GÖRKƏMLİ ALİMLƏR

Azər­bay­can pe­şə­kar mu­si­qi sə­nə­ti­nin və mil­li ope­ra­nın ba­ni­si

Azər­bay­can pe­şə­kar mu­si­qi sə­nə­ti­nin və mil­li ope­ra­nın ba­ni­si

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ha­cı­bəy­li Üze­yir Əb­dül­hü­seyn oğ­lu

Ha­cı­bəy­li Üze­yir Əb­dül­hü­seyn oğ­lu 18 sent­yabr 1885-ci il­­də Şu­şa qə­za­­sı­nın Ağ­ca­bə­di kən­din­də ana­­dan ol­­muş­­­dur. Gör­kəm­li bəs­tə­kar müa­sir Azər­bay­can pe­şə­kar mu­si­qi sə­nə­ti­nin və mil­li ope­ra­nın ba­ni­si ol­muş­dur.  

Ü.Ha­­cı­­bəy­li 1897-1899-cu il­lər­də Şu­şa­nın iki­il­lik rus-ta­tar mək­­tə­­bin­də, 1899-1904-cü il­lər­də Za­­qaf­­qa­zi­ya (Qo­­ri) Mü­əl­­lim­lər Se­­mi­­na­­ri­­ya­­sın­da təh­si­l almışdır. 1904-1905-ci il­lər­də Cəb­ra­yıl qə­za­sı­nın Had­­rut kənd mək­­­tə­­bin­də mü­əl­­lim iş­lə­miş, bu­ra­da rus di­­li, he­­sab, ta­rix və mu­­si­­qi­dən dərs de­miş­­dir. 1905-ci il­də Ba­kı­ya köç­­müş, ədə­bi-pub­li­sis­tik fəa­liy­­­yə­­tə baş­­la­­mış­­dır.

Ü.Ha­cı­bəy­li­nin 1908-ci il yan­va­rın 12-də Ba­kı­da Ha­cı Zey­na­lab­din Ta­ğı­­ye­vin te­at­rın­da gös­tə­ri­lən “Ley­li və Məc­nun” ope­ra­sı ilə tək­cə Azər­­bay­­can­da de­yil, bü­tün mü­səl­man Şər­qin­də ope­ra sə­nə­ti­nin əsa­sı qo­yul­muş­­dur. 1909-1915-ci illərdə xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarının librettosunu yazmışdır.

1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində bəstəkar İlyinskinin xüsusi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik felyetonlar “İqbal” qəzetində nəşr olunmuşdur.

Üç pərdədən ibarət “Ər və arvad” əsəri ilə Azərbaycanda musiqili komediyanın təməlini qoymuşdur.

1919-cu il­də “Azər­­bay­can” qə­ze­ti­nin re­dak­to­ru və­zi­fə­si­nə tə­­yin olun­­muş və 1920-ci il ap­re­­lin 28-dək bu və­­zi­fə­də ça­lış­mış­dır. 1920-ci il­də Ü.Ha­cı­bəy­li xalq kon­ser­va­to­ri­­ya­­sı­nın açıl­ma­sı və mu­si­qi mək­­­­­təb­­lə­ri­nin ye­ni­dən təş­­kil edil­­mə­­si haq­­­qın­­­da Xalq Ma­a­­rif Ko­­mis­­sa­­rı­­na mə­­ru­­zə təq­­dim et­­­miş­­­dir. 1921-ci il­də Ba­kı­da azər­bay­can­lı tə­lə­bə­lər üçün Azər­bay­can Döv­lət Türk Mu­si­qi Mək­tə­bi­ni ya­rat­mış­dır. 1926-cı il­dən Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sın­da fəa­liy­yət gös­tə­rən da­hi bəs­tə­kar bu­ra­da nə­zə­riy­yə, har­mo­ni­ya, Azər­bay­can mu­si­qi­si­nin əsas­la­rı fən­lə­rindən dərs de­miş, kon­ser­va­to­ri­ya ya­nın­da ilk çox­səs­li Azər­bay­can xor kol­lek­ti­vi­ni təş­kil et­miş­dir.

1927-ci il­də Müs­lüm Ma­qo­ma­yev­lə bir­gə ilk “Azər­bay­can türk el nəğ­mə­lə­ri” məc­muə­si­ni nəşr et­dir­miş­dir. O, 1931-ci il­də Azər­bay­can Ra­dio Ko­mi­tə­si ya­nın­da ilk not­lu xalq çal­ğı alət­lə­ri or­kest­ri­ni ya­rat­mış­dır.

1937-ci ilin 30 ap­­re­­lin­­də Ba­­­kı­­da “Ko­­­roğ­­lu” ope­­ra­­sı­­nın ilk ta­­ma­­şa­­sı ol­­­muş­­­dur. 1940-cı il­­də Pyotr İliç Çay­­kovs­­ki adı­­na Mosk­­­va Döv­­­­lət Kon­­ser­­va­­to­­ri­­­ya­­­sın­­da “Azər­­­bay­­­can xalq mu­­­si­­qi­­si­­nin əsas­­la­­rı” möv­­zu­­sun­­da mə­­­ru­­­zə et­­­miş, pro­­fes­­sor elmi adını al­­mış­­dır. 1944-cü ilin de­­kab­­rın­da Azər­bay­can Döv­lət Sim­fo­­nik Or­­kest­­ri­­nə Ü.Ha­cı­bəy­li­nin adı ve­ril­miş­dir. 1945-ci ildə bəs­­­­tə­­ka­rın “Azər­­bay­­­can xalq mu­si­qi­si­nin əsas­­­­­la­­rı” mo­no­q­ra­fi­ya­sı nəşr olun­muş, 1946-cı ildə “Ar­­şın mal alan” ki­no­fil­mi­nin mu­si­qi­si­nin mü­əl­­li­­fi ki­mi “Sta­lin” mü­ka­fa­tı­na la­yiq gö­rül­­müş­­dür.

Ü.Ha­­­cı­­bəy­li­nin ya­­ra­dı­cı­lıq yo­lu Azər­bay­­can mu­­si­­­qi mə­­də­­niy­­yə­­ti­nin in­ki­şaf ta­ri­xi­nin mü­hüm döv­­­rü­nü əks et­­di­rir. O, Azər­bay­ca­nın Döv­lət him­­­­­ni­nin mü­əl­li­fi­dir. 1938-1948-ci illərdə Azər­bay­­can Bəs­tə­­kar­­lar İt­­ti­­fa­qı­nın səd­ri və­zi­fə­sin­də ça­lış­mış, 1928-1929 və 1939-1948-ci illərdə Azər­­bay­­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın pro­fes­­so­­ru və rek­­to­ru ol­muşdur.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılarkən onun ilk təsisçilərindən biri kimi həqiqi üzvü seçilmişdir. 1945-1948-ci illərdə AEA-nın Azər­bay­can İn­cə­sə­nət Ta­ri­­xi İns­­ti­­tu­­tu­­na rəh­bər­lik et­mişdir.

Azər­­bay­ca­nın “Əmək­dar İn­cə­sə­nət Xa­di­mi” (1935) və SSRİ “Xalq ar­tis­ti” (1938) fəxri adlarına layiq görülmüş, “Sta­lin” mü­ka­fa­tı lau­rea­tı (1941), “Le­nin” və “Qır­mı­zı əmək bay­ra­ğı” or­­de­­nləri ilə təl­tif edil­­miş­dir.

Aka­de­mik Üze­yir Ha­cı­bəy­li 1948-ci ildə Ba­kı­ şəhərində və­fat et­mişdir.

Ü.Ha­cı­bəy­li­nin ölü­mün­dən son­ra Azər­­bay­­­can Döv­lət Kon­ser­va­to­­ri­ya­sı, Ba­kı kü­çə­lə­rin­dən bi­ri onun adı­nı da­şı­yır. Ba­kı­da  abi­də­si ucal­­dı­­l­mış, 1959-cu ildə Şu­şa­da və 1975-ci ildə Ba­kı­da Ev mu­zey­lə­ri açıl­mış­dır. Da­hi bəs­tə­ka­rın do­ğum gü­nü Ümum­­mil­li Li­der Hey­dər Əli­ye­vin Sə­rən­ca­mı ilə öl­kə­­miz­də “Mu­si­qi Gü­nü” ki­mi qeyd olu­nur.