GÖRKƏMLİ ALİMLƏR

Azərbaycan kimya elmini dünyaya tanıdan alim

Azərbaycan kimya elmini dünyaya tanıdan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ta­­ğı­­yev Dil­­qəm Bə­­bir oğ­­lu

Ta­­ğı­­yev Dil­­qəm Bə­­bir oğ­­lu 6 yan­­var 1950-ci il­­də Kəl­­bə­­cər ra­­yo­­nun­­da ana­­dan ol­­muş­­dur.

Azər­­bay­­can Döv­­lət Uni­­ver­­si­­te­­ti­­nin Kim­­ya fa­­kül­­tə­­si­­ni fərq­­lən­­mə dip­­lo­­mu ilə bi­­tir­­miş (1971) və SSRİ  EA-nın Üz­­vi Kim­­ya İns­­ti­­tu­­tu­­nun as­­pi­­ran­­tı ol­­muş­­dur (1971-1974). Mosk­­va­­da 1975-ci il­də “Ole­fin­lə­rin seo­lit ka­ta­li­za­tor­la­rı üzə­rin­də çev­ril­mə­lə­ri” möv­zu­sun­da na­mi­zəd­lik, 1984-cü il­də “Kar­bo­hid­ro­gen­lə­rin ok­sid­ləş­di­ri­ci de­hid­ro­gen­ləş­mə və pi­ro­liz re­ak­si­ya­la­rı üçün seo­lit və si­li­ka­gel əsas­lı ka­ta­li­tik sis­tem­lər” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 1990-cı il­də pro­­fes­­sor  el­­mi adı­­nı al­­mış­­dır. 2007-ci il­­də AMEA-nın müx­­bir üz­­vü, 2014-cü il­­də hə­­qi­­qi üz­­vü  se­­çil­­miş­­dir.

D.Ta­­ğı­­yev Qey­­ri-üz­­vi və Fi­­zi­­ki Kim­­ya İns­­ti­­tu­­tun­­da mü­­hən­­dis, ki­­çik və bö­­yük el­­mi iş­­çi, la­­bo­­ra­­to­­ri­­ya mü­­di­­ri, el­­mi iş­­lər üz­­rə di­­rek­­tor mü­a­­vi­­ni (1986-1991) və­­zi­­fə­­lə­­rin­­də iş­­lə­­miş, 1994-2020-ci il­lər­də Azər­­bay­­can Tibb Uni­­ver­­si­­te­­ti­­nin Bi­o­­fi­­zi­­ki və bi­­o­­üz­­vi kim­­ya ka­­fed­­ra­­sı­­nın mü­­di­­ri ol­muş, 1999-2012-ci il­­lər­­də Neft-Kim­­ya Pro­­ses­­lə­­ri İns­­ti­­tu­­tun­­da la­­bo­­ra­­to­­ri­­ya­­ya rəh­­bər­­lik et­­miş­­dir. 2013-2018-ci il­­lər­­də AMEA-nın Kim­­ya Elm­­lə­­ri Böl­­mə­­si­­nin aka­­de­­mik-ka­­ti­­bi ol­­muş, 2014-cü il­­dən Ka­­ta­­liz və Qey­­ri-üz­­vi Kim­­ya İns­­ti­­tu­­tu­­nun di­­rek­­to­­ru, 2021-ci ildən baş direktorudur. 2017-ci il­­də  AMEA-nın vit­­se-pre­­zi­­den­­ti se­­çil­­miş­­dir. 2019-cu il­­dən AMEA-nın Kim­­ya Elm­­lə­­ri Böl­­mə­­si­­nin səd­­ri­­dir.

O, ilk də­­fə ola­­raq tər­­ki­­bin­­də ke­­çid ele­­ment­­lə­­ri ol­­ma­­yan se­o­­lit­­lə­­rin hid­­ro­­gen­­ləş­­mə, hid­­ro­i­­zo­­mer­­ləş­­mə və ok­­si­­de­­hid­­ro­­gen­­ləş­­mə re­­ak­­si­­ya­­la­­rın­­da yük­­sək ak­­tiv­­li­­yi­­ni mü­­əy­­yən et­­miş, se­o­­lit­­lər üzə­­rin­­də al­­kil­­naf­­ten­­lə­­rin əv­­vəl­­lər mə­­lum ol­­ma­­yan ye­­ni çev­­ril­­mə­­lə­­ri­­ni aş­­ka­­ra çı­­xa­­ra­­raq on­­la­­ra ok­­si­­de­­hid­­ro­­disp­­ro­­por­­si­o­­nal­­laş­­ma və ok­­si­­de­­hid­­ro­i­­zo­­mer­­ləş­­mə re­­ak­­si­­ya­­la­­rı adı ver­­miş­­dir. Mik­­ro­­mə­­sa­­mə­­li ka­­ta­­li­­za­­tor­­lar­­da dif­­fu­­zi­­ya əm­­sa­­lı­­nın he­­sab­­lan­­ma­­sı üçün eksp­­res me­­tod tək­­lif et­­miş­­dir. Aro­­ma­­tik kar­­bo­­hid­­ro­­gen­­lə­­rin pa­­ra­­fin­­lər­­lə al­­kil­­ləş­­di­­ril­­mə­­si və pa­­ra­­fin­­lə­­rin aşa­­ğı tem­­pe­­ra­­tur­­da izo­­mer­­ləş­­mə­­si üçün tər­­ki­­bin­­də qiy­­mət­­li me­­tal­lar ol­­ma­­yan ye­­ni ka­­ta­­li­­tik sis­­tem­­lər, me­­tal­­komp­­leks ka­­ta­­li­­za­­tor­­la­­rın he­­te­­ro­­gen­­ləş­­di­­ril­­mə­­si üçün ye­­ni üsul iş­­lə­­yib ha­­zır­­la­­mış­­dır. Ni­­kel ti­o­­pi­­ra­­zo­­lal­­di­­mi­­nat komp­­leks­­lə­­ri­­nin ka­­ta­­li­­tik ak­­tiv­­li­­yi ilə ste­­re­o­­kim­­yə­­vi “sərt­­li­­yi” ara­­sın­­da əla­­qə­­nin möv­­cud­­lu­­ğu­­nu ilk də­­fə aş­­kar et­­miş­­dir. Müx­­tə­­lif dər­­man mad­­də­­lə­­ri­­nin tə­­sir müd­­də­­ti­­ni ar­­tır­­maq və tok­­si­­ki tə­­si­­ri­­ni azalt­­maq məq­­sə­­di­­lə on­­la­­rın im­­mo­­bi­­li­­za­­si­­ya­­sı üçün po­­li­­mer da­­şı­­yı­­cı­­lar sin­­tez və təd­qiq et­­miş­­dir.

D.Ta­­ğı­­yev 930-dan çox el­­mi əsə­­rin (on­lar­dan 580-ni xa­ri­ci öl­kə­lər­də, 370-i Sco­pus və Web of Sci­en­ce ba­za­la­rın­da in­deks­lə­şən jur­nal­lar­da çap edil­miş­dir), o cüm­­lə­­dən 75 mü­­əl­­lif­­lik şə­­ha­­dət­­na­­mə­­si və pa­ten­­tin, 36 mo­­no­q­­ra­­fi­­ya, ki­­tab və dərs­­li­­yin, 16 təd­­ris-me­­to­­dik və­­sa­i­­tin mü­­əl­­li­­fi və 2 ki­tab top­lu­­su­nun baş re­dak­to­ru­dur. Həm­mü­əl­li­fi ol­du­ğu “Механика и реоло­гия нефтяных дисперсных систем” (Москва, 2017), “Trans­port phe­no­me­na in dis­per­sed me­dia” (Lon­don - New York, 2019) və “Реология НеНьютоновских нефтей” (Москва, 2022) mo­noq­ra­fi­ya­la­rı nü­fuz­lu bey­nəl­xalq nəş­riy­yat­lar­da çap edil­miş­dir. Xa­­ri­­ci öl­­kə­­lər­­də ke­­çi­­ri­­lən bir çox bey­­nəl­­xalq konq­­res, konf­­rans və sim­­po­­zi­­um­­lar­­da iş­­ti­­rak  et­­miş­­dir.  Av­ro­pa Bir­li­yi­nin “Ho­ri­zon 2020” qrant mü­sa­bi­qə­si­nin “Elm və in­no­va­si­ya” no­mi­na­si­ya­sı üz­rə qa­lib­lə­rin­dən ol­muş­dur. Onun rəh­­bər­­li­­yi ilə 6 elm­­lər dok­­to­­ru və 17 fəl­­sə­­fə dok­­to­­ru ha­­zır­­lan­­mış­­dır.

D.Ta­­ğı­­yev keç­­miş SSRİ Elmlər Akademiyasının Ka­­ta­­liz üz­­rə El­mi şu­­ra­­sı­­nın üz­­vü ol­­muş­­dur.  Ha­­zır­da Honq Konq Bey­­nəl­­xalq Elm və Hu­ma­ni­tar Aka­de­mi­ya­nın (Co­re Aca­demy) hə­qi­qi üz­vü (2023), Nyu-York Akademiyasının həqiqi üzvü (1994), Bey­nəl­xalq Seo­lit As­so­sia­si­ya­sı­nın (2001), Ame­ri­ka Kim­ya Cə­miy­yə­ti­nin (2003), Ru­si­ya Tə­bi­ət­şünas­lıq Aka­de­mi­ya­sı­nın (2013), Bey­nəl­xalq Qa­baq­cıl Ma­te­ri­al­lar As­so­sia­si­ya­sı­nın (2018) üz­vü­dür. Sco­pus ba­za­sın­da in­deks­lə­şən “Azer­­ba­i­­jan Che­­mi­­cal Jo­­ur­­nal” jur­­na­­lı­­nın baş re­­dak­­to­­ru, bir ne­­çə el­­mi jur­­nal­­la­­rın re­­dak­­si­­ya he­­yə­­ti­­nin üz­­vü­dür.

O, kim­­ya və kim­­ya tex­­no­­lo­­gi­­ya­­sı sa­­hə­­sin­­də SSRİ “Le­­nin Kom­­so­­mo­­lu” mü­­ka­­fa­­tı la­u­­re­a­­tı adı­­na la­­yiq gö­­rül­­müş ye­­ga­­nə azər­­bay­­can­­lı alim ol­­muş (1993), Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın “Əmək­­dar mü­­əl­­li­­m”i adı­­na la­­yiq gö­­rül­­müş, “Əmək­də fərq­­lən­­di­­yi­­nə gö­­rə”, “Tə­­rəq­­qi”, “Azər­­bay­­can Xalq Cüm­­hu­ri­y­yə­­ti­nin 100 il­li­yi” medalları, “Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı (2024) və “Şöh­­rət” or­­de­­ni ilə təl­­tif edil­­miş­­dir.