GÖRKƏMLİ ALİMLƏR

5 fundamental elmi nəzəriyyəsi ilə dünyaya səs salmış Lütfi Zadə

5 fundamental elmi nəzəriyyəsi ilə dünyaya səs salmış Lütfi Zadə

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində ana­dan ol­muş­dur.

Tehran Universitetini elektrik mü­həndisliyi ixtisası üzrə bitir­miş­dir (1944). 1959-cu ilə qədər ABŞ-da Massaçusets Tex­nologiya İnstitutunda və Kolumbiya uni­versi­tetlərində magistr, doktorluq elmi dərə­cələri almış, pro­fessor kimi fəaliyyət göstər­mişdir. 1959-cu ildən Berkli Universitetində profes­sor, 1963-cü ildən isə Elektrik mühən­disliyi və kompüter elmləri kafedrasının rəhbəri işləmişdir. Həmin uni­ver­sitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.

5 fundamental elmi nəzəriyyə təklif etmişdir. ABŞ-ın Berkli şəhərində İnfor­masiya Texnologiyası üzrə Zadə İnstitutu (ZİFİT İnstitutu) yaradıl­mışdır.

Elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, infor­masiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzə­riyyədir.

Məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşa­hidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında ida­rəetmə sis­tem­lərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riya­ziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çox­luq. Elmə qeyri-səlis məntiq ölçünün daxil edilməsi təbiətdə və cə­miyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı.

Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlə­rinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiya­ların əsasını təşkil edir.

Sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüter­lərdə in­for­masiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kom­püterlər təxmini məntiqi nəticəçıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat tex­niki modeldir. Təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi in­sanda mövcud olan oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsulla­rını ver­məkdir.

Qeyri-səlis məntiq, idarəetmə və Computing sahəsində 54 beynəlxalq jur­na­lın elmi redaktoru və ya redaksiya heyətinin üzvüdür.

Dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir.

Bir çox xarici ölkə akademiyalarının üzvü idi. Çox sayda mötəbər cəmiy­yətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif olunmuş­dur. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur.

L.Ələsgərzadə (Lütfi Zadə) 2001-ci il mayın 16-da AMEA-nın fəxri (xarici) üzvü seçilmişdir.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə vəfat etmişdir.