mi təş­ki­li­ni uzun il­lər araş­dır­mış, öm­rü­nün so­nu­­na qə­dər hə­min təd­qi­qat­la­rı da­vam et­dir­miş­dir.

H.Əli­yev 6 mo­noq­ra­fi­ya, 13 ki­tab, 300-dən çox el­mi, 189 el­mi-küt­lə­vi mə­­qa­­­lə­nin mü­əl­li­fi, 50-dən çox xə­ri­tə­nin həm­mü­əl­li­fi və re­dak­to­ru ol­muş­dur. Onun elmi məsləhətçiliyi və rəh­bər­li­yi ilə 5 elm­lər dok­to­ru, 20-dən ar­tıq fəlsəfə doktoru hazırlanmışdır.

Alim “Azər­bay­can tə­biə­ti” jur­na­lı­nın təsisçisi və baş re­dak­­to­ru, coğ­ra­fi­ya üz­rə bir sı­ra prob­lem­ şu­ra­la­rının üz­vü, Azər­­bay­can Coğ­ra­fi­ya Cə­miy­yə­ti­nin (1975-1990), Tə­biə­ti Mü­ha­fi­zə Cə­miy­yə­ti­nin pre­zi­­den­ti, Azər­­bay­can So­vet En­sik­lo­pe­di­ya­sı Baş re­dak­si­ya he­yə­ti­nin üz­vü ol­muş­dur. 1955-ci ildən AEA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının, 1946-1962-ci illərdə Ümumittifaq Torpaqşünaslar Cəmiyyəti Azərbaycan flialının sədri olmuş, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.

H.Əli­yev “Qırmızı ulduz” (1945), “Şə­rəf ni­şa­nı” (1950), “Qır­mı­zı əmək bay­ra­ğı” (1952), “Le­nin” (1977), 1-ci dərəcəli “Vətən müharibəsi” (1985) və s. or­denləri, “Qafqazın müdafiəsinə görə” (1944), “Almaniya üzərində qələbəyə görə” (1946) və s. medalları, SSRİ EA-nın “Va­vi­lov” adı­na qı­zıl me­dalı (1972) ilə təltif edilmişdir. O, “Əmək­dar elm xa­di­mi” (1974) fəxri adına la­yiq gö­rül­müş, Azərbaycan SSR Döv­­lət Mü­ka­fa­tı­ laureatı (1978) olmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İns­titutu və Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı akademik Həsən Əliyevin adını daşıyır.

Aka­de­mik Hə­sən Əli­yev 1993-cü il­də Ba­kı­ şəhərində və­fat et­mişdir.