GÖRKƏMLİ ALİMLƏR

Görkəmli geoloq və elm təşkilatçısı

Görkəmli geoloq və elm təşkilatçısı

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Əli­za­də Akif Ağa Meh­di oğ­lu 25 fev­ral 1934-cü il­də Ba­kı şə­hə­rin­də zi­ya­lı ailə­­sin­də ana­dan ol­muş­dur. Azər­­bay­­can Sə­na­ye İns­ti­tu­tu­nun Ge­o­­lo­ji-kəş­­fiy­­yat fa­kül­tə­si­ni bi­tir­miş­dir (1956).

A.Əli­za­də əmək fəa­liy­yə­ti­nə Su­ra­xa­nı ­neft mə­də­nin­də qu­yu­la­rın təd­­qi­qi üz­rə tex­­nik və­zi­fə­sin­dən baş­la­mış­dır. 1957-ci il­də AEA-nın Geo­lo­gi­ya  İns­ti­tu­tu­na baş la­bo­rant və­zi­fə­si­nə işə qə­bul olun­­muş­dur. Ar­dı­cıl ola­­raq ki­çik, bö­yük el­mi iş­çi və­zi­fə­lə­rin­də iş­lə­miş­dır. 1970-1976-cı il­lər­də Geo­lo­gi­ya İns­ti­tu­tu­nun el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni, 1990-2007-ci il­lər­də AMEA-nın Yer Elm­lə­ri Böl­mə­­si­nin (YEB) aka­de­­mik-ka­ti­bi, 2007-2013-cü il­lər­də AMEA-nın vit­se-pre­zi­den­ti ol­muş, 2013-2019-cu il­lər­də AMEA-nın pre­zi­­den­­ti və­zi­­fə­­sin­də ça­lış­mış­dır. 1976-cı il­dən Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­­tu­nun di­rek­to­ru­dur.

A.Əli­za­də­nin rəh­bər­li­yi və iş­ti­ra­kı ilə Azər­bay­ca­nın tə­ba­şir çö­kün­tü­lə­ri­nin stra­ti­q­ra­fik sxem­lə­ri iş­lə­­nib ha­zır­lan­mış, geo­lo­ji pro­ses­lər, çök­mə və vul­ka­no­gen-çök­mə for­ma­si­ya­la­rı, tə­ba­şir döv­rün­də fau­na­nın in­ki­­şa­fı və s. mə­sə­lə­lə­rə da­ir müa­sir ba­­xış­­la­rı əks et­di­rən zən­gin pa­le­on­to­lo­ji-stra­riq­ra­fik ma­te­ri­al­lar araş­dı­rı­lıb ümu­­mi­­ləş­­di­ril­miş­dir.

A.Əli­za­də Qaf­qa­zın tə­ba­şir döv­rü höv­zə­lə­ri­nin bio­geo­kim­yə­vi ra­yon­­laş­­dı­rıl­ma me­­tod­­la­­rı­nın iş­lə­nil­mə­si və tə­ka­mül ami­li ki­mi pa­leo­höv­zə­lə­rin geo­kim­yə­vi şə­rai­ti­­nin öy­rə­­nil­­mə­si sa­hə­sin­də fun­da­men­tal təd­qi­qat­lar apar­­mış­dır. Fos­sil or­qa­nizm­lə­rin ske­­let his­sə­lə­­ri­nin mik­rost­ruk­tur, kim­yə­vi tər­­kib və kris­tal­lo­kim­yə­vi xü­su­siy­yət­­lə­­ri­nin təh­li­li­nə əsa­sən o, müx­tə­lif kim­­yə­vi ele­ment­lə­rin miq­ra­si­ya və top­lan­ma qa­­nu­na­­uy­­ğun­luq­la­rı­nı, ay­rı-ay­rı tak­son­la­rın pa­leo­fi­zio­lo­ji xü­su­siy­yət­lə­ri­ni mü­əy­yən­ləş­­dir­­miş­dir. Alim ilk də­fə ola­raq izo­top pa­leo­ter­mo­met­ri­ya üsu­lu ilə O18 və O16 izo­top­­la­rı­nın nis­­bə­ti­nə gö­rə Azər­bay­ca­nın tə­ba­şir höv­zə­lə­ri üçün pa­leo­tem­pe­ra­tu­run müt­ləq qiy­­mə­ti­ni tə­yin et­miş­dir. Elm dün­ya­sı Azər­bay­can ali­mi­nin el­mi xid­mət­lə­­ri­­ni nə­zə­rə ala­raq öy­rən­di­yi be­lem­nit­­lə­rin ye­ni ailə­si­ni onun adı ilə “Aki­fi­be­­lid­­lər” adlan­dır­mış­dır.

A.Əli­za­də Azər­bay­can Döv­lət Neft Aka­de­mi­ya­sın­da, Ba­kı Döv­lət Uni­­ver­si­te­tin­də mü­­ha­zi­rə­lər oxu­muş­dur. O, 260 el­mi əsə­rin, 16 mo­noq­ra­fi­­ya­ və kitabın, 6 mü­əl­lif­lik şə­ha­­dət­na­mə­­si­nin mü­əl­li­fi­dir. Onun rəh­bər­li­yi ilə 15 fəl­sə­fə və 1 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.

A.Əli­za­də­nin xid­mət­lə­ri Azər­bay­can döv­lə­ti tə­rə­fin­dən yük­sək qiy­­mət­­lən­­di­ril­­miş  və o, “Fə­­da­kar əmə­yə gö­rə” yu­bi­ley me­da­lı (1970), “Şə­rəf ni­şa­nı” (1986), “Şöh­rət” (2004), “Şə­rəf” (2008), “İs­tiq­lal” (2014), 1-ci də­rə­cə­li “Əmək” (2019) or­den­lə­ri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2024) və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təl­tif olun­muş­dur (2024). A.Əli­za­də Azər­bay­can Res­pub­li­ka­sı­nın “Əmək­dar elm xa­di­mi” və Azər­bay­can Döv­lət Mü­ka­fa­tı lau­rea­tı­dır (1991). A.Əli­za­də Ru­si­ya Tə­bi­ət Elm­lə­ri Aka­de­mi­ya­sı­nın xa­ri­­ci üz­vü se­çil­miş və bu Aka­de­mi­ya­nın “Elm və mə­də­niy­yət fə­da­ka­rı” fəx­ri ni­şa­nı (2014), paleontologiyanın inkişafına verdiyi töhfələrə görə “Akademik A.A.Borisyak” adına medal və diplom (2019), AMEA-nın Fəx­ri fər­ma­nı (2023) ilə təl­tif olun­muş­dur.