GÖRKƏMLİ ALİMLƏR

Görkəmli şərqşünas alim

Görkəmli şərqşünas alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Məm­­məd­­ə­li­­yev Va­sim Məm­mə­də­li oğ­lu

Məm­­məd­­ə­li­­yev Va­sim Məm­mə­də­li oğ­lu 27 av­qust 1942-ci il­də Ba­kı şə­hə­rin­də ana­­dan ol­muş­dur.

1959-cu il­də Ba­kı­da­kı 113 say­lı or­­ta mək­tə­bi bi­tir­dik­dən son­ra Azər­bay­can Döv­lət Uni­­ver­­si­te­ti­nin Şərq­­şü­nas­­lıq fa­kül­tə­­si­nə da­xil ol­­muş, 1964-cü il­də hə­­­min fa­­kül­­­tə­­ni fərq­­lən­­mə dip­­lo­­mu ilə bi­­tir­­miş­­­dir. 1964-1967-ci il­­lər­­də Azər­bay­can Dil­lər Uni­ver­si­te­ti­nin Sa­­mi dil­­lə­­ri üz­­rə əya­­ni as­­­pi­­­ran­­­tu­­­ra­­­sı­­­na da­­xil ol­­muş, Tbi­­­li­­si­­­yə ezam edi­­lə­­rək as­­­pi­­­ran­­tu­­ra­­nı aka­­de­­­mik G.V.Se­­re­­te­­li­­nin rəh­­bər­­li­­yi al­­tın­­da bi­­tir­­miş­­dir. 1968-ci il­­­də “Mü­a­­sir ərəb, Azər­­bay­­can dil­­lə­­rin­­də və Bağ­­­dad di­a­­lek­­tin­­də fe­i­­lin za­­man for­­ma­­la­­­rı­­nın mü­­­qa­­­yi­­sə­­li-ti­­po­­lo­­ji təh­­li­­li” möv­­zu­­sun­­da na­­­mi­­­zəd­­­lik, 1974-cü il­­də isə “Mü­a­­sir ərəb ədə­­bi di­­­­­lin­­də fe­­lin za­­man, şəxs və şə­­kil ka­­te­­­qo­­­ri­­­ya­­­la­­­­­­rı” möv­­­zu­­sun­­da dok­­­tor­­luq dis­­ser­­ta­­si­­ya­­la­­rını mü­­­­­­­­da­­fiə et­­miş­­dir. Bu sa­­hə­­də SSRİ miq­­­ya­­­sın­­­da ən gənc elm­­lər dok­­­to­­ru ol­­muş­­dur. 2001-ci il­də AMEA-nın müx­bir üz­vü, 2007-ci il­də hə­­qi­­­­qi üz­vü se­­çil­miş­dir.

1979-cu il­­dən Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin Ərəb fi­­lo­­lo­­gi­­ya­­­sı ka­fed­ra­­sı­nın pro­­fes­so­ru, 1981-1991-ci il­­­lər­də Bakı Dövlət Universitetinin Şərq­­şü­nas­lıq fa­kül­­tə­­si­nin de­­­ka­­nı, 1991-1992-ci il­­lər­də uni­ver­si­te­tin hu­­ma­­ni­­tar fa­kül­tə­lər üz­rə pro­­rek­to­ru və­­zi­­fə­­sin­­də ça­­lış­­mış­dır. Gör­kəm­li alim 1991-ci il­dən ömrünün so­nu­na­dək Bakı Dövlət Universitetinin Ərəb fi­lo­­lo­gi­ya­sı ka­­fed­­ra­­­sı­nın mü­di­ri, ey­ni za­man­da 1993-cü il­dən İla­hiy­yat fa­kül­tə­­si­nin de­­ka­­nı­ ol­muş­dur.

41 ki­tab, 6 tər­cü­mə əsə­­ri, 20 re­­dak­tə ki­ta­bı nəşr et­dir­miş və 40 fəlsəfə doktoru, 5 elm­lər dok­to­ru hazırlamışdır. “Ərəb ədə­bi di­lin­də fei­lin za­man, şəxs və şə­kil ka­te­qo­ri­ya­la­rı”, “Bəs­rə qram­­ma­ti­ka mək­­tə­bi”, “Ku­fə qram­ma­ti­ka mək­tə­bi”, “Ərəb dil­­çi­li­yi” ad­lı əsər­lə­ri ilə ərəb dil­çi­li­yi­nin ən üm­­­də mə­sə­lə­lə­ri­nin ka­mil təd­qi­qat­çı­sı ki­mi şöh­rət qa­zan­­mış­dır. Ali­min bu əsər­lə­rin­də bir sı­ra fakt­lar müx­­­­tə­lif sa­mi dil­lə­ri ilə mü­qa­­yi­­sə­li şə­kil­də araş­­­­dı­rıl­mış, klas­sik ərəb di­li­nin ma­te­­ri­al­­la­­rı­­na mü­ra­ci­ət olun­­muş, həm­­çi­nin Azər­bay­can, rus, in­gi­lis, fars, ta­cik və s. dil­lə­rin fakt­­la­­rın­­dan mü­qa­yi­sə­li şə­kil­də is­ti­fa­də olun­­muş­­dur. Həm­çi­nin ərəb dil­çi­lik el­mi­nin tə­şək­kü­lü haq­­qın­da ye­ni mü­la­hi­zə­lər irə­li sü­rül­müş, mü­a­­­­sir dil­çi­li­yin bir sı­ra cə­rə­yan­la­rı­nın möv­zu ət­­­ra­fın­da fi­kir və mü­la­hi­zə­lə­ri ge­niş təh­lil olun­­­muş­dur.

Alim “Qurani-Kə­­rim”in Azər­bay­can di­li­nə tər­­cü­­mə­çi­lə­­rin­­dən bi­­ri­dir. Res­pub­li­ka­mız­da is­lam­şü­nas kadr­la­rın ha­zır­lan­ma­sın­da xü­su­si əmə­yi vardır.

1989-cu ildə İraq Elm­lər Aka­de­mi­ya­sı­nın, 1994-cü ildə İs­lam Təş­ki­la­tı Konf­ran­sı nəz­din­də İs­lam Hü­qu­qu Aka­de­mi­ya­sı­nın, 1995-ci ildə Su­ri­ya Qu­ran Elm­lə­ri və Ərəb Fi­lo­lo­gi­ya­sı Aka­de­mi­ya­sı­nın üz­vü ol­muş­dur.

V.Məm­mə­də­li­yev Azər­bay­can Res­pub­li­ka­sı­nın “Əmək­dar elm xa­di­mi” (1992), Da­ğıs­tan Res­pub­li­ka­sı­nın “Əmək­dar elm xa­di­mi” (2003) fəx­ri ad­la­rı­na la­yiq gö­rül­müşdür. “Şöh­rət” (2002) və “Şə­rəf” (2009) or­den­lə­ri ilə təl­tif edil­miş­, “Qı­zıl çi­nar” bey­nəl­xalq mü­ka­fa­tı­n (2017) qa­li­bi seçilmişdir.

Aka­de­mik Va­sim Məm­mə­də­li­yev 2019-cu ildə Ba­kı şə­hə­rin­də və­fat et­miş­dir.