GÖRKƏMLİ ALİMLƏR

Dünya şöhrətli geoloq alim Mirəli Qaşqay

Dünya şöhrətli geoloq alim Mirəli Qaşqay

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Qaş­qay Mi­rə­li Se­yi­də­li oğ­lu

Qaş­qay Mi­rə­li Se­yi­də­li oğ­lu 7 yan­var 1907-ci il­də Gən­cə şə­hə­­rin­­də ana­dan ol­muş­dur. 1930-cu ildə Azər­­bay­­­can Po­li­tex­­nik İns­ti­tu­tu­nun Dağ-mə­dən fa­kül­tə­si­ni Dağ-mə­dən mü­hən­di­si-geo­loq ix­ti­sa­sı üz­rə bi­tir­miş­­dir.

M.Qaş­qay 1934-cü il­də “İstisu mineral mənbələri rayonunun geoloji-petroqrafik oçerki və onların geokimyəvi xarakteristikası” mövzusunda dis­­ser­ta­­si­ya mü­da­fiə et­miş­dir. Ki­çik Qaf­qa­zın mər­kə­zi his­sə­si­nin, Ta­lı­şın hi­per­ba­zit­lə­ri və ba­zit­lə­ri­nin təd­­qi­qi­nin nə­ti­cə­­lə­­ri­­ni “Azər­bay­­ca­nın əsa­si və ult­raə­sa­si sü­xur­la­rı” ad­lı mo­no­q­­ra­fi­­ya­sın­da ye­kun­­laş­dır­mış­dır. Bu əsə­rə gö­rə ona 1942-ci il­də ge­o­­lo­gi­ya-mi­ne­­ra­lo­gi­ya üz­rə elm­lər dok­to­ru alim­lik də­rə­cə­si ve­ril­miş­dir.

M.Qaş­qay AEA-nın Geo­lo­gi­ya İns­ti­tu­tu­nu ilk təş­kil edən­lər­dən, 1945-ci il­də isə Azər­bay­can Elm­lər Aka­­de­mi­­ya­sı­nın tə­sis­­çi­lə­rin­­dən bi­ri və onun ilk aka­de­mik-ka­ti­bi ol­muş­dur. O, 1947-1950-ci il­lər­­də AEA-nın Yer haq­qın­da Elm­lər Bölməsinin səd­ri və AEA-nın Geo­lo­gi­ya İns­ti­­tu­tu­nun Geo­kim­ya şö­bə­si­nin mü­di­ri və­zi­­fə­sin­də çalış­mış­dır.

M.Qaş­qay ilk də­fə ola­raq geo­lo­ji ədə­biy­yat­da alu­nit, kao­li­nit və dik­kit ya­taq­­la­­rı­nın təs­ni­fa­tı­nı ver­miş, Ki­çik Qaf­qa­zın mis və kü­kürd kol­çe­dan ya­taq­­la­rı­nın int­ru­­ziv­lər­lə əla­qə­si­ni əsas­lan­dır­mış, kol­çe­dan ya­taq­la­rı­nın ümu­­mi­­ləş­di­ril­miş təs­ni­fa­tı­nı ver­miş və də­mir fi­li­zi ya­taq­la­rı­nın ge­ne­tik növ­lə­ri­ni ayır­mış­dır. Azər­­bay­can­da bir sı­ra fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nı, o cüm­lə­dən iri per­lit və ob­si­di­an ya­taq­la­rı­nı ilk kəşf edən­lər­dən ol­muş­dur. Geo­kim­yə­vi təd­qi­qat­­la­rı­nın nə­ti­cə­lə­ri ona "Azər­bay­ca­nın geo­kim­yə­vi xə­ri­tə­si"ni tər­tib et­mə­yə əsas ver­miş­dir.

M.Qaş­qay mi­ne­ro­loq­la­rın və geo­kim­ya­çı­la­rın Azər­bay­can mək­tə­bi­nin ya­ra­­dı­­­cı­sı, Daş­kə­sən fi­liz ra­yo­nu­nun fay­da­lı qa­zın­tı­la­rı­nın və Zəy­lik alu­nit ya­ta­ğı­­nın təd­qi­­qat­çı­sı ol­muş­dur. O, res­pub­li­ka­da 220-yə ya­xın mi­ne­ral və ter­mal mən­­bə­­lə­rin ol­du­­ğu­nu mü­əy­yən et­miş­dir. Bir ne­çə il­lər ərzin­də AEA Geo­lo­gi­ya İn­s­ti­­tu­tun­da Fi­liz ya­­taq­­la­rı­nın mi­ne­ra­lo­gi­ya­sı, pet­roq­ra­fi­ya­sı və geo­kim­ya­sı şö­­bə­­si­nə rəh­bər­lik et­miş­­dir. Onun rəh­bər­li­yi ilə Azər­bay­can Döv­lət Uni­ver­­si­­te­tin­də Geo­lo­ji-coğ­ra­fi­ya fa­kül­tə­si, pet­ro­q­ra­­fi­­ya, mi­ne­ra­lo­gi­ya və kris­tal­­loq­ra­fi­ya ka­fed­ra­la­rı, geo­lo­­gi­ya və fay­da­lı qa­zın­tı­lar mu­­ze­­yi təş­kil edil­miş­dir.

M.Qaş­qay Le­ninq­rad, Mosk­va, Lvo­vun mi­ne­ra­lo­gi­ya və geo­lo­gi­ya cə­miy­yət­lə­ri­nin üz­vü, Bö­yük Brit­­a­ni­ya və İr­lan­­di­­­ya, ABŞ mi­ne­ra­lo­gi­ya cə­miy­yət­lə­ri­nin hə­qi­qi üz­vü, Ümu­mit­ti­faq Mi­ne­ra­lo­gi­ya Cə­­miy­yə­ti­nin fəx­ri üz­vü se­çil­miş­­dir. Bir çox xa­ri­ci öl­kə­lər­də bey­nəl­xalq geo­lo­ji konq­res­lər­də və sim­po­zi­um­lar­da çı­xış et­miş­dir.

M.Qaş­qay bö­yük el­mi irs qoy­muş­dur. Onun 600-dən çox el­mi əsə­ri və 35 mo­no­q­ra­fi­ya­sı çap olun­muş­dur. Me­tal­­lo­ge­ni­ya, pet­ro­lo­gi­ya, mi­ne­ra­lo­­gi­ya, maq­ma­tik və me­ta­mor­fik sü­xur­la­rın geo­ki­m­ya­sı­na, mi­ne­ral və ter­mal su­la­ra aid on­lar­ca xə­ri­tə­­nin mü­əl­li­fi ol­muş­dur.

Alim 10 elm­lər dok­to­ru və 50 fəl­sə­fə dok­to­ru ha­zır­la­­mış­dır.

M.Qaş­qay “Əmək­dar elm xa­di­mi” fəxri adı­na la­yiq gö­rül­müş­dür. O,  “Ok­t­yabr in­qi­la­bı”, “Qırmı­zı əmək bay­ra­ğı”, “Şə­rəf ni­şa­nı” or­den­lə­ri və “Qaf­­qa­zın mü­da­fiə­si­nə gö­rə” (1944), “1941-1945-ci il­lər Bö­yük Və­tən mü­ha­­ri­bə­sin­də rə­şa­dət­li əmə­yə gö­rə” (1946) me­dal­la­rı ilə təl­tif olun­muş­dur.

Aka­de­mik Mi­rə­li Qaş­qay 1977-ci il­də Ba­kı­ şəhərində və­fat et­miş­dir.