GÖRKƏMLİ ALİMLƏR

Əlləri qızıl heykəltaraş

Əlləri qızıl heykəltaraş

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

El­da­rov Ömər Hə­sən oğ­lu 21 de­kabr 1927-ci il­də Da­ğıs­tan Mux­tar Res­pub­li­ka­sı­nın Dər­bənd şə­hə­rin­də ana­­dan ol­muş­dur.

1941-1945-ci illərdə Əzim Əzim­za­də adı­na Azər­bay­can Rəs­sam­lıq Mək­tə­bi­nin Hey­kəl­tə­raş­lıq böl­mə­sin­də və 1945-1951-ci illərdə Ru­si­ya Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın İlya Re­pin adı­na Rəng­kar­lıq, Hey­kəl­tə­raş­lıq və Me­mar­lıq İns­ti­tu­tu­nun Hey­kəl­tə­raş­lıq fa­kül­tə­sin­də təh­sil al­mış­dır.

1967-ci ildə SSRİ Rəs­sam­lıq Aka­­de­­mi­­ya­­sı­nın müx­bir üz­vü, 1988-ci ildə hə­qi­qi üz­vü, 2001-ci ildə AMEA-nın hə­qi­qi üz­­vü­ se­çil­miş­dir. 2007-ci ildən Ru­si­ya Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın fəx­ri üz­vü­dür.

Ö.El­da­rov 1951-ci ildən həm pe­da­­qoq, həm də sə­nət­kar ki­mi in­ten­siv fəa­liy­­yət gös­tər­miş­dir. 1970-ci ildən Ba­kı Rəs­sam­lıq mək­tə­bin­də mü­əl­­lim, son­ra­­kı il­lər­də SSRİ Rəs­­sam­lıq Aka­de­mi­ya­sı­nın Ya­ra­dı­cı­lıq ema­lat­xa­na­sı­nın rəh­­bə­ri ki­mi gənc kadr­­­la­rın ye­tiş­mə­sin­də mü­hüm rol oy­na­mış­dır. 2000-2022-ci illərdə Azər­bay­can Döv­lət Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın rek­toru olmuşdur.

Gör­kəm­li sə­nət­ka­rın zən­gin ya­ra­dı­cı­lı­ğı bü­töv­­lük­­də və­tən­pər­vər zi­ya­lı ama­lı­nın məh­­su­­lu­­dur. Bu cür əsər­lər sı­ra­sın­da Ba­kı şə­hə­rin­də ucal­dıl­mış şai­rə Na­tə­va­nın, şa­ir Mə­həm­məd Fü­zu­li­nin, şa­ir-dra­ma­turq Hü­seyn Ca­vi­din, Azər­bay­ca­nın gör­kəm­li av­tol­mo­loq-ali­mi Zə­ri­fə Əli­ye­va­nın, Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin qu­ru­cu­su Ata­tür­kün, məş­hur mü­hən­dis Ni­ko­la Tes­la­nın, ma­est­ro Ni­ya­zi­nin, tanınmış müğənni Müslüm Maqomayevin hey­kəl­lə­ri­ni, bəs­tə­kar Üze­yir Ha­cı­bəy­li­nin, rəs­sam Əzim Əzim­za­də­nin, ya­zı­çı Sü­ley­man Rə­hi­mo­vun, aka­de­mik Zi­ya Bün­ya­do­vun, mü­ğən­ni Rə­şid Beh­bu­do­vun, aka­de­mik Hə­sən Əli­ye­vin, ya­zı­çı Yu­sif Sə­mə­doğ­lu­nun, görkəmli alim Lütfi Zadənin, görkəmli sənətçi Hüseyn Ərəblinskinin, Milli qəhrəman Albert Aqarunovun, məşhur bəstəkar Arif Məlikovun və başq­la­rı­nın qə­bi­rüs­tü abi­də­lə­ri­ni gös­tər­mək olar.

Ey­ni za­man­da sə­nət­kar bir sı­ra ka­me­ra xa­rak­ter­li, ki­çik həcm­li əsər­­lə­rin mü­əl­li­fi­dir. Bu qə­bil­dən olan “Qı­zım La­lə­nin port­re­ti”, “Oğ­­lum Müs­­lü­­mun port­re­ti”, “Ana­lıq”, “İlin dörd fəs­li”, “Ba­cı­lar” əsər­lə­ri, şa­ir Na­si­ri Xos­­­ro­­vun və ya­zı­çı Ra­bind­ra­nat Ta­qo­run hey­kəl port­­ret­lə­ri müx­tə­lif vaxt­lar­­da nü­fuz­lu res­­pub­­li­­ka və bey­nəl­xalq sər­gi­lər­də uğur­la nü­ma­yiş olun­muş­dur. Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin Fəx­ri Xi­ya­ban­da­kı Xa­ti­rə Komp­lek­si və Tür­ki­yə­nin Qars şə­hə­rin­də­ki hey­kə­li gör­kəm­li hey­kəl­­tə­ra­şın ya­ra­dı­cı­lı­ğın­da xü­su­si yer tu­tur. Vya­na­nın Do­nau par­kın­da Üze­yir Ha­cı­bəy­li­nin, Cə­nu­bi Ko­re­ya­nın açıq sə­ma al­tın­da­kı məş­hur mu­ze­yin­də “Par­ça­lan­mış və­tən”, Dü­şən­bə şə­hə­rin­də­ki İbn Si­na və Səd­rəd­din Ay­ni­nin, Se­vas­to­pol­da Şa­pun-dağ­da 77-ci Azər­bay­can di­vi­zi­ya­sı dö­yüş­çü­lə­ri­nin şə­rə­fi­nə qo­yul­muş Xa­ti­rə büs­tləri, Ma­haç­qa­la şə­hə­rin­də gör­kəm­li alim Əziz Əli­ye­vin büs­tü ta­nın­mış hey­kəl­tə­ra­şın sə­nə­ti­nin mil­li­lik­lə ya­na­şı, bə­şə­ri­li­yi­ni is­bat edir.

1963-1973-cü illərdə Azər­bay­can SSR Ali So­ve­ti­nin və 1995-2000-ci illərdə müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın ali qa­nun­ve­ri­ci­lik or­qa­nı olan Mil­li Məc­li­sin de­pu­ta­tı ol­muş­dur.

Aka­de­mik Ö.El­da­rov “Əmək­­dar İn­­cə­­sə­nət Xa­di­mi” (1963), Azər­bay­can Res­­pub­li­ka­sı­nın “Xalq rəs­­sa­mı” fəx­ri ad­la­rı­na (1982) la­yiq gö­rül­müş, SSRİ (1980) və Azər­bay­can Res­pub­li­ka­sı­nın (1982) Döv­lət Mü­ka­fa­tı la­u­­rea­tı­­dır. “Şə­rəf ni­­şa­­nı” (1959, 2012), “Qır­mı­zı əmək bay­ra­ğı” (1986), “İs­tiq­lal” (1997) ordenləri, 1-ci dərəcəli “Əmək ordeni” (2022) ilə təltif edilmiş,  Hey­dər Əli­yev mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dür (2009). “Bir­li­yin ul­duz­la­rı” və AMEA-nın aka­de­mik Üze­yir Ha­cı­bəy­li adına mü­ka­fa­tı­nı alan rəs­sam (2014) “Hey­dər Əli­yev” or­de­ni (2017), “Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı (2024) ilə təl­tif edil­miş­dir.