GÖRKƏMLİ ALİMLƏR

Əsərləri dillər əzbəri olan dahi bəstəkar-alim

Əsərləri dillər əzbəri olan dahi bəstəkar-alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Mə­­li­­kov Arif Ca­han­gir oğ­lu

Mə­­li­­kov Arif Ca­han­gir oğ­lu 13 sent­yabr 1933-cü il­də Ba­kı şə­hə­rin­də ana­­dan ol­muş­dur.

1958-ci ildə Üzeyir Ha­cı­­bə­yov adı­­na Azər­bay­can Döv­lət Kon­ser­­va­­to­ri­ya­sı­nı Qa­ra Qa­ra­ye­vin bəs­­tə­kar­lıq sin­fi üz­rə bi­tir­miş, 1979-cu ildə pro­fes­sor el­mi adı­nı al­mış­dır. A.Mə­li­kov uzun il­lər Azər­bay­can Döv­­­lət Kon­ser­va­to­ri­ya­sın­da mü­əl­lim­lik et­­miş, bö­­yük bəs­tə­kar­lar nəs­li ye­tiş­dir­­miş­dir. 1982-ci ildən ömrünün sonunadək Azər­bay­can Döv­lət Kon­­ser­­­va­to­ri­ya­sın­da bəs­tə­kar­lıq ka­fed­­ra­­­sı­­­nın mü­­di­­ri ol­muş­dur. 2001-ci il­də ­­­­AMEA-nın müx­bir üz­vü, 2014-cü il­də hə­­qi­qi üz­vü se­çil­miş­dir.

Ta­nın­mış bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı ge­niş və çox­şa­xə­li­dir. Onun ecaz­kar mu­si­­qi­si yalnız Azər­bay­can­da de­yil, bü­tün dün­ya­da şöh­rət qa­zan­mış­dır. Gör­kəm­li türk şai­ri Na­zim Hik­mə­tin lib­ret­to­su əsa­sın­da yaz­dı­ğı ilk bö­yük əsə­ri olan “Mə­həb­bət əf­sa­nə­si” ba­le­ti Arif Mə­li­ko­va dün­ya şöh­rə­ti “Əliba­ba və qırx qul­­dur” (1973), “İki ürək das­ta­­nı” (1981), “Yu­sif və Züleyxa” ba­­let­­lə­ri­ni (1999), “Sim­­fo­ni”Axı­rın­cı aşı­rım”, “Qəh­­rə­­ma­­­­nı” Xalq Çal­ğı Alət­lə­ri Or­kest­ri üçün 7 say­lı Sim­fo­ni­ya (1995), Sim­fo­nik or­kestr üçün “Azər­­bay­can” bal­la­da­sı­nı (1995) yaz­mış­dır. Na­zim Hik­mə­tin söz­­lə­­ri­­nə 2 vo­kal sil­si­lə, “Dal­­ğa­lar” ope­­ret­ta­sı­nı bəs­tə­­lə­miş­dir (1967). “Sehrli xa­­lat” (1964), “Məhəbbət əf­sa­nə­si” (1969), “Axırın­cı aşı­rım” (1971), “Ul­duz­lar sön­mür” (1971), “Rüs­təm və Söh­­rab” (1971), “Ürək mə­sə­lə­lə­ri” (1971), “Qə­rib cin­lər di­ya­rın­da” (1977), “Qız Qa­la­sı əf­sa­nə­si” (1978), “İşa­rə­ni də­niz­dən göz­lə­yin” (1986), “Doğ­ma sa­hil­lər” (1989), “Ki­ta­bi-Də­də Qor­qud. Səg­rə­yin das­ta­nı” (1990), “Göy­lər son­suz bir də­­niz­dir” (1995), “Heydər Əli­yev. Dör­dün­cü film. Li­der” (1999), “Tanrıya ta­pı­nan Kiş” (2001), “Hacı Qa­ra” (2002), “Ki­ta­bi-Də­də Qor­qud. Ba­sat və Tə­pə­göz” (2003), “Mayestro Ni­ya­zi” (2007) və sair film­lə­rin mu­si­qi­si­ni bəs­tə­­lə­miş­dir.

A.Mə­li­kov Azər­bay­can Res­pub­li­ka­sı­nın “Əmək­dar İn­­cə­sə­nət Xa­di­mi” (1965), Azər­­bay­­can Res­pub­li­ka­sı­nın “Xalq ar­tis­ti” (1978), SSRİ “Xalq ar­tis­ti” (1986) fəxri adları­na la­yiq gö­­rül­­müş­­dür. Azər­­­­­bay­can mədəniy­yətinin in­ki­­şa­­­fın­­da müs­­təs­na xid­­mət­lə­ri­nə gö­rə “Şə­rəf ni­şa­nı” (1971), “İs­­tiq­­lal” (1998), “Hey­dər Əli­­yev” ordenləri (2013) ilə təl­­tif olun­muş­dur. Azər­bay­can Res­pub­­li­­ka­­sı­­nın Döv­­lət Mü­ka­fa­tı lau­rea­tıdır (1986).

2013-cü ildən Xəzər Uni­ver­si­te­ti­nin fəx­ri dok­to­ru se­çil­miş­dir.

Aka­de­mik Arif Mə­li­kov 2019-cu ildə Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.