GÖRKƏMLİ ALİMLƏR

Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcısı

Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcısı

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ağa­yev Bö­yük­ki­şi Ağa oğ­lu

Ağa­yev Bö­yük­ki­şi Ağa oğ­lu 10 sent­yabr 1928-ci il­də Zər­dab ra­yo­nu­nun Əl­vənd kən­din­də ana­dan ol­muş­dur. Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nun Müa­li­cə fa­kül­­tə­si­ni bi­tir­miş­dir (1949).

B.Ağa­yev 1957-ci ildə na­mi­zə­dlik, 1966-cı ildə Moskvada “Onkoloji xəstəliklərin inkişafı zamanı böyrəküstü vəzin funksional vəziyyəti və su-duz mübadiləsində baş verən dəyişikliklərin öyrənilməsi və müalicəvi tədbirlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, pro­fes­sor el­mi adını­ almış (1968), AEA-nın müx­bir üzvü (1980) və hə­qi­qi üz­vü (1989) se­çil­­miş­dir.

B.Ağa­yev 1949-cu il­də Azərbaycan Dövlət Tibb İns­ti­tu­tu­nu bi­tir­dik­­dən son­ra 6 ay müd­də­tin­də aka­de­­mik M.M.Mir­qa­sı­mo­vun rəh­bər­lik et­di­yi Cər­ra­hiy­yə ka­fed­ra­sın­da tək­mil­­ləş­dirmə kursu keç­­miş və 1950-1954-cü il­lər­də Sa­bi­ra­bad ra­yon xəs­tə­xa­na­sın­da hə­kim-cər­rah kim­­i ça­lış­mış­dır. O, Həş­tər­xan Tibb İns­ti­tu­tu­nun Cər­ra­hiy­yə ka­fed­ra­sı­nın as­si­sten­ti (1958-1960), Azər­bay­can Sə­hiy­yə Na­zir­li­yi­nin ET On­ko­­lo­gi­ya İns­ti­tu­­tu­­nun Cər­ra­hiy­yə şö­bə­si­nin baş el­mi iş­çi­si və şö­bə mü­di­ri (1960-1967) və­zi­fə­­lərin­də işləmişdir.

B.Ağa­yev Azər­bay­can Tibb İnstitutunun Cər­ra­hiy­yə ka­fed­ra­sı­nın mü­di­ri (1973), Azərbaycan SSR SN ET Qast­ro­en­te­ro­lo­gi­ya İns­ti­tu­tu­nun (1988), aka­­de­­mik M.A.Top­çu­ba­şov adı­na El­mi Cər­ra­hiy­yə Mər­kə­zi­nin di­rek­to­ru (1999-2018) ol­muş­dur.

Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə əvəzsiz töhfələr bəxş edib. El­mi fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mə­ti­ni he­po­to­bi­li­ar cər­ra­hiy­yə, əsa­sən qa­raci­yər, öd yol­la­rı, mə­də­al­tı və­zi, həzm sis­te­mi or­qan­la­rı­nın və baş­qa cər­ra­hi xəs­tə­lik­lə­rin di­aq­nos­ti­ka­sı və müa­li­cə­si təş­kil et­miş­dir. Cər­ra­hi əmə­liy­yat­lar­la əla­­qə­dar or­qa­niz­min im­mun sis­te­min­də­ki də­yi­şik­lik­lə­rin ni­­zam­lan­ma­sı, müx­tə­lif or­qan­la­rın funk­sio­nal fəa­liy­yə­ti­nin mü­əy­yən­ləş­di­ril­­mə­si sa­hə­sin­də ali­min eks­­pe­ri­men­tal nə­ti­cə­lər əsa­sın­da təc­rü­bi töv­si­yə­lə­ri və ix­ti­ra­la­rı dün­ya tibb el­mi­­nin ye­ni­lik­lə­rin­dən ol­muş­dur. Öd yol­la­rın­da apa­rı­lan bir sı­ra re­kons­t­ruk­tiv və bər­pa­­e­di­ci əmə­liy­yat­la­rın tək­mil­ləş­di­ril­mə­sin­də və prak­ti­ki ola­raq tət­bi­qin­də onun bö­­yük xid­­mət­lə­ri ol­muş­dur.

Bey­nəl­xalq aləm­də ta­nın­mış cər­rah-kli­­ni­sist­ B.Ağa­ye­vin Azər­bay­can­da mə­də-ba­ğır­saq or­qan­la­rı­nın cər­ra­hi müa­li­cə­si­­nin in­ki­­şa­fın­da və bu sahədə tibb kadr­la­rı­nın ha­zır­lan­ma­sın­da xid­mət­lə­ri bö­yük­dür.

B.Ağa­yev 400-ə qə­dər el­mi əsə­rin, 12 mo­noq­ra­fi­yanın, “Cər­ra­hi əmə­­liy­­yat­lar at­la­sı”nın (2013), dərs­lik­lə­rin və 8 ix­ti­ra­nın mü­əl­li­fi ol­muş­dur. O, mö­tə­bər bey­nəl­xalq el­mi təd­bir­lər­də et­di­yi mə­ru­zə­lə­rlə Azər­bay­can tibb el­mi­ni la­yi­qin­cə təm­sil et­miş­dir.

Ali­min el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə tibb üz­rə 52 fəlsəfə doktoru və 9 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.

B.Ağa­ye­vin ic­ti­mai fəa­liy­yə­ti də sə­mə­rə­li ol­muş, o, bir sı­ra bey­nəl­xalq el­mi cə­miy­yət­lə­rin üz­vü və 12-ci ça­ğı­rış Azər­bay­can SSR Ali So­ve­ti­nin de­pu­ta­tı se­çil­miş­dir.

B.Ağa­yev Azər­bay­ca­nın “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na (1979) la­yiq gö­rül­müş, Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şöh­rət” or­de­ni (1998), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aka­de­mik M.A.Top­çu­ba­şov və AMEA-nın “Aka­de­mik Mi­rə­sə­dul­la Mir­qa­sı­mov” adı­na mü­ka­fat­la­rı, “Azər­bay­can Res­pub­li­­ka­sı­nın Ni­za­mi Gən­cə­vi adı­na qı­zıl me­da­lı” (2016), ABŞ Bib­li­oq­ra­fi­ya Mər­kə­zi­nin “Qı­zıl me­da­l”ı (1997) ilə, fəx­ri fər­man­lar­la təltif edilmişdir.

Aka­de­mik Bö­yük­ki­şi Ağa­yev 2018-ci il­də Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.