GÖRKƏMLİ ALİMLƏR

Selenium və telluriumun ikili və üçlü birləşmələrinin yeni qruplarını kəşf edən alim

Selenium və telluriumun ikili və üçlü birləşmələrinin yeni qruplarını kəşf edən alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ab­dul­la­yev Hə­sən Məm­məd­ba­ğır oğ­lu

Ab­dul­la­yev Hə­sən Məm­məd­ba­ğır oğ­lu 1918-ci il av­qus­tun 20-də Cul­fa ra­yo­nu­nun Yay­cı kən­din­də ana­dan ol­muş­dur. O, 1941-ci il­də Azər­bay­can Döv­lət Pe­da­qo­ji İnstitutunun Fi­zi­ka-riyaziy­yat fa­kül­tə­si­ni bi­tir­miş­dir.

O, 1948-ci il­də “Elektron yarımkeçiricilərdə anod polyarizasiyasının temperatur asılılığının tədqiqi” mövzusunda namizədlik, 1954-cü il­də “Selen düzləndiricilərində fiziki proseslərin tədqiqi” mövzusunda dok­torluq dissertasiyalarını müdafiə etmiş, 1957-ci il­də pro­fes­sor el­mi adı­nı al­mış­dır. 1955-ci il­də AMEA-nın müx­bir üz­vü, 1967-ci il­də hə­qi­qi üz­vü, 1970-ci il­də SSRİ EA-nın müx­bir üz­vü se­çil­miş­dir.

Aka­de­mik H.Ab­dul­la­yev Or­du­bad Pe­da­qo­ji mək­tə­bin­də mü­əl­lim (1941-1943), 1944-cü il­dən AEA-nın Fi­zi­ka İns­ti­tu­tu­nun el­mi iş­çi­si, di­rek­tor müa­vi­­ni, 1957-ci il­dən öm­rü­nün son­la­rı­na­dək di­rek­to­ru ol­muş­dur.1968-1970-ci il­lər­də AEA-nın Fi­zi­ka-Ri­ya­ziy­yat və Tex­ni­ka Elm­lə­ri Böl­mə­si­nin aka­­de­­mik-ka­ti­bi, Azər­­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti (1970-1983) və­zi­fə­lə­rin­də ça­lış­­mış­dır.

1968-1993-ci il­lər­də SSRİ EA-nın Ümu­mi Fi­zi­ka və Ast­ro­no­mi­ya böl­mə­­si­­nin, SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin “Ya­rım­ke­çi­ri­ci­lə­rin fi­zi­ka və kim­ya­sı” El­mi şu­­ra­­sı­­nın üz­vü, SSRİ Ali At­tes­ta­si­ya Ko­mis­si­ya­sı­nın üz­vü, 1970-1984-ci il­lər­də 4 də­fə SSRİ və Azər­bay­can Ali So­ve­ti­nin de­pu­ta­tı ol­muş­dur.

H.Ab­dul­la­yev Azər­bay­can­da müa­sir fi­zi­ka­nın, xü­su­si­lə ya­rım­ke­çi­ri­ci­lər fi­zi­ka­sı və tex­ni­ka­sı­nın əsa­sı­nı qoy­muş, hər­tə­rəf­li in­ki­şaf et­dir­miş, yük­sək sə­viy­yə­li fi­zik­lər kol­lek­ti­vi ya­rat­mış­dır. Se­len, tel­lur, on­la­rın bir sı­ra mü­rək­kəb bir­ləş­mə­lə­ri­nin kris­tal­la­rı­nın alın­ma­sı və ət­raf­lı təd­qi­qi, se­len düz­lən­­di­­ri­­ci­­lə­­rin­­də bağ­la­yı­cı tə­bə­qə­nin əmə­lə gəl­mə­si­nin, elekt­ro­for­mov­ka və onun po­zul­­ma­­sı pro­se­si­nin fi­zi­ki tə­biə­ti ilk də­fə onun tə­rə­fin­dən mü­əy­yən­ləş­di­ril­miş­dir. Bu sə­bəb­dən Fizika İns­ti­tu­tu 1957-ci il­də keç­miş it­ti­faq­da se­len və tel­lur­­un təd­qi­qi və on­la­rın əsa­sın­da ci­haz­la­rın ya­ra­dıl­ma­sı üz­rə baş el­mi mər­kəz ki­mi təs­diq edil­miş­dir.

H.Ab­dul­la­yevin rəh­bər­li­yi al­tın­da lay­lı kris­tal qu­ru­luş­lu ye­ni ya­rım­ke­çi­ri­ci ma­te­ri­al­lar alı­na­raq on­la­rın elekt­ron, fo­non spekt­ri, bu spektr­lər­lə kris­tal qu­ru­lu­şu ara­sın­da əla­qə mü­əy­yən­ləş­di­ril­miş, on­lar­da sti­mul­laş­dı­rıl­mış şüa­lan­ma, bərk ci­sim fi­zi­ka­sın­da ye­ni ob­yekt olan elekt­ron-de­şik ma­ye­si, iki­öl­çü­lü elekt­ron qa­zı­nın möv­cud­lu­ğu­nu sü­but edən Holl mü­qa­vi­mə­ti­nin kvant­lan­ma­sı aş­kar edil­miş­dir. Üç­qat lay­lı bir­ləş­mə­lər əsa­sın­da ye­ni seq­ne­toe­lekt­rik ya­rım­ke­çi­ri­ci ma­te­ri­al­lar sin­fi kəşf edil­miş, neyt­ro­noq­ra­fik təd­qi­qat­lar­la on­lar­da nis­bət­siz fa­za­la­rın möv­cud­lu­ğu gös­tə­ril­miş­dir. İlk də­fə ola­raq gör­mə pro­se­sin­də se­le­nin iş­ti­ra­kı haq­da mü­la­hi­zə irə­li sür­müş və bu mü­la­hi­zə­ni təs­diq edən təd­qi­qat­lar apar­mış­dır. Bö­yük elm təş­ki­lat­çı­sı ki­mi nü­fuz qa­zan­mış­dır.

17 mo­noq­ra­fi­ya­nın, 1000-dən ar­tıq el­mi mə­qa­lə­nin, 700-ə ya­xın SSRİ şə­ha­dət­na­mə­li ix­ti­ra­nın, 40 ədəd ABŞ, Fran­sa, Al­ma­ni­ya, İn­gil­tə­rə və b. xa­ri­ci pa­ten­tin mü­əl­li­fi, 200-dən çox fəl­sə­fə və elm­lər dok­tor­lu­ğu dis­ser­ta­si­ya­sı­nın rəh­bə­ri ol­muş­dur.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət mü­ka­fa­tı lau­rea­tıdır, “Əmək­dar elm xa­di­mi­” fəxri adına layiq görülmüşdür. “Qır­mı­zı əmək bay­ra­ğı” və “Le­nin” or­den­lə­ri, “Rə­şa­dət­li əmə­yə gö­­rə” me­dalı, SSRİ EA-nın “S.İ.Va­vi­lov” adı­na qı­zıl me­dalı, Leyp­siq yar­mar­­ka­sı­nın (ADR) bö­yük qı­zıl me­da­lı və s. ilə təl­tif edil­miş­dir.

Aka­de­mik Hə­sən Ab­dul­la­yev 1993-cü il­də Bakı şəhərində və­fat et­miş­dir.