GÖRKƏMLİ ALİMLƏR

Azər­­bay­­can­­da kris­tal­loq­ra­fi­ya mək­tə­bi­nin ya­ra­dı­cı­sı

Azər­­bay­­can­­da kris­tal­loq­ra­fi­ya mək­tə­bi­nin ya­ra­dı­cı­sı

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Məm­mə­dov Xu­du Sur­xay oğ­lu 14 de­kabr 1927-ci il­də Ağ­dam ra­yo­nun­da ana­dan ol­muş­­dur. 1951-ci ildə Azər­bay­can Döv­lət Uni­ver­­si­­te­ti­nin Geo­lo­ji-coğ­ra­fi­ya fa­kül­­tə­si­ni bi­tir­miş­dir.

X.Məm­mə­dov 1955-ci il­də SSRİ Elmlər Akademiyasının Kris­­tal­­lo­q­­ra­­­fi­­ya İns­­ti­­tu­­tun­­da “Bo­ro­si­li­kat-ak­si­nit mi­ne­ra­lı­nın qu­ru­lu­şu­nun tə­yi­ni” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1969-cu il­­də “Kal­si­um si­li­kat­la­rı və hid­ro­si­li­kat­lar” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş, 1973-cü il­­də pro­­fes­­sor el­­mi adı­­nı al­­mış, 1976-cı il­­də AEA-nın müx­­bir üz­­vü se­­çil­­miş­­dir.

X.Məm­mə­dov 1952-ci il­dən AEA-nın Qey­ri-üz­vi və Fi­zi­ki Kim­ya İns­ti­tu­tun­da Struk­tur-kim­ya la­bo­ra­to­ri­ya­sı­nın mü­di­ri və­zi­fə­sin­də ça­lış­mış­dır.

X.Məm­mə­do­vun el­mi təd­qi­qat­la­rı əsa­sən se­ment si­li­kat­la­rı­nın, bo­rat­la­rın, kar­bo­­nat­la­rın, fos­fat­la­rın və bir sı­ra ya­rım­ke­çi­ri­ci bir­ləş­mə­lə­rin kris­tal qu­ru­­luş­­la­rı­nın öy­rə­nil­mə­si­nə həsr edil­miş və təd­qiq et­di­yi bu bir­­ləş­mə­lər­də kris­tal-kim­yə­vi “qo­hum­luq” aş­kar et­miş­dir. El­mə “qu­ru­luş va­hi­­di” an­la­yı­şı­nı ver­­miş və se­ment si­li­kat­la­rın­da bağ­la­yı­cı­la­rın kris­tal­lo­kim­yə­vi nə­zə­riy­yə­si­ni iş­lə­yib ha­­zır­­la­mış­dır. Pa­ter­son funk­si­ya­sı­nın araş­dı­rıl­ma­sı üçün “üç­lü pik” teo­re­mi­ni ver­miş, 50-dən çox üz­vi li­qand­lı komp­leks bir­lə­ş­mə­lə­rin kris­tal qu­ru­lu­şu­nu öy­rən­miş­dir.

X.Məm­mə­dov gör­kəm­li fi­zik və kris­tal­loq­raf Con Ber­nal­la III Bey­­nəl­xalq se­­ment si­li­kat­la­rı­nın qu­ru­lu­şu­na həsr olun­muş sim­po­zi­um­da ta­nış ol­muş, 1966-cı il­də Lon­don­da onun la­bo­ra­to­ri­ya­sın­da bir il müd­də­tin­də təd­qi­qat­lar apar­mış və si­li­kat bir­ləş­mə­lə­rin­dən bir ço­xu­nun qu­ru­lu­şu­nu mü­­əy­­yən­ləş­dir­miş­dir.

El­mi nə­ti­cə­lə­rin təb­li­ği sa­hə­sin­də onun xid­mət­lə­ri bö­yük­dür. O, Azər­­bay­­can­­da kris­tal­loq­ra­fi­ya və kris­tal­lo­kim­ya mək­tə­bi­nin ya­ra­dı­cı­sı ol­muş­dur.

X.Məm­mə­dov Azər­bay­can Te­le­vi­zi­ya­sın­da ya­yım­la­nan “Elm və hə­­yat” ve­ri­­li­şi­nin uzun müd­dət apa­rı­cı­sı ol­muş­dur.

X.Məm­mə­dov 340-dan ar­tıq el­mi əsə­rin, o cüm­lə­dən 3 mo­noq­ra­fi­ya­­nın mü­əl­li­fi­dir. Onun rəh­bər­li­yilə çox­say­lı fəl­sə­fə dok­to­ru və elm­lər dok­tor­la­rı ha­­zır­lan­mış­dır.

X.Məm­mə­do­vun el­mi-təş­ki­la­ti fəa­liy­yə­ti hö­ku­mət tə­rə­fin­dən yük­sək qiy­­mət­­lən­di­ri­lmişdir. O, “Şə­rəf ni­şa­nı” (1967), “Qır­mı­zı əmək bay­ra­ğı” (1986) or­den­lə­ri, Azər­bay­can SSR Ali So­ve­ti­nin Fəx­ri fər­ma­nı və bir sı­ra me­dal­lar­la təl­tif olun­muş­dur.

AMEA-nın müx­bir üz­vü Xu­du Məm­mə­dov 1988-ci il­də Ba­kı­ şəhə­rində və­fat et­miş­dir.