GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətləri olan alim

Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətləri olan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

İb­ra­hi­mov İs­ma­yıl Əli oğ­lu

İb­ra­hi­mov İs­ma­yıl Əli oğ­lu 31 de­­kabr 1915-ci il­də Or­du­bad şə­hə­rin­də ana­dan ol­­muş­dur. 1941-ci il­də nə­za­rət öl­çü ci­haz­la­rı və av­to­­ma­ti­ka ix­ti­sa­sı üz­rə Azər­bay­can Sə­na­ye İns­­ti­tu­­tu­nu bi­tir­miş­dir.

O, 1952-ci il­də “Elekt­ron po­tent­sio­metr­lə­rin təd­qi­qi” möv­zu­sun­da na­mi­zəd­lik, 1964-cü il­­də “Neft ema­lı və neft-kim­ya pro­ses­lə­ri­nin av­to­ma­tik nə­za­rət, tən­zim­lən­mə və ida­rə olun­ma­sı” möv­zu­sun­da dok­­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 1968-ci il­­də pro­­fes­­sor el­­mi adı­nı al­­mış, 1968-ci il­­də AEA-nın müx­­­bir üz­­vü, 1980-ci il­də hə­qi­qi üz­vü se­çil­miş­dir.

1941-1945-ci il­lər­də Bö­yük Və­tən mü­ha­­ri­­bə­sin­də iş­ti­rak et­miş­dir. 1946-cı il­­dən Azər­­bay­­can Neft və Kim­ya İns­­ti­tu­tun­da baş la­bo­rant, as­sis­tent, baş mü­əl­­lim, do­sent, pro­fes­sor, ka­fed­ra mü­di­ri, par­ti­ya ko­mi­tə­si­nin ka­ti­bi, rek­tor (1960-1970, 1978-1988), el­mi məs­lə­hət­çi (1988-1997) və­zi­­fə­­lə­rin­də iş­lə­miş­dir. 1997-ci il­dən AEA-nın Ki­ber­ne­ti­ka İns­ti­tu­tun­da baş el­mi iş­çi və­zi­fə­sin­də ça­lış­mış­dır.

Azər­bay­can SSR yer­li so­vet­lə­ri­nin (1950-1960), Ali So­ve­ti­nin (1960-1970, 1980-1990), SSRİ Ali So­ve­ti­nin (1970-1980) de­pu­ta­tı, Azər­bay­can şə­hər və ra­­yon par­ti­ya ko­mi­tə­lə­ri­nin üz­vü (1952-1971), 1962-1988-ci il­lər­də İt­ti­faq na­zir­­li­yi­nin el­mi-me­­to­­dik şu­ra­sı­nın səd­ri, Azər­bay­can SSR Na­zir­lər So­ve­ti səd­­ri­nin bi­rin­ci mü­a­­vi­ni (1970-1978) ol­muş­dur. 1988-ci il­dən So­vet Uşaq Fon­du­­nun Azər­bay­­can şö­bə­si­nin, 1991-ci il­dən Azər­bay­can Uşaq Fon­du­nun səd­ri, Uşaq Fond­la­rı Bey­nəl­xalq As­so­­si­­a­si­ya­sı­nın vit­se-pre­zi­den­ti ol­muş­dur. Res­­pub­­li­ka El­mi Təd­­qi­qat­la­rın Əla­qə­lən­­di­ril­­mə­si Şu­ra­sı­nın İda­rə­et­mə sis­tem­lə­ri və in­for­ma­ti­ka prob­lem­lə­ri üz­rə El­mi şu­ra­nın səd­ri ol­muş­dur.

İ.İb­ra­hi­mov av­to­ma­tik nə­za­rət ida­rə­et­mə, in­for­ma­ti­ka in­tel­lek­tu­al və qey­ri-sə­lis sis­tem­lə­ri­nin təh­li­li və tət­bi­qi sa­hə­sin­də mü­tə­xəs­si­s ol­muş­dur. 40-dan çox fəl­sə­fə və elm­lər dok­to­ru ha­zır­la­maq­la öz el­mi mək­tə­bi­ni ya­rat­mış­dır. 140 el­mi işin, dərs­lik­lə­rin, el­mi-me­to­di­ki və ta­ri­xi ki­tab­la­rın mü­əl­li­fi­dir. SSRİ Ali və Xü­su­si Or­ta Təh­sil Na­zir­li­yi­nin El­mi-me­to­di­ki şu­ra­sı­nın neft böl­mə­si­nin üz­vü, SSRİ “Ali mək­təb­lə­ri­nin El­mi xə­bər­lə­ri”, Ümum­it­ti­faq “Neft və qaz” jur­na­lı­nın re­dak­to­ru ol­muş­dur.

İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir.

İ.İb­ra­hi­mov 1941-1945-ci il­lər­də “Və­tən mü­ha­ri­bə­si” or­den­lə­ri (1 və 2 də­rə­cə­li), 3 “Qır­mı­zı əmək bay­ra­ğı” or­de­ni (1961, 1967, 1976), “Okt­yabr İn­qi­la­bı” or­de­ni (1971), 2 “Le­­nin” or­de­ni, “Qır­mı­zı ul­duz” or­de­ni, Al­ma­ni­ya De­mok­­ra­tik Res­pub­li­ka­sı­nın or­de­ni, “Şöh­rət”or­de­ni, elə­cə də “İgid­li­yə gö­rə” me­da­lı ilə təl­tif olun­muş­dur. Azər­bay­can Res­pub­li­ka­sı­nın “Əmək­dar elm xa­di­mi” fəx­ri adına (1981), Elm və tex­­ni­ka sa­hə­sin­də SSRİ Döv­lət Mü­ka­fa­tı lau­rea­tı (1983), SSRİ-nin “Fəxri neft­­çi”­si (1985), “So­sia­list Əmə­yi Qəh­rə­ma­nı” (1986) adları­na la­yiq gö­rül­müş­dür.

Akademik İs­ma­yıl İb­ra­hi­mov 2016-cı il­də Bakı şəhərində və­fat et­mişdir.