GÖRKƏMLİ ALİMLƏR

Xəzər dənizində submarin palçıq vulkanlarının və qaz-hidratlarının aşkarlanması və öyrənilməsini həyata keçirən alim

Xəzər dənizində submarin palçıq vulkanlarının və qaz-hidratlarının aşkarlanması və öyrənilməsini həyata keçirən alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Qu­­li­­yev İb­­ra­­him Sə­­id oğ­­lu

Qu­­li­­yev İb­­ra­­him Sə­­id oğ­­lu 23 may 1947-ci il­də Qır­­ğı­­zıs­­tan Res­­pub­­li­­ka­­sın­­da ana­­dan ol­­muş­­dur. Azər­­bay­­can Neft və Kim­­ya İns­­ti­­tu­­tu­­nun Ge­o­­lo­­ji kəş­­fiy­­yat fa­­kül­­tə­­si­­ni bi­­tir­­miş­­dir (1970).

O, 1978-ci il­­də “Azər­bay­ca­nın tə­bii qaz­la­rı­nın zo­na­lar üz­rə pay­lan­ma­sı və neft-qa­zın qaz-kim­yə­vi üsul­lar­la ax­ta­rı­şı” möv­zu­sun­da na­mi­zəd­lik, 1989-cu il­­də “Alp dağ­la­ra­ra­sı çö­kək­lik­lə­rin qaz re­ji­mi” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 1999-cu il­­də pro­­fes­­­sor el­­mi  adı­­nı al­­mış, 2001-ci il­­də AMEA-nın müx­­bir üz­­vü, 2007-ci il­­də AMEA-nın hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.

İ.Qu­­li­­yev əmək fə­a­­liy­­yə­­ti­­nə 1970-ci il­­də Azər­­bay­­can Elm­­lər Aka­­de­­mi­­ya­­sın­da baş­­la­­mış, Ge­­o­­­lo­­­­gi­­ya İns­­ti­­tu­­tun­­da bö­­yük la­­­bo­­­­rant, mü­­hən­­dis, ki­­çik el­­mi iş­­çi, bö­­yük el­­mi iş­­çi ol­muş, hə­min ins­­ti­­tu­­tun­ el­­mi iş­­lər üz­­rə di­­rek­­tor mü­a­­vi­­ni, Neft və Qaz İns­­ti­­tu­­tu­­nun di­­rek­­to­­ru, AMEA-nın bi­rin­ci vit­­se-pre­­zi­­den­­ti və­­zi­­fə­­lə­­rin­­də ça­lış­mış­dır. Ha­­zır­­da AMEA-nın vit­­se-pre­­zi­­den­­ti və Yer Elm­lə­ri Böl­mə­si­nin rəh­bə­ri­dir.

İ.Qu­li­yev Ame­­ri­­ka Neft­­çi Ge­o­­loq­­lar As­­so­­si­a­­si­­ya­­sı­­nın Azər­­bay­­can böl­­mə­­si­­nin, Bey­­nəl­­xalq Ge­o­­de­­zi­­ya və Ge­o­­fi­­zi­­ka İt­­ti­­fa­­qı­­nın Azər­bay­can Mil­­li Ko­­mi­­tə­­si­­nin pre­­zi­­­den­­ti, Azər­­bay­­can Ge­o­­loq­­la­­rı­ Mil­­li Ko­­mi­­tə­­si­­nin İda­rə he­yə­ti­nin üz­vü, Ru­­si­­ya Tə­­bi­­ət Elm­­lə­­ri Aka­­de­­mi­­­ya­­sı­­nın xa­­ri­­ci üz­­vü­dür. O, İ.Qub­kin adına Ru­si­ya Döv­lət Neft Qaz Uni­ver­si­te­ti­nin Neft və qaz ka­­fed­­ra­­sın­­da, Azər­­bay­­can Neft Aka­­de­­­mi­­ya­­sı­­nın ge­o­­lo­­ji-kəş­­fiy­­yat fa­­kül­­tə­­sin­­də pe­­da­­qo­­ji fə­a­­liy­­yət­­lə məş­­ğul ol­­muş­­­dur.

İ.Qu­­li­­yev tə­­bii qaz­­la­­rın ge­o­­lo­­gi­­ya­­sı və ge­o­­kim­­ya­­sı, neft-qaz ya­­taq­­la­­rı­­nın ge­o­­lo­­­gi­­­ya­­sı və pal­­çıq vul­­ka­­niz­­mi sa­­hə­­lə­­rin­­də ta­­nın­­mış alim­­dir. Onun rəh­­bər­­li­­yi və iş­­ti­­­ra­­kı ilə yer qat­la­rı zo­­na­­la­­rı­­nın qaz re­­ji­­mi­­nin öy­­rə­­nil­­mə­­si üçün ori­­ji­­nal təd­­qi­­qat­­lar apa­­­rıl­­­mış, tə­bii qa­z­la­rın çıx­­ma həc­­mi  və at­­mos­­fe­­rin aşa­­­ğı qat­­la­­rın­­da pay­­lan­­ma­­sı öy­­rə­­nil­­miş­­dir. O, dün­­ya­­da ilk də­­fə Azər­­­bay­­ca­nın pal­­çıq vul­­kan­­la­­rın­­dan qa­­zın çıx­­ma­­sı­­nın mo­­ni­­to­­rin­­qi­­nin el­­mi-tex­­no­­­lo­­ji prin­­sip­­lə­­ri­­ni ha­zır­la­mış və tə­bii qaz­­la­­rı­n  tər­ki­bin­də kos­­mik və ge­o­­lo­­ji amil­­­lər­­dən ası­­lı ola­raq döv­­ri də­­yiş­­mə­­lə­­rin baş ver­di­yi­ni sü­but et­­miş­­dir. İ.Qu­li­ye­vin bu el­­mi təd­­qi­­qat­­la­rı “İs­ti­xa­na ef­­fek­ti” me­­xa­­niz­m­lə­ri­­nin öy­­rə­­nil­­mə­­sin­­də mü­hüm rol oy­­na­­mış­dır.

Alim həm­­­kar­­­la­­­rı ilə bir­­lik­­də pal­­çıq vul­­kan­­la­­rı­­nın püs­­kür­­mə məh­­sul­­la­­rı­­nın izo­­top-ge­o­­kim­­yə­­vi tər­­­ki­­bi­­nin öy­­rə­­nil­­mə­­si üçün ilk təd­­qi­­qat­­la­rı apar­­mış, pal­­çıq vul­­­ka­­niz­­mi­­nin ən güc­­lü pa­­rok­­sizm­­lə­ri­nin mü­­fəs­­səl şərh edi­l­di­yi ka­­ta­­lo­­qu­ tər­­tib et­­miş­­dir. Bu təd­­qi­­qat­­lar əsa­sın­da çö­­kün­­tü sü­­xur­­la­­rı­­nın spon­­tan ak­tiv­ləş­mə­si və sıx­­lı­ğı­nın azal­­ma­­sı­ hal­la­rı da da­xil ol­maq­la pal­­çıq vul­­ka­n­la­rı­­nın ori­­ji­­nal fi­­zi­­ki-kim­­yə­­­vi mo­­de­­li­ ya­ra­dıl­mış, seys­­mik mə­­lu­­mat­­lar əsa­­­sın­­­da Cə­­nu­­bi Xə­­zər höv­­zə­­sin­­də bö­­yük də­­rin­­lik­lər­­də sü­xur­la­rın sıx­­lı­ğı­nın azal­­ma zo­­na­­sı­­nın ol­­du­­­ğu­­ aş­kar edil­miş­dir.

Xə­­zər də­­ni­­zin­­də sub­­də­­niz pal­­çıq vul­­kan­­la­­rı­­nın, ha­be­lə qaz-hid­­rat­­­la­­­rı­­n - aşa­ğı tem­pe­ra­tur və yük­sək təz­yiq şə­rai­tin­də for­ma­la­şan me­tan qa­zı və su tər­kib­li kristal­lik bir­ləş­mə­lə­rin ta­­pıl­­ma­­sı, on­la­rın ge­o­­lo­­ji-ge­o­­kim­­yə­­vi öy­­rə­­nil­­mə­­si­­nin dün­­ya pri­o­­ri­­te­­ti İ.Qu­­li­­ye­­və və onun həm­­kar­­la­­rı­­na məx­­sus­­dur.

İ.Qu­­li­­ye­­vin önəm­­li tət­bi­qi əhə­­miy­­yə­t­li təd­­­qi­­qat is­ti­qa­mət­lə­rin­dən bi­­ri də Cə­­nu­­bi Xə­­zər höv­­zə­­si tim­­sa­­lın­­da sü­­rət­­lə çö­­kən höv­­zə­­lə­­rin kar­­bo­­hid­­ro­­gen sis­­tem­­lə­­ri­­nin öy­­rə­­nil­­mə­­si­­dir.

İ.Qu­­li­­yev 200-dən çox el­­mi əsə­­rin, o cüm­­lə­­dən 15 mo­­noq­­ra­­fi­­ya­nın (sək­ki­zi xa­ri­ci öl­kə­lər­də), elə­­cə də 50 pub­­­li­­sis­­tik mə­qa­lə­nin mü­­əl­­li­­fi­­dir. Əsər­­lə­­ri­­nin 111-i xa­­ric­­də, yük­sək im­pakt fak­tor­lu el­mi jur­nal­lar­da çap olun­­muş­­dur.

Onun rəh­­­bər­­li­­yi ilə 4 elm­­lər dok­­to­­ru və 15 fəl­­sə­­fə dok­­to­­ru mü­da­fiə et­miş­dir. İ.Qu­li­ye­vin ye­tir­mə­lə­ri Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən yer­li və xa­ri­ci ener­ji şir­kət­lə­rin­də, el­mi mü­əs­si­sə­lər­də və uni­ver­si­tet­lər­də apa­rı­cı və­zi­fə­lər­də ça­lı­şır, el­mi-pe­da­qo­ji fəa­liy­yət­lə məş­ğul olur­lar.

İ.Qu­­li­­yev Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın “Əmək­­dar elm xa­­di­­mi”­dir (2008). O, Cə­­nu­­bi Xə­­zər höv­­zə­­si­­nin pal­­çıq vul­­ka­­niz­­mi və neft­­qaz­­lı­­lı­­ğı­­nın öy­­rə­­nil­­mə­­si üz­­rə sil­­si­­lə iş­­lə­­ri­­nə gö­­rə elm sa­hə­sin­də Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın Döv­­lət Mü­­ka­­fa­­tı lau­rea­tı adı­na la­yiq gö­rül­müş (2010) ilk Azər­bay­can alim­lə­rin­dən bi­ri­dir. Sə­mə­rə­li el­mi fəa­liy­yə­ti­nə gö­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şöh­­rət” or­­de­­ni (2017), “Azər­­bay­­can Xalq Cüm­­hu­­riy­­yə­­ti­­nin 100 il­­li­­yi” yu­­bi­­ley me­­da­­lı (2019), “Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı (2024), Ru­­si­­ya Tə­­bi­­ət Elm­­lə­­ri Aka­­de­­mi­­ya­­sı­­nın “На благо Отечества” fəx­­ri me­­da­­lı (2014), Eco­­World Bey­nəl­xalq eko­lo­ji mü­­sa­­bi­­qə­­si­­nin “За спасение жизни на Земле” or­­de­­ni  ilə təl­tif edil­miş­dir.