GÖRKƏMLİ ALİMLƏR

Xruşşovu və ermənipərəst qüvvələri qəzəbləndirən azərbaycanlı alim

Xruşşovu və ermənipərəst qüvvələri qəzəbləndirən azərbaycanlı alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Mus­ta­­fa­yev İmam Daş­də­mir oğ­lu

Mus­ta­­fa­yev İmam Daş­də­mir oğ­lu 25 fev­ral 1910-cu il­də Za­qa­ta­la qə­­za­­sı­­nın (ha­zır­da Qax ra­yo­nu­­nun) Qax kən­­din­də ana­dan ol­muş­dur. Za­qa­ta­la Kənd Tə­sər­­rü­­fa­tı Tex­ni­ku­mu­nu (1928), Azər­bay­can Kənd Tə­sər­rü­fa­tı İns­ti­tu­tu­nu (AK­Tİ) bi­tir­miş (1932), AK­Tİ-nin Ge­ne­ti­ka, se­lek­si­­ya və to­xum­­çu­luq ka­fed­ra­sın­da as­pi­rant ol­muş­dur (1932-1934).

İ.Mustafayev 1938-ci ildə K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında “Meyvə bitkiləri toxumlarının cücərmə qabiliyyətini sürətlə təyin etmək metodu” mövzusunda kənd tə­sər­­rü­fa­tı elm­lə­ri üzrə na­mi­zə­dlik, 1964-cü ildə Ümu­mit­ti­faq Bit­ki­çi­lik İns­ti­tu­tun­da “Azərbaycan buğdaları və onların seleksiyası və forma-yaranma prosesində rolu” mövzusunda biologiya elmləri üzrə dok­tor­­luq dis­ser­ta­si­yaları­nı mü­da­fiə etmiş, AEA-nın hə­qi­qi üz­vü se­çil­miş­dir (1950).

O, AEA-nın el­mi ka­ti­bi (1950-1952), “Azər­bay­can EA Mə­ru­zə­­lə­ri” və “Azər­­bay­­can so­sia­list kənd tə­sə­r­rü­fa­tı” jur­nal­la­rı­­nın re­dak­­to­ru, “Azər­­bay­can EA-nın Xə­bər­lə­ri” jur­na­lı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü, Ba­kı şə­hər So­ve­ti­nin və Azər­bay­can SSR Ali So­ve­ti­nin de­pu­ta­tı, Azər­bay­can SSR Döv­lət Nə­za­rə­ti ko­­mis­sa­rı­nın birinci müa­vi­ni (1940-1954), Azər­bay­can Xalq Tor­paq ko­mis­­sa­rı­nın birinci mü­a­­vi­ni, Azər­bay­can SSR-in KT na­zi­ri, Azər­bay­can KP MK-nın ka­ti­bi, Gən­cə vi­la­yət ko­mi­­tə­­si­nin birinci ka­ti­bi, Azər­­bay­can KP MK-nın birinci ka­ti­bi iş­lə­miş­dir (1954-1959). SSRİ KP MK-nın üz­vü ol­muş­dur (1956-1961).

O, Azərbaycanın çətin vaxtlarında ona şərəflə xidmət edən, milli təəssübkeşliyini çəkən şəxslərdən biri kimi 1954-cü ildən 1959-cü ilə qədər Azərbaycana rəhbərlik edib.

İ.Mustafayevin tərcümeyi-halında ən önəmli səhifə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsdiqlənməsidir.

XX əsrin 50-ci illərihttps://setm.tech. Stalinin ölümündən sonra SSRİ adlanan "xalqlar həbsxanasında" dəyişikliklər başladı. Bu dövrə ilıqlaşma, yumşalma dövrü də deyilir. Məhz bu dönəmdə İmam Mustafayev kimi bir elm və ictimai xadimin Azərbaycana rəhbər gətirilməsi bu üstünlükləri daha da artırır. Elə elmdən ayrılmaması İ.Mustafayevin milli və maarifçilik təşəbbüskarı kimi fəaliyyətinə səbəb olur. Onun Mərkəzə sərf etməyən fəaliyyəti çoxlarını narazı salırdı. 5 il hər şeyə rəğmən işini davam etdirən İmam Mustafayev axırda özünün ən ali missiyasını həyata keçirə bilir. Azərbaycan dili artıq onun rəhbərliyi müddətində dövlət dili olur.

Onun bu milli fəaliyyəti Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi Nikita Xruşşovu və ermənipərəst qüvvələri qəzəbləndirir. Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə “bacarıqsızlıq” bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır.

İ.Mus­ta­fa­yev AEA-nın Ge­ne­ti­ka və Se­lek­si­ya İns­ti­tu­tu­nun Dən­li və dən­li-pax­la­lı bit­ki­lə­rin ge­ne­ti­ka­sı və se­lek­si­ya­sı şö­bə­si­nin mü­di­ri (1959-1997), ins­ti­tu­tun di­rek­to­ru iş­lə­miş­dir (1970-1987). 1963-cü il­dən SSRİ EA-nın Əla­qə­lən­dir­­mə Şu­ra­sı­­nın üz­vü, Ge­ne­ti­ka və se­lek­si­ya prob­lem­lə­ri­nə da­ir El­mi şu­ra­nın səd­ri ol­muş­dur.

Alim Za­qaf­qa­zi­ya res­pub­li­ka­la­rı­nın əra­zi­sin­də 2000-dən çox ar­pa, çov­dar, və­lə­mir, egi­lops və on min­dən çox buğ­da və baş­qa dən­li bit­ki­lə­rin nü­mu­nə­lə­ri­ni top­la­mış­dır. Alim “Se­vinc”, “Cə­fə­ri”, “Zo­ğal buğ­da”, “Tur­­gi­dum-7”, “Tu­ra­ni­kum-186”, “Qı­zıl buğ­da”, “Bol buğ­da”, “Ar­zu”, “Kəh­rə­ba”, “Gür­­gə­nə I”, “Zər­da­bi”, “Bir­lik və Qre­kum 75/50”, o cüm­lə­dən “Pal­li­dum” 596 ar­pa sor­tu, “AP-317” pam­bıq sor­tu, “Cə­li­la­bad I” sa­rım­saq sor­tu, “Zə­fə­ra­ni”, “Şə­fa və Toz­la­yı­c”ı çay­ti­ka­nı sort­la­rı­nın mü­əl­li­fi­dir. O, bey­nəl­xalq kon­f­rans­­la­rın iş­ti­rak­çı­sı, Av­ro­pa Se­lek­si­ya­çı­lar As­so­si­a­si­ya­sı­nın üz­vü, “Mu­tant­lar, ya­ba­nı bi­tən for­ma­la­rın, be­cə­ri­lən bit­ki­lə­rin yer­li po­pul­ya­­si­ya və sort­la­rı­nın ge­no­fon­du­nun top­la­nıl­ma­sı, öy­rə­nil­mə­si, sax­lan­ma­sı”, “Əsas kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri­nin xü­su­si se­lek­si­ya­sı”, “Uzaq hib­rid­ləş­dir­mə” iş­lə­ri­nin rəh­bə­ri və ko­or­­di­na­to­ru ol­muş­dur.

İ.Mus­ta­fa­yev 332 el­mi əsə­rin, o cüm­lə­dən 5 mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi ol­muş­­dur. Onun el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 75 fəlsəfə doktoru və 4 elm­lər dok­­to­ru ha­zır­lan­mış­dır.

İ.Mus­ta­fa­yev “Qır­mı­zı əmək bay­ra­ğı”, “Fəx­ri ni­şan”, “Xalq­lar Dost­lu­ğu” or­den­lə­ri, 5 me­dal, “aka­de­mik S.İ.Va­vi­lov adı­na qı­zıl me­dal”, Ümu­mit­­ti­faq Kənd Tə­sər­rü­fa­tı Sər­gi­si­nin 3 bö­yük, 1 ki­çik qı­zıl, 1 gü­müş me­da­lı ilə təl­tif olun­­muş­dur.

Aka­de­mik İmam Mus­ta­fa­yev 1997-ci il­də Ba­kı şə­hə­rin­də və­fat et­mişdir.