GÖRKƏMLİ ALİMLƏR

SSRİ dövründə Azərbaycanda milli kadrları önə çəkdiyi üçün “millətçi” adlandırılan alim

SSRİ dövründə Azərbaycanda milli kadrları önə çəkdiyi üçün “millətçi” adlandırılan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Axun­­dov Və­­li Yu­­sif oğ­­lu

Axun­­dov Və­­li Yu­­sif oğ­­lu 14 may 1916-cı il­­də Ba­­kı şə­­hə­­rin­­də ana­­dan ol­­muş­­dur. 1941-ci ildə Azər­­bay­­can Döv­­­lət Tibb İns­­ti­­tu­­tu­­nu bi­­tir­­miş­­dir.

1955-ci il­də “Azər­bay­can SSR-in Ki­ro­va­bad şə­hə­ri­nin sa­ni­tar-epi­de­mio­lo­ji xa­rak­te­ris­ti­ka­sı” möv­zu­sun­da tibb elm­­lə­ri üz­rə na­­mi­­zə­d­lik, 1964-cü il­də “Ba­kı şə­hə­ri­nin neft ra­yon­la­rı­nın sa­ni­tar-epi­de­mio­lo­ji xa­rak­te­ris­ti­ka­sı” möv­zu­sun­da tibb elm­­lə­ri üz­rə dok­tor­luq dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş, 1969-cu ildə AEA-nın hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.

V.Axun­dov ins­ti­tu­tu bi­tir­dik­dən son­ra hər­bi xid­mə­tə ça­ğırıl­mış, əv­vəl­cə hə­­kim (1941-1942), son­ra tib­bi sa­ni­tar ba­tal­yo­­nu­­nun ko­man­di­ri (1942-1946) ol­muş­­dur. Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tun­da as­sis­­tent (1952-1953), Azərbaycan SSR SN ET Vi­ru­so­lo­gi­ya, Mik­ro­bio­lo­gi­ya və Gi­gi­ye­na İns­ti­tu­tu­­nun di­rek­to­ru (1953), Res­­pub­­li­kanın sə­hiy­yə na­zi­ri­nin bi­rin­ci müa­vi­ni, na­zir (1953-1958), Azər­bay­can KP Mər­kə­zi Ko­mi­tə­si­nin ka­ti­bi, Res­pub­li­ka Na­zir­lər So­ve­ti­nin səd­ri (1953-1959), Azər­bay­can KP MK-nin bi­rin­ci ka­ti­bi (1959-1969), AEA-nın vit­se-pre­zi­den­ti (1969-1972), ET Vi­ru­so­lo­gi­ya, Epi­­de­mio­lo­gi­ya və Gi­gi­ye­na İns­ti­tu­tu­­nun di­rek­to­ru (1972-1986) və­zi­fə­lə­rin­­də ça­lış­mış­dır.  

O, SSRİ dövründə Azərbaycanda milli kadrları önə çəkdiyi üçün millətçi adlandırılırdı. Nazir olduğu zaman tibb sahəsində yazışmalar ilk dəfə ana dilində aparılmağa başladı.

V.Axundovun el­mi fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mə­ti müx­tə­lif şə­hər və ra­yon mər­­kəz­­lə­rin­də sa­ni­tar-epi­de­mio­lo­ji və­ziy­yə­tin təd­qi­qi, tex­no­lo­ji, so­sio­lo­ji, tib­bi və s. əsas xa­rak­ter və gös­tə­ri­ci­lə­ri­nin mü­əy­yən edil­mə­si, mən­fi xü­su­siy­yət­lə­rin ara­dan qal­dı­rıl­ma­sı təd­bir­lə­rin­dən iba­rət ol­muş­dur. Onun bu sa­hə­də Gən­cə şə­hə­ri­nin sa­ni­tar-gi­gi­ye­nik və­ziy­yə­ti ilə bağlı və Ba­kı­nın əsa­sən neft­lə çirk­lən­miş əra­zi­lə­rin­də apar­dı­ğı təd­qi­qat­la­rın me­to­di­ka­sı SSRİ-nin çirk­lən­miş əra­zi­lə­rin­də in­san­la­rın ya­şa­ma­sı üçün nü­mu­nə sə­nəd­lə­ri ki­mi ək­sər şə­hər mər­­kəz­lə­ri üzrə təs­diq edil­miş­dir. Alim SSRİ-də ilk Gi­gi­ye­nik-epi­de­mio­lo­ji ki­ber­­ne­tik la­bo­ra­to­ri­­ya təş­kil et­miş­dir.

V.Axun­dov Azər­bay­can­da gi­gi­ye­nik və epi­­de­mio­lo­ji əhə­miy­yət da­şı­yan su təc­hi­za­tı sis­te­mi­nin təş­ki­li prob­le­mi ilə xü­su­si ma­raq­lan­mış­dır. Key­fiy­­yət­­siz iç­mə­li su­dan is­ti­fa­də­nin bir sı­ra yo­lu­xu­cu xəs­tə­lik­lə­rin ya­yıl­­ma­sı­na sə­bəb olduğunu nə­zə­rə ala­raq, res­pub­li­ka­da su höv­zə­lə­ri­nin sa­ni­tar və­ziy­yə­ti­nin öy­rə­­nil­mə­si, on­la­rın çirk­lən­mə­si­­nin qar­şı­sı­nın alın­ma­sı, elə­cə də sa­ni­tar mü­ha­fi­zə­­si­nin təş­ki­li məq­sə­di­lə təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si is­ti­qa­mə­tin­də ali­min rəh­bər­li­yi ilə çox­­say­lı təd­qi­qat iş­lə­ri apa­­rıl­mış­dır.

V.Axun­dov 300-dən ar­tıq el­mi əsə­rin, o cüm­lə­dən 6 mo­no­q­ra­­fi­ya və 11 ki­tab­ça­nın mü­əl­li­fi ol­muş­dur. Onun el­mi rəh­bər­li­yi və məs­lə­hət­­çi­li­yi ilə 5 fəlsəfə doktoru və 4 elm­lər dok­to­ru dis­ser­ta­si­ya­sı mü­da­fiə olun­muşdur.

Ali­min el­mi ic­ti­mai fəa­liy­yə­ti ge­niş dia­pa­zon­lu ol­muş­dur. O, SSRİ Tibb Elm­lə­ri Aka­de­­mi­ya­sı­nın Ya­şa­yış ev­lə­ri­nin gi­gi­ye­na­sı­nın el­mi əsas­la­rı üz­rə Prob­lem ko­­mis­­si­ya­sı­nın üz­vü (1974), Ümu­mit­ti­faq El­mi-tib­bi Tex­ni­ka ida­rə­si­­nin bü­ro üz­­vü, Hə­yat və sağ­lam­lıq şə­rai­ti­nin öy­rə­nil­mə­si üz­rə Bey­nəl­xalq Tib­bi As­so­si­a­­si­ya­nın SSRİ Mil­li Ko­mi­tə­si­nin üz­vü (1975), Azər­bay­can Gi­gi­ye­nist­lər və sa­ni­tar hə­kim­lər cə­miy­yə­­ti­nin səd­ri və s. və­zi­fə­lə­ri ic­ra et­miş­dir.

V.Axun­do­vun ço­xil­lik hər­bi, el­mi, el­mi-təş­ki­la­ti və ic­ti­mai fəa­liy­yə­­ti döv­lət tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­miş, o, ”Le­nin”, “Və­tən mü­ha­ri­­bə­si”, “Qır­mı­zı ul­duz” və bir sı­ra baş­qa or­den və me­dal­lar­la, fəx­ri fər­man­lar­la təl­tif olun­muş­dur.

Aka­de­mik Və­li Axun­dov 1986-cı il­də Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.