GÖRKƏMLİ ALİMLƏR

Dünya miqyaslı Azərbaycan dilçisi

Dünya miqyaslı Azərbaycan dilçisi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Axun­­dov­ Ağa­mu­sa Ağa­sı oğ­lu

Axun­­dov­ Ağa­mu­sa Ağa­sı oğ­lu 2 fev­ral 1932-ci il­də Kürdəmir şə­hə­­rin­də ana­­dan ol­­muş­­­dur.

Or­ta mək­tə­bi qı­zıl me­dal­la, 1955-ci ildə Azərbaycan Döv­lət Uni­ver­si­te­­ti­­nin Fi­­lo­­lo­­­gi­ya fa­kül­tə­sini “Nizami” təqaüdü, 1965-ci ildə Azərbaycan Dillər İns­titutunun Qərbi Avropa dilləri fakültəsini fərqlənmə diplomu ilə bi­tir­mişdir. 1958-ci ildə namizədlik, 1964-cü ildə doktorluq dis­ser­ta­siyalarını müdafiə etmiş, 1967-ci ildə pro­fessor elmi adını­ almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü se­çil­­mişdir.

Akademik A.Axundov Azərbaycan fonologiyası məktəbinin və Azər­­bay­can di­­li­­nin sin­­taq­ma­tik fo­ne­ti­ka sa­hə­si­nin ya­ra­dı­cı­sı və nə­zə­ri dil­çi­lik üz­rə gör­­kəm­li alim­­dir. Ali­min ço­xil­lik ax­ta­rış­la­rı­nın nə­ti­cə­lə­ri öl­kə­də və xa­ric­də çap olun­muş 500-dən çox el­mi əsər­də, 30-dan ar­tıq ki­tab, mo­­no­q­ra­­fi­­ya və dərs­lik­də öz ək­si­ni tap­mış­dır. Onun “Fei­lin za­­man­­la­rı”, “Azər­bay­can di­­­li­nin fo­­nem­­lər sis­te­mi”, “Azər­bay­can di­li­nin ta­ri­xi fo­­ne­­ti­ka­sı”, “Ri­­ya­zi dil­­çi­­lik”, “Şe­ir sə­nə­ti və dil”, “Azər­bay­can di­li­nin fo­­ne­­ti­­­ka­sı”, “Ümu­mi dil­çi­lik”, “Di­lin es­te­ti­ka­sı”, “Dil və ədə­biy­yat” (2 cild­də) və sa­ir əsər­lə­ri el­mi ic­ti­ma­iy­yə­tin də­rin rəğ­bə­ti­ni qa­zan­­mış­­dır. Əsər­lə­rin­də Azər­­­bay­­can di­li fo­­ne­tik sis­­te­mi­nin el­mi təh­li­li ve­­ril­­miş, türk dil­lə­rin­də sı­ra kate­qo­ri­ya­sı­nın möv­cud­luğu əsas­landırılmış, şeir vəzninin ya­zıldığı dilin fonetik quruluşundan ası­lılığı sü­­but edilmişdir. Türk dillərinin mən­ti­qi ti­pi­nin yaradılması ideyası da akade­mik A.Axun­do­va məxsusdur.

1958-ci il­dən Azər­bay­can Döv­lət Uni­ver­si­te­tin­də əmək fəa­liy­yə­ti­nə baş­­la­­yan A.Axun­dov Fi­lo­lo­gi­ya fa­­kül­­­tə­­sin­­də mü­əl­lim, baş mü­əl­lim, dör­­dün­­cü müd­də­tə fa­kül­tə de­ka­nı və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. O, 1990-2011-ci il­lər­də AEA-nın Nə­si­mi adı­na Dil­­çi­­lik İns­ti­tu­tu­na 20 il­dən ar­tıq rəh­bər­lik et­miş, AMEA-nın Hu­ma­ni­tar və İc­ti­­mai Elm­lər Böl­mə­si­nin ikin­ci müd­də­tə aka­­de­­mik-ka­ti­bi, 2001-2011-ci il­lər­də AMEA Rə­ya­sət He­yə­ti­nin üz­vü, 2011-2015-ci il­lər­də AMEA Rə­­ya­sət He­yə­ti­nin mü­şa­vi­ri və­zi­fə­lə­rin­də ça­lış­mış­dır.  

Aka­de­mik A.Axun­­dov dün­ya miq­ya­sın­da ta­nı­nan alim­dir. O, Türk Dil Qu­ru­mu­nun fəx­ri üz­vü, Lüt­fi Za­də adı­na Müa­sir Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü, Dün­ya Tür­­ko­­loq­­la­r As­so­sia­si­ya­sı Rə­ya­sət He­yə­ti­nin, Al­­­ma­­­ni­­­­ya Elm­lər Aka­de­mi­ya­sı­nın “Fo­­­­ne­­ti­­ka, dil­­çi­­lik: kom­­­­mu­­ni­­ka­­tiv təd­­qi­­qat­­­lar” ad­­lı bey­­­nəl­­­xalq el­­mi-nə­­zə­­ri jur­­na­­lın re­­­dak­­­si­­ya he­­­yə­­ti­­nin üz­­vü, AEA-nın Ter­­­mi­­­no­­lo­­gi­­ya Ko­­­mis­­si­­ya­­sı səd­­­­ri­­nin mü­­a­­­vi­­ni, Azər­­­bay­­­can Res­pub­li­ka­sı Ali So­­ve­­ti Rə­ya­sət He­yəti­nin To­­­po­­­ni­­mi­­ka Ko­­­mis­­­si­­­ya­­­sı­­nın, Azər­­TAC-ın Tər­cü­mə şu­­ra­­sı­­nın, Azərbaycan Respublikasının Pre­zi­den­ti ya­nın­da Əfv Ko­missiyasının, Dövlət Dili Komissiyasının, Azərbaycan Respublikası Milli Məc­lisinin Topo­nimika Komis­si­ya­sının, Azərbaycan Respublikasının Prezidenti yanın­da Ali At­tes­ta­si­ya Ko­mis­si­ya­sı Rə­ya­sət He­­yə­­ti­­nin, Azərbaycan Respublikası “Heydər Əliyev” Mükafatı Ko­mis­si­ya­sının üzvü, So­vet-Ame­ri­ka Dost­­luq Cə­­miy­­yə­­ti Ba­kı şö­bə­si­nin səd­­ri ki­mi ge­­niş ic­ti­mai-el­mi fəa­liy­yət gös­­tər­miş­dir.

Gör­kəm­li alim 1965-1966-cı illərdə Mi­sir Ərəb Respublikasının Qa­hi­rə şə­­hə­­rin­də, Eyn-Şəms Uni­ver­si­te­­tin­də Azər­­bay­­can di­li və ədə­biy­ya­tın­dan dərs de­miş, “Dost­luq” evi­­­nin və So­vet Ame­ri­ka Əla­qə­lə­ri İns­ti­­tu­­tu­­nun xü­su­si he­yə­ti­nin tər­ki­bin­də ABŞ-də ol­muş, 1975-ci ildə Nyu-York­­da II dün­ya mü­ha­ri­bə­si­­nin qur­­tar­­ma­­sı­­nın 30 il­li­yi­nə həsr olun­muş ic­las­da iş­ti­rak et­­miş­­­dir. O, Ya­po­ni­ya El­mə Yar­dım Cə­­­miy­­yə­ti­nin də­­­­və­tilə bir ay To­kio Uni­­ver­­si­­te­tin­də Azər­­bay­­can di­li dər­si de­miş, Ko­be Uni­­­ver­si­te­tin­də və To­kio Şərq Ki­tab­­xa­­na­sın­da “Azər­­bay­can di­­­­li in­­ki­şaf yol­la­rın­da” möv­­zu­­sun­­da iki konf­­rans ke­çir­miş­dir.

A.Axun­dov 1987-ci ildə ABŞ-nin “Fri­end­s­hip For­se” (“Dost­­luq qüv­və­lə­ri”) ic­ti­mai təş­­­ki­la­tı­nın Fəx­ri fər­ma­nı­na la­yiq gö­­rül­müş­dür. ABŞ-nin Nyu-Or­­le­an şə­­hə­ri­nin fəx­ri xa­ri­ci və­tən­da­şı, 1987-ci ildə Lu­i­­zia­na şta­tı­nın pay­tax­tı Ba­ton Ru­­jun Şə­hər şu­­ra­sı­nın fəx­ri üz­vü seçilmişdir. 

Aka­de­mik A.Axun­dov Azərbaycan Respublikasının Döv­lət Mü­ka­­fa­tı­na (1986), “Əməkdar elm xadimi” fəxri adına (1990) la­yiq gö­rül­müş, “Şöh­rət” (2000) or­de­ni, UNES­CO-nun ser­ti­fi­ka­tı (2004), AMEA-nın Fəxri fərmanları ilə təl­tif olun­muş­dur. Ümum­dün­ya Sülh və Ümum­dün­ya Din­ləra­ra­sı və Mil­lət­lə­ra­ra­sı Sülh fe­de­ra­si­ya­la­rı tə­rə­fin­dən “Sülh sə­fi­ri” (2004) fəx­ri adı­na layiq görülmüşdür.

Aka­de­mik Ağa­mu­sa Axun­dov 2015-ci ildə Bakı şəhə­rində vəfat etmişdir.