GÖRKƏMLİ ALİMLƏR

Azər­bay­can­da İKT-nin in­ki­şa­fı­nda mü­hüm rol oynamış alim

Azər­bay­can­da İKT-nin in­ki­şa­fı­nda mü­hüm rol oynamış alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Əli­yev Tel­man Ab­bas oğ­lu 2 ma­­y 1935-ci il­də Go­ran­boy ra­yo­nun­da ana­dan ol­muş­dur. Azər­bay­can Sə­na­ye İns­ti­tu­tu­nu bi­tir­­miş­­dir (1958).

O, 1966-cı ildə “Neft emalının tipik proseslərinin korrelyasion analizi” mövzusunda na­mi­zə­dlik, 1977-ci ildə “Real zaman miqyasında çoxölçülü təsadüfi proseslərin korrelyasiya analizi və kodlaşdırılması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə pro­­fes­sor el­mi adını almış, 1983-cü il­də AEA-nın müx­bir üz­vü, 2001-ci il­də AMEA-nın hə­qi­qi üz­vü se­çil­miş­dir.

AEA-nın He­sab­la­ma mər­kə­zin­də tex­­nik, mü­hən­dis, bö­yük mü­hən­dis (1958-1962), 1965-1982-ci il­lər­də AEA-nın Ki­ber­ne­ti­ka İns­ti­tu­­tun­­da baş mü­hən­dis, el­mi iş­çi, şö­bə və la­bo­ra­to­ri­ya rəh­bə­ri, el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni (1982-1984) di­­rek­­tor (1988-2014) və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. Azər­bay­can İn­şa­at Mü­hən­dis­lə­ri İns­ti­tu­tu­nun ka­fed­ra mü­di­ri ol­muş­dur. 1997-2001-ci il­lər­də AMEA-nın Fi­zi­ka-Ri­ya­ziy­yat və Tex­ni­ka Elm­lə­ri Böl­mə­si­nin aka­de­mik-ka­ti­bi olmuşdur. 2014-cü il­dən 2020-ci ilə kimi AMEA-nın İda­rə­et­mə Sis­tem­lə­ri İns­ti­tu­tu­nun di­rek­to­ru vəzifəsində işləmişdir. 2020-ci ildən AMEA-nın müşaviri vəzifəsində çalışır.

T.Əli­yev res­pub­li­ka­mız­da 1958-1960-cı il­lər­də baş­qa res­pub­li­ka­lar­dan xey­li əv­vəl “Elekt­ron he­sab­la­yı­cı ma­şın­lar” la­bo­ra­to­ri­ya­sı­nın ya­ran­ma­sı­nın əsas təş­­ki­lat­çı­sı və 1976-cı ilə­dək rəh­bə­ri ki­mi Azər­bay­can­da in­for­ma­ti­ka­nın sü­­rət­­lə in­ki­şa­fı­na mü­hüm tə­sir gös­tər­miş­dir. Onun tə­rə­fin­dən siq­nal­la­rın ro­bast ana­­­li­zi tex­no­lo­gi­ya­la­rı və nə­zə­riy­yə­si, sto­xas­tik pro­ses­lər üçün iden­­ti­fi­­ka­­si­­ya­­nın, ta­nın­­ma­nın və di­aq­nos­ti­ka­nın adek­vat­lı­ğı­nı tə­min et­mə­yə im­­kan ve­rən nə­zə­­­riy­­yə və tex­no­lo­gi­ya­lar, siq­nal­la­rın küy­lə­ri­nin fay­da­lı in­for­­ma­si­ya da­şı­­yı­­cı­­la­rı ki­mi ana­li­zi tex­no­lo­gi­ya­sı və nə­zə­riy­yə­si, döv­ri küy­lü siq­nal­la­rın möv­­qe­­li-bi­nar ana­li­zi tex­no­lo­gi­ya­sı və nə­zə­riy­yə­si ya­ra­dıl­mış, tex­ni­ki ob­yekt­­lər­də “qə­­za­la­rın giz­li döv­rü­nü mo­ni­to­rinq et­mə­yə im­kan ve­rən noi­se tex­no­lo­­gi­­ya­­la­­rı­­nın və sis­­tem­lə­ri­”nin ya­ra­dıl­ma­sı­nın nə­zə­ri əsas­la­rı tək­­lif edil­miş­dir. Bu nə­­zə­­riy­yə Nyu-York­da “Klu­wer” və Lon­don­da “Sprin­ger” nəş­riy­yat­la­rı tə­­rə­­fin­dən çap edil­­miş mo­noq­ra­fi­ya­lar­da öz ək­si­ni tap­mış, Qərb öl­kə­lə­ri uni­ver­si­tet­lə­­ri­nə dərs­­lik ki­mi töv­si­yə edil­miş­dir. Rəh­bər­li­yi və bi­la­­va­si­tə iş­ti­ra­kı ilə ya­­ra­­dıl­­mış sis­tem H.Əli­yev adı­na Nef­ta­yır­ma za­vo­dun­da, Şir­­van OİL şir­kə­tin­də, Ba­la­­xa­­nı neft-qaz­­çı­­xar­­ma ida­rə­sin­də tət­biq edil­miş­dir. 2013-cü il­də Bi­bi­hey­bət neft­­qaz­çı­xar­ma ida­rə­si­nin 35 ob­yek­tin­də də­rin­lik neft­­çı­xar­ma ava­­dan­­lıq­­la­­rı­­nın mə­sa­fə­dən di­aq­nos­ti­ka­sı­nı və ida­rə edil­mə­si­ni tə­min edən, ren­ta­bel­li­yi 2 də­­fə­yə qə­dər ar­­tır­ma­ğa im­kan ve­rən ye­ni nə­sil “ro­­bast noi­se mo­ni­to­rinq sis­­te­­mi”nin eks­pe­ri­­men­tal va­ri­an­tı tət­biq edil­miş­dir.

T.Əli­yev 685 el­mi əsə­rin, o cüm­lə­dən 33 mo­noq­ra­fi­ya­nın və 121 pa­­ten­tin mü­əl­­li­fi­dir. Onun rəhbərliyi ilə 12 elm­lər və 37 fəl­sə­fə dok­to­ru ha­zır­la­nmış­dır. Ru­si­ya və Uk­ray­­na­­da dərc olu­nan bey­nəl­xalq sə­viy­yə­li nü­fuz­lu el­mi jur­nal­la­rın re­dak­si­ya he­­yə­­ti­­nin üz­vü­dür.

Alim “M.Kel­dış” adı­na me­dal­la (1991), “Şöh­rət” or­de­ni (2004) və “Azad Mir­zə­can­za­də” adı­na gü­müş me­dalla təl­tif olun­­muş, 2009-cu il­də “Əmək­dar elm xa­di­mi” fəx­ri adı­na la­yiq gö­rül­müş­dür. AMEA-nın “Nəs­rəd­din Tu­si” adı­na mü­ka­fa­tı lau­rea­tı­dır (2015), 1993-1994-cü il­lər­də Bey­nəl­xalq Kemb­ric Tər­cü­­me­yi-hal Mər­kə­zi onun adı­nı “Mü­vəf­fə­qiy­yət­li in­san” ki­ta­bı­na da­xil et­miş, 1997-ci il­də “Qı­zıl ul­duz” me­da­lı ilə, 2024-cü ildə “Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı ilə, Azər­bay­can­da el­min və təh­si­lin in­ki­şa­fı­na ver­di­yi töh­fə­lə­rə, gənc alim­lə­rin ye­tiş­di­ril­mə­sin­də, on­la­ra mil­li-mə­nə­vi də­yər­lə­rin aşı­lan­ma­sın­da xid­mət­lə­ri­nə gö­rə və “Elm gü­nü” mü­na­si­bə­ti­lə “Fəx­ri ağ­saq­qal” döş ni­şa­nı ilə (2024), Azər­bay­can­da in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı və süni intellektin elmi-nəzəri əsaslarının inkişafında müstəsna xidmətinə görə Beynəlxalq Ekoenergetika Akademiyasının “Qızıl medal”ı ilə (2024) təl­tif edil­miş­dir.