GÖRKƏMLİ ALİMLƏR

Azərbaycan dilçiliyinə yeni nəfəs verən alim

Azərbaycan dilçiliyinə yeni nəfəs verən alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ha­­cı­­yev To­fiq İs­ma­yıl oğ­lu

Ha­­cı­­yev To­fiq İs­ma­yıl oğ­lu 1 may 1936-cı il­­də Cəbrayıl ra­yo­nu­nun Sol­­tan­­lı kən­­­din­də anadan ol­muş­dur.

1953-cü ildə Azər­­­bay­­can Döv­lət Uni­ver­­si­te­­ti­nin Fi­­lo­lo­­gi­­ya fa­­­kül­­tə­­si­nə da­xil ol­muş­dur. Ali təh­­si­li­ni fərq­­lən­mə dip­­lo­­mu ilə bi­ti­rə­rək 1958-1961-ci illərdə “Dil­­çi­­lik” ix­­ti­sa­sı üz­­rə as­pi­ran­tu­ra­da təh­sil al­mış, 1962-ci ildə “Azər­­bay­can di­li­nin Cəb­­ra­yıl şi­və­si” möv­­zu­­sun­da na­mi­zəd­lik, 1969-cu ildə “XX əs­­rin əv­vəl­lə­rin­də Azər­­bay­­can ədə­bi di­li” möv­zu­sun­da dok­tor­luq dis­­ser­­ta­­si­ya­­la­rını mü­da­fiə et­miş, 2007-ci ildə AMEA-nın müx­bir üz­vü, 2014-cü ildə hə­qi­qi üz­vü se­çil­miş­dir.

1962-1968-ci illərdə Azər­bay­can Pe­da­qo­ji Dil­lər İns­ti­tu­tun­da mü­əl­lim, do­sent, 1969-1970-ci illərdə Azər­bay­can Döv­lət Uni­ver­si­te­tin­də do­sent, 1970-1984-cü illərdə Tür­ko­lo­gi­ya ka­fed­ra­sın­da pro­fes­sor, 1984-cü ildən hə­min ka­fed­ra­nın mü­di­ri ol­muş­dur. 1993-cü ildə Azər­bay­can Res­pub­li­ka­sı­nın Maa­rif na­zi­ri, 2014-2015-ci illərdə AMEA-nın Nə­si­mi adı­na Dil­­çi­lik İns­ti­­tu­­tu­­­nun di­rek­to­ru və­zi­fə­lə­rin­də ça­lış­mış­dır.­

T.Ha­cı­ye­vin “Sa­bir: qay­­naq­­lar və sə­ləf­lər”, “Şei­ri­miz, nəs­ri­miz, ədə­­­bi di­li­­miz”, “Də­də Qor­qud: di­li­miz, dü­­şün­­­cə­miz” ki­tab­la­rı el­mi ic­ti­ma­iy­­yə­­tin rəğ­­bət­lə qar­şı­la­dı­ğı əsər­­lə­r­d­­ir. “Azər­­bay­­can so­vet ədə­biy­ya­tı” dərs­­li­­yi­­nin ər­sə­yə gəl­­mə­sin­də həm­mü­əl­lif ki­mi ya­xın­dan iş­ti­rak et­­miş­dir. “Аzər­­bay­can ədə­­bi di­li ta­ri­xi” dərs­­li­yi­­nin, “Azər­­bay­­­can ədə­bi di­li ta­ri­xi”, “XX əs­­rin əv­­vəl­­lə­­rin­də Azər­bay­can ədə­­bi di­li ta­ri­xi”, “Azər­­­­bay­can di­li ta­ri­xi”, “Azər­­bay­can di­­li” ki­mi mo­noq­ra­fi­ya və dərs və­sa­it­lə­­ri­nin mü­əl­­li­­fi­dir.

Ali­min klas­sik­lə­ri­mi­zin di­li və üs­lu­bu ilə bağ­lı on­­lar­ca mə­qa­lə­si, “Sa­ti­ra di­li”, “Ya­zı­çı di­li və ide­ya-bə­dii təh­­lil”, “Mol­­la Nəs­rəd­di­nin di­li və üs­lu­­bu”, “Fü­zu­li: dil sə­nət­kar­lı­ğı” ki­tab­­la­rı çap olun­muş­­dur. Or­ta mək­təb­lər üçün “Türk di­li” (IX si­nif­lər üçün), “Türk di­li” (X-XI si­nif­lər üçün) dərs­lik­­lə­ri  nəşr edil­miş­dir. Gör­kəm­li alim 20 ki­ta­bın, 400-dən çox el­­mi mə­qa­lə­nin mü­əl­­li­­fi­­ idi.

T.Ha­cı­yev kadr ha­­zır­lı­ğı sa­hə­­sin­­də də çox iş gör­müş, dil ta­ri­xi, dia­lek­­to­­lo­­gi­ya üz­rə res­pub­li­ka­mız və baş­qa türk xalq­la­rı üçün xey­li say­da el­mi iş­çi hazırlamışdır. Ki­şin­yov, Al­­ma­­tı, Dü­şən­­bə, Biş­kek, Nu­kus, Nal­­çik və baş­­qa şə­hər­lər­də el­mi konf­rans və sim­­po­­zi­um­­­lar­da dil ta­ri­xi və dia­lek­­to­­lo­gi­ya­nın ak­­tu­al möv­zu­­la­rın­da mə­­ru­­zə­­lər et­miş­dir.

Onun el­mi ya­­ra­­dı­­cı­­­lı­­ğın­da “Ki­ta­bi-Də­də Qor­qud” das­ta­nı ilə bağ­lı təd­­qi­qat­lar mü­hüm yer tu­tur. “Də­də Qor­qud ki­ta­bı en­sik­lo­pe­di­ya­sı”nın apa­rı­cı mü­­əl­­lif­­lə­rin­dən bi­ri və bi­rin­ci cil­din re­dak­to­ru, “Üze­yir Ha­cı­bə­yov en­sik­­lo­­pe­­di­­ya­sı” və AMEA-nın al­tı­cild­lik “Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi”nin mü­əl­­liflə­rin­­dən bi­ri­dir.

Dil­çi alim 2006-cı ildən Azər­bay­can Res­pub­li­ka­sının Pre­zi­den­ti ya­nın­da Ali Attestasiya Komissiyasının Eks­pert şu­ra­sı­nın səd­ri ol­muş, 1995-ci ildə Tür­ki­yə Cüm­hu­riy­yə­ti Ata­türk Dil, Ta­rix və Kül­tür Qu­ru­mu­nun fəx­ri üz­vü se­çil­miş, 1998-ci ildə Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin “Lə­ya­qət ni­şa­nı” ilə təl­tif edil­miş­dir.

Aka­de­mik To­fiq Ha­cı­yev 2015-ci ildə Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.