GÖRKƏMLİ ALİMLƏR

Qızıl əlləri ilə mü­rək­kəb cər­ra­hi əmə­liy­­yat­la­rı ic­ra edən onkoloq alim

Qızıl əlləri ilə mü­rək­kəb cər­ra­hi əmə­liy­­yat­la­rı ic­ra edən onkoloq alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Əmi­ras­la­nov Əh­li­man Tap­dıq oğ­lu

Əmi­ras­la­nov Əh­li­man Tap­dıq oğ­lu 17 no­yabr 1947-ci il­də Qər­bi Azər­bay­ca­nın Göy­çə ma­ha­lı­nın Zod kən­din­də ana­dan ol­muş­dur.

1971-ci il­də Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nun Müa­li­cə-pro­fi­lak­ti­ka fa­kül­tə­si­ni fərq­­lən­mə dip­lo­mu ilə bi­tir­miş­dir. 1971-1974-cü il­lər­də Ba­kı şə­hər Kli­ni­ki on­ko­lo­gi­ya xəs­tə­xa­na­sın­da cər­ra­hiy­yə şö­bə­si­nin mü­di­ri və­zi­fə­sin­də iş­­lə­­­miş­­dir. O, 1974-cü il­­də SSRİ Tibb EA-nın Ümu­­mit­­ti­­faq On­­ko­­lo­­ji El­­mi Mər­­kə­­­zin­­də as­­pi­­ran­­tu­­ra­­ya da­­xil ol­­muş­dur. Ə.Əmiraslanov 1977-ci il­də as­pi­ran­tu­ra­da təh­sil müd­də­ti ba­şa çat­ma­mış Mosk­va­da “Bəd­xas­sə­li şiş­lər­lə əla­qə­dar aşa­ğı ət­raf­la­rın am­pu­ta­si­ya­sın­dan son­ra xəs­­tə­­lə­­rin re­a­­bi­­li­­ta­­si­­ya­­sı” möv­­zu­­sun­­da tibb elm­­lə­­ri üz­­rə na­­­mi­­­zəd­­­lik, 1984-cü il­­də Mosk­­va­­da “Os­­te­o­­gen sar­­ko­­ma­­lı xəs­­tə­­lə­­rin komp­­leks mü­a­­li­­cə üsul­­la­­rı” möv­­zu­­sun­­da tibb elm­­lə­­ri üz­­rə dok­­­tor­­­luq dis­­­ser­­­ta­­­si­­­ya­­­la­­­rı­­nı mü­­­da­­­fiə et­­­miş, bu­­­ra­­­da pro­­­fes­­­sor və­­­zi­­­fə­­­si­­­nə qə­­­dər yük­­səl­­miş­­dir.

1992-ci il­­­də öl­­kə­­mi­­zə də­­­vət olu­­­na­­­raq, Azər­­­bay­­­can Tibb Uni­­­ver­­­si­­­te­­­ti­­­nin (ATU) rek­­to­­ru (1992-2015) tə­­yin olun­­muş­dur, 2007-ci il­­dən On­­ko­­lo­­ji Kli­­ni­­ka­­nın di­­rek­­to­­ru­­dur. Ə.Əmi­­ras­­la­­nov Ru­­si­­ya Tə­­bi­­ət EA-nın, Pol­­şa Tibb EA-nın və Ru­­si­­ya EA-nın xa­­ri­­ci, AMEA-nın hə­­qi­­qi üz­­vü se­­çil­­­miş­­dir. AMEA Rə­­ya­­sət He­­yə­­ti­­nin üz­­vü, Bi­o­­lo­­gi­­ya və Tibb Elm­­lə­­ri Böl­­mə­­si­­nin aka­­de­­mik-ka­­ti­­bi ol­­muş­­dur.

Ə.Əmi­ras­la­no­vun rek­tor ol­du­ğu dövr­də ATU-da mad­di-tex­ni­ki ba­za möh­­kəm­lən­di­ril­miş, bu­ra­da müa­sir stan­dart­la­ra ca­vab ve­rən 4 kli­ni­ka fəa­liy­yə­tə baş­la­mış­dır. Onun da­yaq-hərə­kət apa­ra­tı or­qan­la­rı­nın bəd­xas­sə­li şiş­lə­ri­nin müa­li­cə­si me­tod­la­rı­nın iş­lə­nib ha­zır­lan­ma­sı və kli­nik prak­ti­ka­ya tət­bi­qi sa­hə­sin­də əl­də et­di­yi na­il­iy­yət­lər dün­ya sə­viy­yə­sin­də yük­sək qiy­mət­lən­­di­ril­miş­dir. Də­fə­lər­lə nü­fuz­lu xa­ri­ci el­mi mər­kəz­lə­rin də­və­ti­lə on­ko­lo­ji kli­ni­­ka­lar­da el­mi mü­ha­zi­rə­lər oxu­muş, bir sı­ra mü­rək­kəb cər­ra­hi əmə­liy­­yat­la­rı ic­ra et­miş­dir.

Ə.Əmi­­ras­­la­­nov 510-dan çox el­mi əsə­rin, o cüm­lə­dən 13 mo­noq­ra­fi­ya, 9 ix­ti­ra və sə­mə­rə­ləş­di­ri­ci tək­lif, 30 dərs­lik, dərs və­sai­ti və me­to­dik ədə­biy­ya­tın mü­əl­li­fi­dir. Onun el­­mi rəh­­bər­­li­­yi və məs­­lə­­hət­­çi­­li­­yi ilə 12 elm­lər, 45 fəl­sə­fə dok­tor­lu­ğu dis­ser­ta­si­ya­sı mü­da­fiə edil­miş­dir. Tə­lə­bə­lə­ri­nin bir qis­mi Azər­bay­can­da, di­gər­lə­ri ABŞ, Ru­si­ya Fe­de­ra­si­ya­sı, Çe­xi­ya, Be­la­rus, Ma­ca­rıs­tan, Türk­mə­nis­tan, Uk­ray­na, Ta­ci­kis­tan, Mol­do­va və s. öl­kə­lər­də fəa­liy­yət gös­tə­rir.

Alim Ümum­dün­ya On­ko­loq­lar və Or­to­ped-Trav­ma­to­loq­lar As­so­sia­si­ya­­sı­nın, Ümum­dün­ya Tibb Aka­de­mi­ya­sı­nın, Av­ro­pa Bər­pa Cər­rah­lı­ğı As­so­si­a­­si­ya­sı­nın, Av­ro­pa Da­yaq-hə­rə­kət Apa­ra­tı On­ko­loq­la­rı cə­miy­yə­ti­nin, Ame­ri­ka Kli­ni­ki On­ko­lo­gi­ya cə­miy­yə­ti­nin üz­vü­dür.

O, Azər­bay­can SSR Ali So­ve­ti­nin XII ça­ğı­rış, Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin IV, V, VI, VII ça­ğı­rış de­pu­ta­tı seçilmişdir. 2015-ci ildən Mil­li Məc­li­sin Sə­hiy­yə Ko­mi­tə­si­nin səd­ridir.

Alim Türk­dil­li Öl­kə­lə­rin Par­la­ment As­samb­le­ya­sı­nın (TÜRK­PA) Ət­raf Mü­hit və Tə­bii Eh­ti­yat­lar Ko­mis­si­ya­sı­nın səd­ri, Azərbaycan Respublikasının Pre­zi­den­ti ya­nın­da El­min İn­ki­şa­fı Fon­du­nun Hi­ma­yə­dar­lar Şu­ra­sı­nın, Azərbaycan Respublikasının Döv­lət Mü­ka­fat­la­rı­nın Ve­ril­­mə­si üz­rə Ko­mis­si­ya­nın, Azərbaycan Respublikası El­mi Təd­qi­qat­la­rın Əla­qə­lən­di­rilmə­si Şu­ra­sı­­nın, Res­pub­li­ka “Bi­lik” Fon­du­nun Hi­ma­yə­dar­lar Şu­ra­sı­nın üz­vü­dür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Ə.Əmi­ras­la­nov SSRİ Tibb EA-nın “Aka­de­mik N.N.Pet­rov” adı­na mü­ka­fa­­tı­na, SSRİ Döv­lət mü­ka­fa­tı­na, “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na, Pol­­şa Tibb EA-nın “Al­bert Şveyt­zer” mü­ka­fa­tı­na və “Bö­yük qı­zıl me­da­l”ına, Ru­si­ya Tibb EA-nın “Aka­de­mik N.N.Blo­xin” adı­na Qı­zıl me­da­lı­na, Da­ğıs­tan Res­pub­li­ka­­sı­­nın “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na, Azər­bay­can Res­pub­­li­ka­sı­nın “Şöh­rət” (2000), “Şə­rəf” (2017) və 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2022) or­den­lə­ri­nə, “Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lına (2024), bir sı­ra digər fəx­ri fər­man və me­dal­la­ra la­yiq gö­rül­müş­dür.