GÖRKƏMLİ ALİMLƏR

Sovet kosmik proqramının banilərindən biri, şəxsiyyəti ictimaiyyətdən gizli saxlanılan alim

Sovet kosmik proqramının banilərindən biri, şəxsiyyəti ictimaiyyətdən gizli saxlanılan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Kə­ri­mov Kə­rim­ Əli oğ­lu 4 no­yabr 1917-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­­muş­­dur. Sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, sovet kosmik proqramının banilərindən biri K.Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı.

O, Azərbaycan Sə­na­ye İns­ti­tu­tu­nu (1941) bi­tir­miş­dir. 1942-ci il­də Dzer­jins­ki adı­na Stra­te­ji Ra­­ket Qüv­və­lə­ri Hər­bi Aka­de­mi­ya­sı­na tə­yi­nat al­mış, xü­su­si bi­lik və ba­ca­rı­ğı nə­zə­rə alı­na­raq bir­ba­şa Aka­de­mi­ya­nın 5-ci kur­su­na qə­bul olun­muş­dur. 1943-cü il­də hə­min Aka­de­mi­ya­nı top­çu-mü­­hən­­dis ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir.

K.Kə­ri­mov “So­sia­list Əmə­yi Qəh­rə­ma­nı”, “Sta­lin”, “Le­nin” və döv­lət mü­ka­fa­tları lau­rea­tı ol­muş­dur.

1946-cı il­dən K.Kə­ri­mov bal­lis­tik ra­ket­lə­rin ra­dio-öl­çü sis­tem­lə­ri­nin ya­­ra­­dıl­ma­sı is­ti­qa­mə­tin­də iş­lər apar­mış­dır. Onun el­mi-tex­ni­ki araş­dır­ma­la­rı­nın nə­­ti­cə­sin­də ra­ket­lə­rin da­xi­li pa­ra­metr­lə­ri­nə nə­za­rət edən “Don” ra­dio-öl­çü sis­­te­mi ya­­ra­­dı­l­mış və kos­mik ra­ket­lər­də tət­biq olun­muş­dur. 1950-ci il­də hə­min sis­te­min ya­ra­dı­cı­sı ki­mi K.Kə­ri­mo­va “Sta­lin” mü­ka­fa­tı ve­­ril­­miş­dir. 

Ötən­ əs­rin 50-ci il­lə­rin­də kos­mo­sa uçuş­la­rın in­ten­siv­ləş­mə­sin­də və sü­ni peyk­lə­rin ya­ra­dıl­ma­sın­da K.Kə­ri­mov bir alim və mü­tə­xəs­sis ki­mi da­im ön sı­ra­da ol­muş­dur. Yük­sək sə­viy­yə­li mü­tə­xəs­sis ki­mi qiy­mət­lən­di­ri­lə­rək “Mol­­ni­­ya-1”, “Me­te­or” - me­te­oro­lo­ji və Ye­rin mə­sa­fə­dən zond­la­ma sü­ni peyk­­lə­­rin uçu­şu üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın səd­ri və­zi­fə­si­nə tə­yin olun­muş, 1961-ci il­də in­sa­nın (Y.A.Qa­qa­rin) kos­mo­sa ilk də­fə uçu­şu ilə əla­qə­dar “Le­nin” or­­de­­ni ilə təl­tif edil­miş­dir. Ye­rin mə­sa­fə­dən zond­la­ma sis­tem­lə­ri­nin və is­ti­­qa­­mət­­lən­­di­ril­miş sü­ni pey­kin ya­ra­dıl­ma­sı­na gö­rə “Lenin” mü­ka­fa­tı­na la­yiq gö­­rül­­müş­­dür.

O, 1966-cı il­də kos­mik uçuş­lar üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın səd­ri və­zi­fə­si­nə tə­yin olun­muş­dur. Hə­min ko­mis­si­ya­nın tər­ki­bi­nə gör­kəm­li alim və aka­­de­­mik­­lər – V.P.Mi­­şin, V.P.Qluş­ko, Y.P.Sem­yo­nov və di­gər yük­sək ixtisaslı mü­tə­xəs­­sis­­lər da­xil idi­lər.

K.Kə­ri­mov 1979-cu il­də bey­nəl­xalq uçuş­la­rın təş­ki­li­nə gö­rə Döv­lət Mü­­ka­fa­tı­na, 1987-ci il­də kos­mik fə­za­nın fəth olun­ma­sın­da­kı nai­liy­yət­lə­ri­nə gö­rə ikin­ci də­fə “Le­nin” or­de­ni­nə, “So­sia­list Əmə­yi Qəh­rə­ma­nı” fəx­ri adı­na la­yiq gö­rül­müş­dür.

Kos­mo­nav­ti­ka­nın in­ki­şa­fın­da bö­yük ro­lu­nu və Azər­bay­can Res­pub­li­ka­sı qar­şı­sın­da nai­liy­yət­lə­ri­ni nə­zə­rə ala­raq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1994-cü ildə Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şöh­rət” or­de­ni ilə təl­tif edil­miş­dir.

Ar­til­le­ri­ya ge­ne­ral-ley­te­nan­tı K.Kə­ri­mov­ 30 aprel 2001-ci ildə Azər­bay­can Mil­li Elm­lər Aka­­de­­mi­ya­­sı­nın fəx­ri üz­­vü se­çil­miş­dir.

Kə­rim Kə­ri­mov  2003-cü il­də Mosk­­va şə­hə­rin­də vəfat et­miş­dir.