GÖRKƏMLİ ALİMLƏR

Pal­çıq vul­ka­­niz­mi nəzəriyyəsinin banisi

Pal­çıq vul­ka­­niz­mi nəzəriyyəsinin banisi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ya­qu­bov Əhəd Ələk­bər oğ­lu 1 may 1908-ci il­də Ba­­kı şə­hə­rin­­də ana­dan ol­­muş­­dur. 1934-cü ildə Azərbay­­can Po­­li­­tex­nik İns­­ti­tu­tu­nun Dağ­-mə­dən fa­kül­tə­­si­ni Mü­­hən­dis-ge­o­­­loq ix­ti­sa­sı üz­rə bitirmiş­dir.

Ə.Ya­qu­bov 1941-ci il­də “Ab­şe­­ron ya­­rı­ma­­da­sı­­nın qərb his­sə­si­nin pal­çıq vul­­kan­­la­­rı və onların neft-qaz­lı­lıq­la əla­qə­­si” möv­­zu­sun­­da dis­ser­­ta­­si­ya mü­da­fiə et­­miş, ge­o­­lo­gi­ya-mi­­ne­­ra­lo­gi­­ya üz­rə elm­lər dok­­to­ru el­mi də­rə­­cə­si­nə, elə­cə də 1942-ci il­də SSRİ Döv­lət Mü­ka­fa­tı­na la­yiq görülmüş­dür. 1947-ci il­də AEA-nın hə­­qi­­­qi üz­vü, aka­de­mik-ka­ti­bi seçil­miş­dir.

Ə.Ya­qu­bov 1934-cü il­də SSRİ Elm­lər Aka­de­mi­ya­sı­nın Azər­­bay­­can fi­lia­lın­da iş­lə­­mə­yə baş­la­mış­, 1937-1941-ci il­lər­­də fi­lia­lın Rə­ya­sət He­y­­ə­ti səd­ri­nin müa­vi­ni ol­muş­dur. Pal­çıq vul­kan­la­rı­nın in­ki­şaf et­di­yi sa­­hə­­­lə­rin stra­tiq­ra­fi­ya­sı, tek­to­ni­ka­sı, neft-qaz­­­lı­lı­ğı, qaz­­la­rın, neft­­lə­rin, lay su­la­rı­nın ge­o­­kim­yə­vi xa­rak­­te­ris­ti­ka­sı sa­hə­sin­­də təd­­qi­qat­lar apar­mış­dır. Azər­­­bay­can KP MK-nın neft üz­rə ka­ti­bi se­çil­­miş­dir. O, 25 il­dən ar­tıq Azər­bay­­can Sə­na­ye İns­ti­tu­tu­nun Geo­lo­­gi­­ya və neft-qaz ya­taq­la­rı­nın ax­ta­rı­­şı ka­fed­­ra­sı­na rəh­­bər­lik et­miş­dir.

Ə.Ya­qu­bov 1944-1946-cı il­­lər­­də SSRİ-nin İran Sə­fir­li­yin­də məs­lə­hət­­çi ol­­muş, son­ra Azər­bay­can KP MK neft sə­­na­­ye­si üz­rə ka­ti­bi­nin müa­vi­ni və şö­bə mü­­di­ri se­­çil­­miş­­dir. Ə.Ya­qu­bov 1949-1952-ci il­lər­də “Azər­də­niz­­neft”, “Az­­­neft­­­kəş­­fiy­yat” Bir­li­yi­­nin rəi­si və­zi­fə­sin­də iş­­lə­­mi­ş­­­dir. Bir sı­ra də­niz neft ya­­taq­­la­rı­nın kəşf olun­­­ma­­sın­da və mə­­nim­­sə­nil­mə­sin­də iş­ti­rak et­miş, bu­na gö­rə 1951-ci il­də ikin­ci də­fə SSRİ Döv­­lət Mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­­dür. 1961-1966-cı il­lər­də Neft və qaz eh­­ti­yat­­la­rı­nın he­sab­­lan­ma­sı prob­le­mi la­bo­­ra­­to­­ri­ya­sı­na rəh­bər­­lik et­miş­­dir. 1966-cı il­­dən SSRİ-də ilk la­­bo­­ra­­to­ri­ya olan Pal­çıq vul­ka­­niz­mi la­bo­­ra­­to­­ri­ya­­sı­na, 1972-ci il­dən Geo­lo­gi­ya İns­ti­tu­tu­nun Pal­­çıq vul­ka­niz­­mi sek­to­­ru­na rəh­­bər­lik et­­miş­­dir.

Ə.Ya­qu­bo­vun rəh­­bər­­li­yi ilə 1971-ci il­də dün­­ya geo­lo­gi­ya təc­­­rü­­­bə­­sin­də ilk də­fə “Azər­bay­ca­nın pal­­çıq vul­­kan­la­rı at­la­sı” nəşr olun­muş, 1978-ci il­də isə “Azər­­bay­­ca­nın neft­li-qaz­lı vi­­­la­­yət­lə­­ri­­nin pal­çıq vul­­kan­la­rı xə­ri­tə­si” tər­­­tib edil­­miş­dir. 

Ə.Ya­qu­bo­vun 200-dən ar­tıq el­mi əsə­ri, o cüm­lə­dən, 10 mo­­no­q­ra­fi­ya­sı nəşr olun­­muş­dur. O, Azər­­bay­­­can di­lin­də ilk dərs­lik­lə­rin, dərs və­sa­it­lə­ri­nin və bir sı­ra el­mi-me­to­dik iş­­lə­rin mü­əl­li­fi ol­muş­dur. Onun rəh­bər­li­yi ilə 50-dən ar­tıq elm­lər dok­­­to­ru və fəl­sə­fə dok­to­ru ha­zır­lan­­mış­dır.

Ə.Ya­qu­bo­vun neft-qaz sa­hə­sin­də xid­mət­lə­ri yük­­sək qiy­mət­lən­­di­ril­miş­dir. O, 2 də­fə “Le­­nin or­de­ni”, “Şə­rəf ni­şa­nı” və “Oktyabr in­qi­­­la­bı” or­den­­lə­­ri, 1941-1945-ci il­lər Bö­yük Və­tən mü­ha­ri­bə­sin­­də “Qaf­qa­zın mü­­da­­fiə­si­nə gö­rə”, “Rə­şa­dət­li əmə­yə gö­rə” me­dal­la­rı ilə təl­tif edil­miş, SSRİ-nin “Fəx­ri neft­çi”si adı­na la­yiq gö­rül­müş­dür.

Aka­de­mik Əhəd Ya­qu­bov 1979-cu il­də Ba­kı­ şəhərində və­fat et­miş­dir.