GÖRKƏMLİ ALİMLƏR

Azərbaycana yadplanetlilərin gəldiyini iddia edən ufoloq alim

Azərbaycana yadplanetlilərin gəldiyini iddia edən ufoloq alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Fuad Qasımov 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Fuad Qasımov Azərbaycanda ufologiya sahəsində tanınmış alimlərdən biri olmuşdur. O, uzun illər Azərbaycan Aerokosmik Agentliyində çalışmış və burada naməlum uçan obyektlər (UFO) ilə bağlı araşdırmalar aparmışdır.​ Alim uzun müddət Azərbaycan Milli Aerokosmik Agentliyinin Planetin kosmik monitorinqinin elmi əsasları sektorunun müdiri olmuşdur. Texnika elmləri namizədi olan F.Qasımov, həmçinin bir neçə beynəlxalq mərkəz tərəfindən fəxri akademik tituluna layiq görülmüşdür.

Onun araşdırmaları, xüsusilə Xəzər dənizi və Abşeron yarımadası ətrafında müşahidə olunan naməlum obyektlərə yönəlmişdir. 1999-cu ildə o, UNO-nun Bakı buxtasında qəzaya uğradığını və dənizin 80 metr dərinliyində yerləşdiyini iddia etmişdir. Qasımovun bu açıqlamaları, Xəzəryanı ölkələrdə maraq doğurmuş və bu obyektin statusu ilə bağlı müzakirələrə səbəb olmuşdur.​

Belə ki, 12 iyun 1999-cu ildə səhər saat 5 radələrində Xəzər üzərində UNO peyda olur. Dəqiq konturlara malik olan UNO işığın bir neçə qatının fokusunda özünü büruzə verirmiş. Ufoloq Fuad Qasımov bəyan edir ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların “xoşuna” gəlir. Bu ərazilər Abşeronda - Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. F.Qasımovun fikrincə, UNO-ları burada tez-tez görmək olar: “UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır”.

1999-cu ilin iyun ayı. Ufoloq F.Qasımov məlumat yayır ki: “UNO Bakı buxtasında qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir. F.Qasımovun açıqlamasına görə, bu hadisə UNO-ların Xəzərin akvatoriyasında müşahidə bazalarının olmasından xəbər verir. Ufoloq Rusiyadan Azərbaycana ünvanlanan müraciətin mətnindən bir neçə abzası dilə gətirir: “Sizin aşkar etdiyininz naməlum uçan obyekt bir ölkənin mülkiyyəti hesab oluna bilməz. Belə ki, Aşqabad konvensiyasına əsasən, Xəzəryanı ölkələrə yalız suyun təki məxsusdur. UNO isə suyun təkindən kənardadır, ona görə də obyektdən bütün sahilyanı ölkələr birgə istifadə etməlidirlər”.

F.Qasımov mətbuata deyib ki, Rusiya Azərbaycandan bir neçə dəfə UNO-nu almağa cəhd göstərib: “Bu məqsədlə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər ediblər. Səfərlərin gedişində UNO-la bağlı yüksək səviyyədə danışıqlar aparılıb”.

Fuad Qasımovun elmi fəaliyyəti və ufologiya sahəsindəki araşdırmaları, Azərbaycanda bu sahəyə marağın artmasına və geniş ictimaiyyətin diqqətinin cəlb olunmasına səbəb olmuşdur.

Fuad Qasımov 25 may 2009-cu ildə vəfat etmişdir.​