GÖRKƏMLİ ALİMLƏR

Neft və qaz ya­taq­la­rı­nın iş­lə­nil­mə­si­nin nə­zə­riy­yə və prak­­ti­ka­sı sa­­hə­­sin­də el­mi mək­tə­bin ba­ni­si

Neft və qaz ya­taq­la­rı­nın iş­lə­nil­mə­si­nin nə­zə­riy­yə və prak­­ti­ka­sı sa­­hə­­sin­də el­mi mək­tə­bin ba­ni­si

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Aba­sov Mid­hət Tey­mur oğ­lu 31 iyul 1926-cı il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. 1949-cu ildə Azər­bay­can Sə­na­ye İns­ti­tu­­tu­nun Neft-mə­dən fa­kül­tə­­si­ni neft-mə­dən işi ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir.

M.Aba­sov 1953-cü il­də “Qarışıq rejim şəraitlərində neft yataqlarının iş­lə­nil­mə sis­tem­lə­ri­nin la­yi­hə­lən­di­ril­mə­si­nin bə­zi mə­sə­lə­lə­ri” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1962-ci il­­də “Qaz-neft və qaz-kon­den­sat ya­taq­la­rı­nın iş­lə­nil­mə­si­nin hid­ro­qa­zo­di­na­mik mə­sə­lə­lə­ri” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 1965-ci il­­də pro­­fes­­sor el­­mi adı­­nı al­­mış, 1968-ci il­­də AEA-nın müx­bir üz­vü, 1980-ci il­də hə­qi­qi üz­­­vü, 1984-cü il­də SSRİ Elm­lər Aka­de­mi­ya­­sı­nın müx­bir üz­vü se­çil­miş­dir.

M.Aba­sov 1964-cü il­dən 1971-ci ilə­dək AEA-nın Də­rin Neft və Qaz Ya­­taq­­­­la­rı Prob­lem­lə­ri İns­ti­tu­tun­da elmi iş­lər üz­rə di­rek­tor müa­vi­ni, 1971-ci il­dən 2003-cü ilədək di­rek­tor, 1976-1990-cı il­lər­də AEA Yer haq­qın­da Elm­lər Böl­mə­si­­nin aka­de­mik-ka­­ti­­­bi, 1990-1997-ci il­lər­də AEA-nın vit­se-pre­zi­­den­ti və­zi­fələrin­də iş­lə­miş­­dir. 1991-1992-ci il­lər­də Azər­bay­can Res­pub­­li­ka­sı Pre­zi­­dent Şu­ra­sı­nın üz­vü, Döv­­lət ka­ti­­bi ol­muş­dur. Ba­kı So­ve­ti­nin iki ça­ğı­rış de­pu­ta­tı, so­nun­cu ça­ğı­rış SSRİ Xalq de­­pu­ta­tı se­çil­miş­dir. O, Bey­nəl­xalq Ge­oe­ko­lo­gi­ya və Bey­nəl­xalq Tə­bi­ət və Cə­­miy­­­yət Elm­lə­ri Aka­de­mi­ya­sı­nın üz­vü, Ümum­ru­si­ya El­mi-Təd­qi­qat Geo­lo­ji-Kəş­­fiy­­yat İns­ti­tu­tu­nun fəx­ri dok­­to­ru ol­muş­dur. 1982-1992-ci il­lər­də neft və qaz ya­­taq­­la­rı­nın iş­lə­nil­mə­si prob­­lem­lə­ri üz­rə SSRİ Elmlər Akademiyası El­mi şu­ra­sı­na rəh­­­bər­­lik et­miş­­­dir. M.Aba­sov Ame­­ri­ka Neft­çi-mü­hən­dis­lər Cə­miy­yə­ti­nin Azər­­bay­can böl­­mə­si­­nin ilk pre­zi­­den­ti ol­muş­dur.

M.Aba­sov neft və qaz ya­taq­la­rı­nın iş­lə­nil­mə­si­nin nə­zə­riy­yə və prak­­ti­ka­sı sa­­hə­­sin­də gör­kəm­li alim, həm­çi­nin bu sa­hə­də ta­nın­mış el­mi mək­tə­bin ba­ni­si və rəh­­bə­ri ol­muş­dur. O, də­fə­lər­lə neft elmi­nin ye­ni pers­pek­tiv­li is­ti­qa­mət­­lə­ri­nin proq­­no­zu­nu ver­miş­dir. M.Aba­so­vun el­mi mək­tə­bin­də neft və qaz ya­taq­la­rı­nın iş­­lə­nil­mə­si­nin nə­zə­riy­yə və prak­ti­ka­sı, ye­ral­tı hid­ro­di­na­­mi­ka­sı, geo­lo­ji-geo­fi­­zi­ki təd­­qi­qat­lar, la­yın fi­zi­ka­sı və kim­ya­sı, neft­ve­ri­mi­nin ar­tı­rıl­­ma­­sı­nın ye­ni üsul­­la­rı, neft­­qaz­çı­xar­ma­nın ye­ni tex­no­lo­gi­ya­la­rı, he­sab­­la­ma ri­ya­ziy­­ya­tı və proq­­ram­­laş­­dır­­ma, op­ti­mal­laş­dır­ma, sa­hə iq­ti­sa­diy­ya­tı və s. is­ti­qa­mət­­lər­də yük­səkix­ti­sas­lı mü­­tə­xəs­sis­lər­dən iba­rət bö­yük bir qrup for­­ma­laş­mış­dır. Qaz-kon­den­­sat və qaz-kon­­den­sat-neft ya­taq­la­rı­nın iş­lə­nil­mə­si­­nin nə­zə­ri əsas­­la­rı­nın və üsul­­­la­rı­nın ya­ra­­­­dıl­ma­sı da onun adı ilə bağ­lı­dır. Qaz-kon­den­sat qa­rı­şı­ğı­nın sü­­zül­mə­si­nin bi­­nar mo­de­li tən­lik­lə­ri ilk də­fə onun tə­rə­fin­­dən alın­mış və be­lə ya­taq­la­rın iş­lə­nil­­mə­­­si­nin la­yi­hə­lən­­di­ril­mə­si­nin hid­ro­di­na­­mik üsul­la­rı ya­­ra­­dıl­mış­dır. O, Azər­bay­­can­­da bir sı­ra kar­bo­hid­ro­gen ya­taq­la­rı­­nın ilk kəş­fiy­yat­­çı­la­rın­dan bi­ri ol­muş­dur.

M.Aba­sov 660-dan ar­tıq el­mi mə­qa­lə­nin və 23 mo­noq­ra­fi­ya­nın, 43 mü­­əl­­lif­lik şə­ha­dət­na­mə­si­nin və 6 pa­ten­tin mü­əl­li­fi­dir. Onun rəh­bər­li­yi ilə 21 elm­­lər dok­to­ru və 40 fəl­sə­fə dok­to­ru ha­zır­lan­mış­dır.

M.Aba­sov 1982-ci il­də Azər­bay­can SSR Döv­lət Mü­ka­fa­tı laureatı adına, 1985-ci il­də  “Aka­­de­mik İ.M.Qub­kin” adı­na mü­ka­fa­ta la­yiq gö­rül­müş­dür. O, 1990-cı ildə Azər­­bay­­ca­nın “Əmək­­dar elm xa­di­mi”, “SSRİ-nin fəx­ri neft­çi­si”, 1984-cü ildə “SSRİ qaz sə­na­ye­si­nin fəx­ri iş­çi­si” fəx­­ri ad­la­rı­na la­yiq gö­rül­müş, “SSRİ İx­ti­ra­çı­sı” döş ni­şa­nı, 1986-cı ildə “Qır­­mı­zı əmək bay­­ra­ğı” or­de­ni və me­dal­lar­la, Azər­bay­can SSR Ali So­ve­­ti­nin Fəx­ri fər­man­la­rı ilə təl­tif olun­muş­dur.

Aka­de­mik Mid­hət Aba­sov 2012-ci il­də Ba­kı­ şəhərində və­fat et­miş­dir.