GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanın görkəmli uroloq-alimi

Azərbaycanın görkəmli uroloq-alimi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ca­vad­za­də Mir-Məm­məd Ca­vad oğ­lu

Ca­vad­za­də Mir-Məm­məd Ca­vad oğ­lu 18 may 1927-ci il­də Lən­kə­ran şə­hə­­rin­də ana­dan ol­muş­dur. Azər­bay­can Döv­lət Tibb İns­ti­­tu­tu­nun Müa­li­cə-pro­fi­­lak­­ti­ka fa­kül­tə­si­ni bi­ti­r­miş­dir (1948).

M.Ca­­vad­­za­­də 1954-cü il­də Mosk­va­da “Si­dik axa­rı­nın daş­la­rı” möv­zu­sun­da tibb elm­lə­ri üz­rə na­mi­zəd­lik, 1962-ci il­də Le­­ninq­­rad­da “Böy­rək­lə­rin po­li­kis­to­zu” möv­zu­sun­da tibb elm­lə­ri üz­rə dok­tor­luq dis­­ser­­ta­­si­­ya­­la­­rı­­nı mü­­da­­fiə et­­miş, SSRİ Tibb EA-nın müx­­bir üz­­vü (1974), AEA-nın hə­­qi­­qi üz­­vü (1980) se­­çil­­miş­­dir.

M.Ca­­vad­­za­­də As­­ta­­ra ra­­yon xəs­­tə­­xa­­na­­sın­­da hə­­kim və Cər­­ra­­hiy­­yə şö­­bə­­si­­nin mü­­di­­ri (1948-1950), Krım Tibb İns­­ti­­tu­­tun­­da (Sim­­fe­­ro­­pol) as­­sis­­tent, do­­sent (1954-1957), II Mosk­­va Döv­­lət Tibb İns­­ti­­tu­­tun­­da Uro­­lo­­gi­­ya ka­­fed­­ra­­sın­­da as­­sis­­­tent, pro­­­fes­­sor (1957-1963), Azər­bay­can Döv­lət Hə­kim­lə­ri Tək­mil­ləş­dir­mə İns­­ti­tu­­tun­da ka­fed­ra mü­di­ri (1963), di­rek­tor (1975-2008) və­zi­fə­lə­rin­də ça­lış­mış­­dır.

M.Ca­vad­za­də res­pub­li­ka­da çox­say­lı uro­lo­ji is­ti­qa­mət­lə­rin əsa­sı­nı qoy­­muş­dur. Onun el­mi fəa­liy­yə­ti uro­lo­gi­ya və ope­ra­tiv nef­ro­lo­gi­ya­nın is­ti­­qa­­mət­lə­ri: anes­te­zio­lo­gi­ya, böy­rək ça­tış­maz­lı­ğı, onun pa­to­­ge­ne­­zi, kon­ser­va­tiv və fə­al müa­li­cə­si, uşaq uro­nef­ro­lo­gi­ya­sı, uro­lo­­gi­ya­da da­mar təd­qi­qat­la­rı və nef­ro­gen hi­per­ten­zi­ya prob­lem­lə­ri, ye­ni di­aq­nos­ti­ka və müa­li­cə üsul­la­rı­nın iş­lə­nib ha­zır­lan­­ma­sı ilə bağ­lı ol­muş­dur.

M.Ca­vad­za­də ək­sə­riy­yə­ti xa­ri­ci öl­kə­lər­də nəşr olun­muş 700-ə ya­xın elmi əsə­rin, o cüm­lə­dən 32 mo­noq­ra­fi­ya və dərs və­sai­ti­nin mü­əl­­li­fi­dir.

Alimin el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 65 fəlsəfə doktoru və 15 elm­lər dok­tor­­u ha­zır­lan­mış­dır.

M.Ca­vad­za­də Azər­bay­can SSR Ali So­ve­ti­nin 2 ça­ğı­rış de­­pu­­ta­tı, Azərbaycan Respublikası Sə­hiy­yə Na­zir­li­yi­nin baş uro­lo­qu ol­muş, “Azər­bay­can Tibb jur­na­lı”­nın, “Uro­lo­­gi­ya və nef­ro­lo­gi­ya” jur­na­lı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü, Bey­nəl­xalq və Av­ro­pa Uro­loq­lar cə­miy­yə­tləri­nin hə­qi­qi üz­vü, Pur­ki­ne adı­na Tibb cə­miy­­yə­ti­nin, Bol­qa­­rıs­tan Uro­loq­lar cə­miy­yə­ti­nin fəx­ri üz­vü, RTEA-nın Uro­lo­­gi­­ya üz­rə El­mi və Prob­lem şu­ra­la­rı­nın üz­vü se­çil­miş­dir.

Ali­min fəa­liy­yə­ti döv­lət və ic­ti­ma­iy­yət tə­rə­fin­dən yük­sək qiy­mət­lən­­di­ril­­mişdir. O, “Əmək­dar elm xa­di­mi” (1968) fəxri adı­na la­yiq gö­rül­müş, “Şə­rəf ni­şa­nı” (1971), “Okt­yabr in­qi­la­bı” (1981), “Le­nin” (1987) və Azər­bay­can Respublikasının “Şöh­rət” (1997) və “İs­tiq­lal” (2007) or­den­lə­ri ilə təl­tif olun­­muş­dur.

Aka­de­mik Mir-Məm­məd Ca­vad­za­də 2008-ci il­də Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.