GÖRKƏMLİ ALİMLƏR

Qa­ra­ci­yər cər­ra­hiy­yə­si və or­qan transp­lan­ta­si­ya­sı üzrə tanınmış alim

Qa­ra­ci­yər cər­ra­hiy­yə­si və or­qan transp­lan­ta­si­ya­sı üzrə tanınmış alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Bay­ra­mov Nu­ru Yu­sif oğ­lu 17 sent­yabr 1963-cü il­də Er­mə­nis­tan SSR-in (Qər­bi Azər­bay­can) Ba­sar­ke­çər ra­yo­nu­nun Nə­ri­man­lı kən­din­də ana­dan ol­muş­dur. O, Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nu fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş (1986), hə­min ins­ti­tut­da Cər­ra­hiy­yə ix­ti­sa­sı üz­rə kli­ni­ki or­di­na­tura keç­miş­dir (1986-1988). I Mosk­va Tibb Aka­de­mi­ya­sı­nın Ümu­mi cər­ra­hiy­yə ka­fed­ra­sı­nın as­pi­ran­tu­ra­sın­da təh­sil al­mış­dır.

N.Bay­­ra­­mov 1991-ci il­də “Xro­ni­ki os­teo­mie­lit­lə­rin komp­leks müa­li­cə­sin­də kom­bi­nəo­lun­muş la­zer­lə­rin tət­bi­qi” möv­zu­sun­da tibb elm­­lə­ri üz­rə na­­mi­­zə­d­lik, 1999-cu il­də “Qa­ra­ci­yər re­zek­si­ya­la­rın­dan son­ra­kı ağır­laş­ma­la­rın proq­noz­laş­dı­rıl­ma­sı və pro­fi­lak­ti­ka­sı” möv­zu­sun­da dok­­tor­luq dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş, pro­­fes­­sor el­­mi adı­­nı al­­mış (2004), AMEA-nın müx­­bir üz­­vü se­­çil­­miş­­dir (2014).

N.Bay­ra­mov Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin I cər­ra­hi xəs­tə­lik­lər ka­fed­ra­sın­da 1991-2011-ci il­lər­də as­sis­tent, do­sent və pro­fes­sor və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. 2012-ci il­dən hə­min ka­fed­ranın mü­di­ri­dir.

N.Bay­ra­mov 1994-1999-cu il­lər­də Tür­ki­yə Res­pub­li­ka­sın­da Yük­sək İx­ti­sas Xəs­tə­xa­na­sı, Baş­kent, An­ka­ra, 100-cü Yıl və Kı­rık­ka­le uni­ver­si­tet­lə­rinin kli­ni­ka­­la­rın­da, Gül­ha­ne Hər­bi Tibb Aka­de­mi­ya­sın­da la­pa­ros­ko­pik cər­ra­hiy­yə, or­qan kö­çü­rül­mə­si, qa­ra­ci­yər cər­ra­hiy­yə­si, on­ko­lo­ji cər­ra­hiy­yə və mik­ro­cər­ra­hiy­yə, 2010-cu il­də Ma­lat­ya İnö­nü Uni­ver­si­te­tin­də qa­ra­ci­yər transp­lan­ta­si­ya­sı üz­rə ix­ti­sas­laş­ma keç­miş, el­mi və prak­tik iş­lər apar­mış­dır. 2019-cu il­də Gin­ne­sin re­kord­lar ki­ta­bı­na dü­şən qa­ra­ci­yər transp­lan­ta­si­ya­sı əmə­liy­ya­tı­nın iş­ti­rak­­çı­sı ol­muş­dur.

N.Bay­ra­mov la­zer­lə­rin cər­ra­hiy­yə­də tət­bi­qi, tə­ci­li və hər­bi səh­ra cər­ra­hiy­yə­si üz­rə təd­qi­qat iş­lə­ri apar­mış­dır. Ali­min əsas el­mi is­ti­qa­mə­ti­ni qa­ra­ci­yər cər­ra­hiy­yə­si və or­qan transp­lan­ta­si­ya­sı, la­pa­ros­ko­pik cər­ra­hiy­yə, ba­ri­at­rik-me­ta­bo­lik cər­ra­hiy­yə, elə­cə də kök hü­cey­rə­lə­ri, ge­ne­tik bio­mar­­ker­lər, elas­toq­ra­fi­ya üz­rə apa­rı­lan təd­qi­qat­lar təş­kil edir.

N.Bay­ra­mo­vun təd­qi­qat­la­rı­nın nə­ti­cə­lə­ri 450-dən çox el­mi əsər­də, o cüm­lə­dən 40 ki­tab­da, 11 ix­ti­ra və sə­mə­rə­ləş­di­ri­ci tək­lif­də öz ək­si­ni tap­mış, on­lar­la bey­nəl­xalq konq­res, konf­rans və sim­po­zi­um­lar­da mə­ru­zə edil­miş­dir.

N.Bay­ra­mo­vun el­mi rəh­bər­li­yi ilə 7 fəl­sə­fə dok­to­ru, 1 elmlər doktoru ha­zır­lan­mış­dır.

N.Bay­ra­mov Qa­ra­bağ mü­ha­ri­bə­sin­də və Xo­ca­lı soyqır­ı­mın­da ya­ra­lanan sakinlərin müa­li­cə­sin­də, Tür­ki­yə­də 100-cü Yıl və Kı­rık­ka­le uni­ver­si­tet­lə­rin­də Ümu­mi cər­ra­hiy­yə ka­fed­­ra­la­rı­nın təş­ki­lin­də, Ba­kı­da­kı Mər­kə­zi Kli­nik Xəs­tə­xa­na­nın və Mər­kə­zi Göm­rük Hos­pi­ta­lı­nın, ATU-da Təd­ris Cər­ra­hiy­yə Kli­ni­ka­sı­nın təş­ki­lin­də və kadr ha­zır­lı­­ğın­da fə­al iş­ti­rak et­mək­lə ya­na­şı, ümu­mi və la­pa­ros­ko­pik cər­ra­hiy­yə, or­qan transp­lan­ta­si­ya­sı şö­bə­lə­ri­nin ya­ra­dıl­ma­sı­na rəhbərlik et­miş­dir. Ha­zır­da ATU-da cər­ra­hiy­yə üz­rə mü­tə­xəs­sis ha­zır­lı­ğın­da, həm­çi­nin re­zi­den­tu­ra proq­ra­mı­nın və təd­ri­si­nin təş­ki­lin­də fəa­liy­yət gös­tə­rir.

N.Bay­ra­mov AMEA-nın Bio­lo­gi­ya və Tibb Elm­lə­ri Böl­mə­si aka­de­mik-ka­ti­bi­nin müa­vi­ni ol­muş (2016-2019), ha­zır­da Böl­mə­nin El­mi şu­ra­sı səd­ri­nin müa­vi­­ni­dir.

N.Bay­ra­mov mü­ha­ri­bə ve­te­ra­nı­dır. Tər­tər­ rayonunda Hər­bi Səh­ra Hos­pi­ta­lın­da cər­rah ki­mi xid­mət gös­tə­rmişdir (1994). N.Bay­ra­mov cər­ra­hiy­yə ix­ti­sa­sı üz­rə xa­ri­ci öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən 11 bey­nəl­xalq el­mi cə­miy­yə­tin üz­vü­, İnönü Universitetinin fəxri doktorudur (2023).

O, “Heydər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı (2024), AMEA-nın və Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı Sə­­hiy­­yə Na­zir­li­yi­nin Fəx­­ri fər­­ma­n­la­rı ilə təl­tif olun­muş­dur.