GÖRKƏMLİ ALİMLƏR

Rəhbərliyi altında bütün dünyada istifadə edilən cihazlar hazırlanan alim

Rəhbərliyi altında bütün dünyada istifadə edilən cihazlar hazırlanan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Sa­la­yev El­dar Yu­nus oğ­lu 31 de­kabr 1933-cü il­də Nax­çı­van şə­hə­rin­də ana­dan ol­muş­dur.1956-cı il­də Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin (indiki Bakı Dövlət Universiteti) Fi­zi­ka-ri­ya­ziy­yat fa­kül­tə­si­ni bi­tir­miş­dir.

O, 1963-cü ildə “Bəzi KCl-Ag fosforlarında tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda na­mi­zə­dlik, 1975-ci ildə “Qallium selenin energetik quruluşu və optik xassələri” mövzusunda dok­to­rluq di­sser­ta­si­yalarını mü­da­fiə et­miş, 1979-cu ildə pro­fes­sor el­mi adı­nı al­mış­, 1980-ci il­də AEA-nın müx­bir üz­vü, 1983-cü il­də AEA-nın hə­qi­qi üz­vü se­çil­miş­dir.

Əmək fəa­liy­yə­ti­nə AEA-nın Fi­zi­ka İns­ti­tu­tun­da baş­la­ya­raq ki­çik el­mi iş­çi, el­mi ka­tib, la­bo­ra­to­ri­ya mü­di­ri, di­rek­to­run el­mi iş­lər üz­rə müa­vi­ni, SSRİ Mü­da­fiə Sə­na­ye­si Na­zir­li­yi­nin El­mi-Təd­qi­qat Tət­bi­qi Fi­zi­ka və El­mi-Təd­qi­qat Fo­to­­e­lekt­­ro­­ni­­ka ins­ti­tut­la­rı­nın di­rek­to­ru, AEA-nın pre­zi­den­ti (1983-1997) və­zi­fə­lə­rin­də ça­lış­­mış­­dır. SSRİ xalq de­pu­ta­tı (1984-1992), Azər­bay­can Mil­li Məc­li­si­nin de­pu­ta­tı ol­muş­dur.

E.Sa­la­yev bərk ci­sim fi­zi­ka­sı, kvant elekt­ro­ni­ka­sı və fo­toe­lekt­ro­ni­ka sa­hə­sin­də gör­kəm­li alim­dir. O, baş­lı­ca ola­raq ye­ni mü­rək­kəb ya­rım­ke­çi­ri­ci­lə­rin alın­ma­sı, fun­­da­men­tal təd­qi­qi, on­lar əsa­sın­da ye­ni ci­haz­la­rın ya­ra­dıl­ma­sı və xalq tə­sər­­rü­­fa­­tı­­na tət­bi­qi ilə məş­ğul olmuşdur. Lay­lı kris­tal­lar­da və dar­zo­laq­lı ya­rım­ke­çi­ri­ci­lər­də al­dı­ğı ye­ni fun­da­men­tal nə­ti­cə­lər çox ge­niş və xü­su­si tət­biq ob­last­la­rı­na ma­lik, spekt­rin ult­ra­bə­növ­şə­yi gö­rü­nən və 30 mkm-dək inf­ra­qır­mı­zı ob­last­la­rın­da iş­lə­yən fo­to­qə­bu­le­di­ci­lə­rin, elekt­ron op­tik çe­vi­ri­ci­lə­rin ya­ra­dıl­ma­sı­na gə­tir­ib çıxarmışdır.

Onun rəh­bər­li­yi ilə 1973-cü il­də Ba­kı­da xü­su­si tə­yi­nat­lı fo­to­qə­bu­le­di­ci­lər, elekt­ron-op­tik çe­vi­ri­ci­lər, elekt­ron mik­ro­so­yu­du­cu­la­rı, bu çe­vi­ri­ci­lə­rin met­ro­­lo­­gi­­ya­­sı üçün ci­haz­lar la­yi­hə­ləş­di­rən və təd­qiq edən, on­la­rın tam is­teh­sa­lı­nı, sı­na­ğı­nı və sə­na­ye miq­ya­sın­da tət­bi­qi­ni hə­ya­ta ke­çi­rə bi­lən keç­miş it­ti­faq­da ye­ga­nə Fo­to­­e­lekt­­ro­ni­ka İns­ti­tu­tu ya­ra­dıl­mış, qı­sa müd­dət­də dün­ya stan­dart­la­rı sə­viy­yə­sin­də ye­ni fo­to­qə­bu­le­di­ci­lər, ge­cə gör­mək üçün elekt­ro-op­tik çe­vi­ri­ci­lər, mən­fi 120-130°C-dək so­yut­ma ve­rən elekt­ron mik­ro­so­yu­du­cu­lar, met­ro­lo­gi­ya və ölç­mə tex­ni­ka­sı sa­hə­sin­də ci­haz­la­rın müx­tə­lif tə­yi­nat­lı növ­lə­ri iş­lə­nil­miş və ins­ti­tu­tun təc­rü­bə za­vo­dun­da tam is­teh­sa­lı hə­ya­ta ke­çi­ril­miş­dir.

Bu ci­haz­lar Kur­ça­tov adı­na Atom ener­jisi İns­ti­tu­tun­da ter­mo nü­və sin­tez za­ma­nı yük­sək tem­pe­ra­tur­lu plaz­ma­ya nə­za­rət qur­ğu­su, la­zer ni­şan­lan­ma sis­te­mi, ye­rin tə­bii sər­vət­lə­ri­ni tət­biq edən “Kos­mos”, “Re­surs-01”, “Re­surs-09” kos­mik apa­rat­la­rı, Mars pla­ne­ti və onun Fo­bos pey­ki­ni təd­qiq edən “Fo­bos” av­to­ma­tik stan­si­ya­sı, müx­tə­lif mar­ka­lı və tə­yi­nat­lı pi­lot­suz sis­tem­lər, 1984-cü il­də bi­rin­ci də­fə Mosk­va şə­hə­ri və vi­la­yə­ti­nin is­ti­lik xə­ri­tə­si­ni çə­kən uçan apa­rat, müx­tə­lif ra­ket, təy­ya­rə və ye­rüs­tü dö­yüş ma­şın­la­rın­da və s. mü­vəf­fə­qiy­yət­lə is­ti­fa­də olun­muş­lar.

E.Sa­la­yev 420 el­mi əsə­rin və 88 ix­ti­ra və pa­ten­tin, 4 mo­noq­ra­fi­ya­nın mü­əl­­li­­fi­­dir. “Qır­mı­zı əmək bay­ra­ğı” or­de­ni və Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şə­rəf” or­de­ni ilə təl­tif edil­miş­dir. Azər­bay­can Döv­lət Mü­ka­fa­tı, elə­cə də aka­de­mik “S.İ.Va­vi­lov” adı­na, “Ha­cı Zey­­na­­lab­­din Ta­ğı­yev” adı­na, “Nə­ri­man Nə­ri­ma­nov” adı­na mü­ka­fat­la­rın lau­rea­tı­ olmuşdur.

Aka­de­mik Eldar Salayev 2022-ci il­də Ba­kı şəhərində və­fat et­miş­dir.