GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanın musiqi tarixində dərin iz buraxmış Fikrət Əmirov

Azərbaycanın musiqi tarixində dərin iz buraxmış Fikrət Əmirov

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

1922-ci il noyabrın 22-də Gəncədə anadan olan Fikrət Əmirov əslən Şuşalıdır. Şuşada anadan olan atası Məşədi Cəmil Əmirov bəstəkar və tərzanə olub. Anası Dürdanə Əmirovadır. Fikrət Əmirov kiçik yaşlarından atasının əsərlərinə qulaq asması onun gələcək musiqi həyatının formalaşmasına təsir edir.

1928-ci ildə atasını itirən Fikrət Əmirov ailəyə rəhbərlik etməyə başlayır. Yaşadığı çətinliklərə baxmayaraq, atasının sənət yolunu davam etdirir. Bacısı Yaxşı xanımın ifa etdiyi mahnılara tarla müşayiət edirdi.  Bu ifalar onlara məktəb daxili və xarici uğurlar qazandırır. Uşaq yaradıcılıq akademiyasına qatılan Əmirovlar istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyovla tanış olurlar.

1939-cu ildə ümumitəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirərək Bakıya gələn Fikrət Əmirov konversatoriyaya daxil olur. Fikrət Əmirov Bakıda olarkən Bülbülün yanına gəlir. Bülbün onu Üzeyir Hacıbəyovun yanına gətirir.

Konservatoriyada təşkil olunan “Xalq musiqi kabineti”nə rəhbərlik edir və ətrafındakı gənc bəstəkarları bu işə dəvət edir. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli olmuşdur.

1941-ci ilin noyabrında Fikrət Əmirov orduya çağırılır. 1942-ci ildə Voronej cəbhəsinə göndərilir. Fikrət Əmirovun İkinci Dünya müharibəsindəki iştirakı onun həyat və yaradıcılığının əsas dövrü olub. 1942-ci ildə xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunur. O, Gəncəyə gəlir və yaradıcılığına davam etməyə başlayır. Gəncə Dövlət flarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında bir neçə tamaşaya musiqi yazır. 1943-cü ildə Bakıya qayıdan Fikrət Əmirov konservatoriyadakı təshilinə davam edir.  

1947-ci il­də Müslüm Ma­qo­­ma­­yev adı­na Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­­sı­nın bə­dii rəh­bə­ri, 1956-1959-cu il­lər­də Mirzə Fətəli Axund­­ov adı­na Azər­bay­can Döv­­lət Ope­ra və Ba­let Te­at­rı­nın di­rek­to­ru və­zi­fə­lə­rin­də ça­lış­mış, SSRİ Bəs­­tə­­kar­­lar İt­ti­fa­qı­nın ka­ti­bi, 1974-cü il­də Res­­­pub­­li­ka Ali So­ve­ti­nin de­­pu­ta­tı ol­muş­dur.

1980-ci il­­də AMEA-nın müx­­bir üz­vü se­­çil­miş­dir.

Fikrət Əmirov geniş və rəngarəng yaradıcılığa sahibdir. Musiqinin bir çox janrında əsərlər yaratmışdır. O, Azər­­bay­can mu­­si­­qi ta­­ri­xin­də sim­fo­nik mu­ğam jan­rı­nın ya­­ra­­dı­­cı­­sı­­dır. Da­hi bəs­tə­­ka­rın ya­ra­dı­cı­­lı­ğı XX əsr Azər­bay­­can mu­­si­qi ta­ri­xi­nin ən par­laq sə­hi­fə­lə­rin­­dən­dir.

F.Əmi­ro­vun “Şur” (1948), “Kürd Ov­­şa­­rı” (1948)  və “Gü­lüs­tan Ba­­­­ya­tı-Şi­raz” (1971) sim­fo­nik mu­­ğam­­­la­­rı dün­ya mu­si­qi ta­ri­xin­də şöh­­rət qa­­­zan­­mış­dır. “Ni­za­mi” sim­fo­ni­ya­sı, “Azər­­bay­can süi­ta­sı” (1950-1952), “Azər­­­­­­­­­­bay­can kap­riç­çio­su” (1960-1963), “Azər­­bay­­can qra­vür­lə­ri” (1975) onun ya­­ra­­dı­­cı­­lı­ğı­nın də­yər­li sə­hi­­fə­­lə­­rin­­dən­dir.

Gör­kəm­li bəs­tə­kar “Se­vil” ope­ra­sı ilə (1953) Azər­bay­can­da ilk li­rik-psi­­xo­­lo­ji ope­­ra­­nın əsasını qoy­muş­dur. Mu­si­qi­li ko­me­di­ya jan­rın­­da “Ürək­­açan­lar” (1944), “Gö­zün ay­­dın” (1946) ki­mi ma­raq­lı əsər­lər ya­rat­­mış­­dır. “Nə­si­mi” (1973), “Min bir ge­cə” (1979), “Ni­­za­­mi” (1984) ba­­let­­lə­ri­nin müəl­lifi­dir.

Azər­bay­can­da kon­sert jan­rı­nın ilk nü­­mu­­nə­lə­ri F.Əmi­rov tə­rə­fin­dən ya­ra­dıl­­mış­dır. Onun özü­nə­məx­sus bəs­tə­kar­lıq dəst-xət­ti inst­ru­men­tal və ka­me­ra vo­kal əsər­­lə­­rin­­ə də tə­za­hür et­miş­dir. “For­te­pia­no üçün 12 mi­­nia­­tür”, “Ul­duz”, “Azər­­bay­­can el­lə­ri”, “Gü­lüm”, “Gü­lə­rəm gül­­sən” və baş­qa ro­mans və mah­nı­la­rın mü­əl­li­fi­dir. O, həm­­çi­nin dram ta­ma­şa­la­­rı­na, “Bö­yük da­­yaq”, “Mən ki gö­zəl de­yil­dim” və bir sı­ra baş­qa film­­lə­rə mu­si­qi bəs­tə­lə­miş­dir.

F.Əmi­rov “Əmək­dar in­cə­sə­nət xa­di­mi” (1955) və SSRİ “Xalq ar­tis­ti” (1965) fəx­ri adlarına layiq görülmüş, 2-ci dərəcəli “Stalin” mü­ka­fa­tı­ (1949), Azərbaycan SSR Dövlət Mükafatı (1974), Azərbaycan SSR “Lenin Komsomolu” (1967) mükafatı laureatı olmuşdur. İki dəfə “Qırmızı əmək bayrağı” (1967, 1971), iki dəfə “Lenin” (1959, 1982) ordenləri ilə təl­tif olun­­muş­dur.

Görkəmli bəstəkar Fik­rət Əmi­rov 1984-cü ildə Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.