GÖRKƏMLİ ALİMLƏR

Azərbaycan pediatriyasının anası

Azərbaycan pediatriyasının anası

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Na­ma­zo­va Ədi­lə Əvəz qı­zı

Na­ma­zo­va Ədi­lə Əvəz qı­zı 9 sent­yabr 1926-cı il­də Ağ­dam ra­yo­nu­nun Se­yid­li kən­din­də ana­dan ol­muş­dur. Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nun Pe­di­at­ri­ya fa­kül­tə­si­ni bi­tir­dik­dən (1949) son­ra Mər­kə­zi Hə­kim­lə­ri Tək­mil­­ləş­dir­mə İns­ti­tu­tu­nun (Mosk­va) Pe­di­at­ri­ya ka­fed­ra­sı­nın as­pi­ran­tı ol­muş və 1959-cu il­­də ora­­da “Uşaq­lar­da rev­ma­tiz­min ak­tiv fa­za­sın­da ürək-da­mar sis­te­mi­nin funk­sio­nal və­ziy­yə­ti­nin öy­rə­nil­mə­si” möv­zu­sun­da tibb elm­lə­ri üz­­rə na­­mi­­zəd­­lik, 1965-ci il­­də I Mosk­va Tibb İns­ti­tu­tun­da “Uşaq­lar­da ürə­yin mə­də­cik­lə­ra­ra­sı və qu­laq­cıq­la­ra­ra­sı çə­pər qü­sur­la­rı­nın cər­ra­hi müa­li­cə­sin­də kli­ni­ka və di­aq­nos­ti­ka” möv­zu­sun­da tibb elm­lə­ri üz­rə dok­­tor­­luq dis­­ser­­ta­­si­­ya­­la­­rı­­nı mü­da­fiə et­miş, 1967-ci il­də pro­fes­sor el­mi adı­nı al­mış­dır.

Ə.Na­ma­zo­va 1971-ci il­də SSRİ Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü, 1983-cü il­də Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü, 1993-cü il­də Ru­si­ya Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın üz­vü se­çil­miş­dir.

Ə.Na­ma­zo­va 1965-2020-ci illərdə Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin II Uşaq xəs­tə­lik­lə­ri ka­fed­ra­sı­nın mü­di­ri və­zi­fə­sin­də ça­lı­şmışdır. Ta­nın­mış ali­min el­mi fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mə­ti­ni uşaq­lar­da kəs­kin rev­ma­tizm za­ma­nı ürək-qan da­mar sis­te­mi­nin funk­sio­nal və­ziy­yə­ti­nin öy­rə­nil­mə­si, ana­dan­gəl­mə ürək qü­sur­la­rı­nın di­aq­nos­ti­ka­sı, di­fe­ren­si­al di­aq­no­zu, habe­lə qü­sur­lar za­ma­nı cər­ra­hi əmə­liy­ya­ta gös­tə­riş və əks­gös­tə­ri­şin mü­əy­yən­ləş­di­ril­mə­si prob­lem­lə­ri, uşaq­lar­­da hi­per­to­ni­ya və hi­po­to­ni­ya xəs­tə­lik­lə­ri­nin epi­de­mio­lo­gi­ya­sı­nın, kli­ni­ki əla­­mət­lə­ri­nin xü­su­siy­yət­lə­ri­nin, tə­za­hür for­ma­la­rı­nın öy­rə­nil­mə­si, pro­fi­lak­ti­ka və müa­li­cə üsul­la­rı­nın iş­lə­nib ha­zır­lan­ma­sı və sə­hiy­yə prak­ti­ka­sı­na tət­bi­qi təş­kil edib.

Ə.Na­ma­zo­va 500-ə ya­xın el­mi əsə­rin, 32 mo­noq­ra­fi­ya, dərs­lik və dərs və­sai­ti­nin, 5 ix­ti­ra­nın mü­əl­li­fi­ olmuşdur. Çox say­da bey­nəl­xalq konq­res, qu­rul­tay və sim­po­zi­um­lar­da Azər­bay­can pe­di­at­ri­ya el­mi­ni lə­ya­qət­lə təm­sil et­miş­dir.

Onun el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə tibb üz­rə 72 fəl­sə­fə və 12 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.

Ə.Na­ma­zo­va AR Pe­di­atr­lar As­so­sia­si­ya­sı­nın pre­zi­­den­ti, Ümum­dün­ya və Av­ro­pa Pe­di­atr­lar As­so­sia­si­ya­sı İda­rə he­yə­ti­nin üz­vü, Türk­dil­li Öl­kə­lə­rin Pe­di­atr­lar As­so­sia­si­ya­sı­nın vit­se-pre­zi­den­ti, Türk­dil­li və baş­qa öl­kə pe­di­atr­la­­rı­nın V Konq­re­si­nin pre­zi­den­ti, SSRİ Xalq de­pu­ta­tı, elə­cə də Ali So­ve­tin Ko­mi­tə səd­ri ol­muş­dur. AR SN-nin “Aka­de­mik M.Top­çu­ba­şov mü­ha­zi­rə­lə­ri” mü­sa­bi­qə­si ko­mis­si­ya­sı­nın səd­ri, AR Uşaq Fon­du­nun həm­səd­ri­, uzun il­lər Azərbaycan Respublikasının Pre­zi­den­ti ya­nın­da Ali At­tes­ta­si­ya Ko­mis­si­ya­sı Rə­ya­sət He­yə­ti­nin üz­vü ol­muş­dur.

Ə.Na­ma­zo­va bio­tib­bi eti­ka prob­lem­lə­ri sa­hə­sin­də ça­lı­şa­raq ilk də­fə (Azər­bay­can və in­gi­lis dil­lə­rin­də) san­bal­lı əsər, təd­ris və­sa­it­lə­ri, ki­tab­lar, uni­ver­si­tet və kol­lec tə­lə­bə­lə­ri üçün təh­sil proq­ra­mı ha­zır­la­mış­dır.

Ə.Na­ma­zo­va “Sə­hiy­yə əla­çı­sı” döş ni­şa­nı­na (1980), Azərbaycan Respublikasının Döv­lət Mü­ka­fa­tı­na (1981), “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na (1982), AMEA-nın “Aka­de­mik Mi­rə­sə­­dul­la Mir­qa­sı­mov” adı­na mü­ka­fa­tına (2016) la­yiq gö­rül­müş, Azər­bay­can Res­pub­­li­­ka­sı­nın “Şöh­rət” (1996) və “Şə­rəf” (2011) or­den­lə­ri, “Aka­de­mik M.A.Top­çu­­ba­şov Mü­ha­zi­rə­lə­ri” fəx­ri dip­lo­mu (2006), Mosk­va­nın və bü­tün Ru­si­ya­nın Pat­ri­ar­xı II Alek­sey tə­rə­fin­dən “Mü­qəd­dəs Çar Dmit­ri” or­de­ni (2007), “Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin fəx­ri dip­lo­mu” (2016), Ru­si­ya Pe­di­atr­lar Bir­li­yi­nin “Aka­de­mik G.Spe­rans­ki” me­da­lı və s. ilə təl­tif edil­miş­dir.

Akademik Ədilə Namazova 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.