GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanın neft sənayesinin görkəmli geoloqu

Azərbaycanın neft sənayesinin görkəmli geoloqu

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Meh­di­yev Şə­fa­ət Fər­had oğ­lu

Meh­di­yev Şə­fa­ət Fər­had oğ­lu 15 de­kabr 1910-cu il­də Cə­nu­bi Azər­­bay­­ca­nın Sə­rab qə­­­za­sın­da ana­dan ol­muş­­dur. 1934-cü ildə Azər­bay­can Neft İns­ti­tu­tu­nun Geo­lo­ji-kəş­­fiy­yat fa­kül­tə­si­ni Mü­hən­dis-geo­loq ix­ti­­sa­sı üz­rə bi­tir­miş­dir.

Ş.Meh­di­yev 1945-ci il­də “Abşeron yarımadasının neft yataqlarının geo­ter­mi­ya­sı” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1950-ci il­­də “Lən­kə­ran vi­la­yə­ti­nin geo­lo­ji qu­ru­lu­şu və neft­li­lik pers­pek­tiv­lə­ri” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş və pro­­fes­­sor el­­mi adı­­nı al­mış­­dır, 1955-ci il­­də AEA-nın müx­­bir üz­­vü, 1958-ci il­­də hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.

Ş.Meh­di­yev 1933-1941-ci il­lər­də müx­tə­lif geo­lo­ji təş­­ki­lat­lar­da iş­lə­miş­­dir. 1941-1945-ci illər­də Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı ol­muş­dur. 1954-1958-ci il­­lər­­də AEA Geo­lo­gi­ya İns­ti­tu­tu­nun di­rek­to­ru iş­lə­miş­dir. 1958-1965-ci il­lər­də Azər­bay­­can Döv­lət Uni­ver­si­te­ti­nin rek­to­ru ol­muş­dur. 1965-ci il­dən AEA Geo­lo­gi­ya İns­ti­tu­tu­nun Neft və qaz geo­lo­gi­ya­sı şö­bə­si­nin rəh­bə­ri ol­muş­dur. 1967-1970-ci il­lər­də Azər­bay­can Neft və Kim­ya İns­ti­tu­tu­nun Neft və qaz ya­taq­la­­rı­­nın geo­lo­gi­ya­sı və kəş­fiy­ya­tı ka­fed­ra­sı­nın mü­di­ri ol­muş­dur.

Neft və qa­zın geo­lo­gi­ya­sı və geo­kim­ya­sı sa­hə­sin­də bö­yük alim və neft­çi-geo­loq­la­rın Azər­­bay­can mək­tə­bi­nin əsa­sı­nı qo­yan­lar­dan bi­ri, həm­çi­nin nef­tin mən­­şə­yi­nin də­rin­lik-bio­gen nə­zə­riy­­yə­si­nin mü­əl­li­fi ol­muş­dur. Res­pub­­li­ka­nın ter­mal su­la­rı­nın və bi­­tum­lu sü­­xur­­la­rı­nın sə­na­ye­də is­ti­fa­də­si­nin vacib­li­yi­ni el­mi cə­­hət­dən əsas­lan­dır­mış­­dır.

Neft geo­lo­­gi­ya­sı el­mi­nin və təc­rü­bə­si­nin bir sı­ra aktu­al prob­lem­lə­ri­ni təd­qiq et­miş­dir. Çox say­da geo­lo­ji at­las­la­rın, müx­tə­lif miq­­yas­lı xə­ri­tə­lə­rin, Azər­bay­ca­nın geo­lo­gi­ya­sı və neft-qaz­lı­lı­ğı üz­rə fun­da­men­tal mo­noq­ra­fi­ya­la­rın mə­sul re­dak­to­ru və mü­əl­li­fi ol­muş­dur. Nef­tin mən­şə­yi və bö­yük də­rin­lik­lə­rin neft-qaz­lı­lıq prob­lem­­lə­ri la­bo­ra­­toriya­sı­na rəh­bər­lik et­­miş­dir. 1985-ci il­də onun re­dak­tə­si  ilə tər­tib edil­miş “Azər­bay­can SSR-in neft-qaz ya­taq­la­rı və pers­pek­tiv struk­tur­la­rı xə­ri­tə­­si”nə gö­rə Azər­bay­ca­nın Respublika­sının Döv­lət mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dür.

O, geo­lo­gi­ya el­mi­nin ta­ri­xi üz­rə Bey­nəl­xalq Ko­mis­si­ya­nın müx­bir üzvü, SSRİ Elm­lər Aka­de­mi­ya­sı­nın Neft və qa­zın geo­lo­gi­ya­sı və geo­kim­ya­sı­na da­ir Qaf­qaz və Za­qaf­qa­zi­ya üz­rə Re­gio­nal Ko­mis­­si­ya­nın El­mi şu­ra­sı­nın səd­ri ol­muş­dur. Azər­bay­ca­n Respublikasının “Əməkdar elm xa­dimi”, SSRİ-nin “Fəx­ri neft­çi­”si və SSRİ qaz sə­na­ye­si­nin “Fəx­ri iş­çi­”si ad­la­rı­na la­yiq gö­rül­­müş­dür.

Ş.Meh­di­yev Azər­bay­can el­mi ta­ri­xin­də “Vul­kan püs­kür­mə­lə­ri pay­lan­­ma­sı­nın mə­kan-za­­man qa­nu­na­uy­ğun­lu­ğu” kəş­fi­nin ilk həm­­mü­əl­­lif­lə­rin­dən bi­ri­dir (Bey­­nəl­­xalq dip­lom 239 №-li, 2003). 400 el­mi əsə­rin, o cüm­lə­dən 40 mo­noq­ra­fi­­ya­nın mü­əl­li­fi ol­muş­dur. Pro­fes­sor Ş.Meh­di­yev 70-dən ar­tıq elm­lər dok­to­­ru və fəl­sə­fə dok­to­ru ha­zır­la­mış­dır.

Ş.Meh­di­yev el­mi və ic­ti­mai fəa­liy­yə­tin­də­ki xid­mət­lə­ri­nə gö­rə “Şə­rəf ni­şa­nı”, iki də­fə “Qır­mı­zı əmək bay­ra­ğı” or­den­lə­ri­nə, müx­tə­lif me­dal­la­ra, həm­çi­nin Azər­bay­can SSR Ali So­ve­ti Rə­ya­sət He­yə­ti­nin Fəx­ri fər­man­la­rı­na la­yiq gö­rül­­müş­­dür. Ey­ni za­man­da o, Ümum­dün­ya Sülh şu­ra­sı­nın, So­vet İt­ti­fa­qı Sül­hü Mü­da­fiə Ko­mi­tə­si­nin, Neft Sə­na­ye­si Na­zir­li­yi­nin Fəx­ri fər­man­la­rı, “S.İ.Va­vi­lov adı­na me­dal­”la təl­tif olun­muş­dur.

Aka­de­mik Şə­fa­ət Meh­di­yev 1993-cü il­də Ba­kı­ şəhərində və­fat et­miş­dir.