GÖRKƏMLİ ALİMLƏR

Azərbaycanın me­zo­zoy nefti haqqında elmin əsasını qoyan alim

Azərbaycanın me­zo­zoy nefti haqqında elmin əsasını qoyan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu

Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu 1911-ci ildə Şamaxı şəhərin­də anadan olmuşdur. 1935-ci ildə Azər­baycan Neft İns­titutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univer­siteti) fərq­lənmə diplomu ilə bitirmişdir. 1944-cü ildə namizədlik dis­ser­tasiyası müdafiə etmiş və geologi­ya-mine­ralogiya üz­rə elmlər doktoru elmi dərəcəsini almışdır. ­1945-ci ildə Azərbaycan Milli Elmlər Akademi­yasının təsis­çilərindən biri olan alim elə həmin il akademiyanın həqiqi üzvü seçilmişdir.

Ə.Əlizadə əmək fəaliyyətinə 1934-cü ildə “Azneft­kəşfiyyat” trestində başla­mış və orada 1942-ci ilə qədər işləmişdir. 1942-1946-cı illərdə partiyanın rəh­bər orqanlarında fəaliyyət göstərmişdir. 1943-cü ildə yeni neft yataqlarının kəş­finə və mənimsənilməsinə görə Dövlət mükafatına layiq görülmüşdür. 1946-cı ildə kiçikhəcmli elektroperforator cihazını işləyib hazır­ladığına görə, ikinci dəfə Dövlət mükafatına layiq görülmüşdür. 1946-1948-ci illərdə “Azneft” Birliyinin rəisi vəzifəsində işləmişdir. 1948-ci ildə “Azneftkəşfiy­yat” Birliyinə rəis təyin olunmuşdur. 1949-1950-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neftçı­xarma İnstitutunun Türkmənistan filialın­da (Nebit-Dağ) baş mühəndis və geo­loji laboratoriyanın müdiri təyin edil­miş alim Türkmənista­nın neftli-qazlı vila­yətlərinin geologiyasının tədqiqi ilə məşğul olmuşdur. Öz tədqiqatları nəticə­sində Qərbi Türkmənistanda zəngin akçaqıl faunasını kəşf etməsi stratiqrafiya-paleontologiya elmi üçün böyük əhəmiyyət kəsb etmişdir. Akademik 1950-1954-cü illərdə Türkmənistan Dövlət Universite­tinin geologiya kafedrasının və SSRİ Elmlər Akademiya­sının Türkmənistan filialında faydalı qazıntılar bölməsi­nin müdiri vəzifə­sində işləmiş və neogen çöküntülərini tədqiq etmişdir.

Ə.Əlizadə 1954-1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının professoru olmuşdur. Ə.Əli­zadə 1959-1977-ci illərdə Neftçıxarma üzrə Azərbaycan Elmi Tədqi­qat İnstitu­tunun direktoru, 1977-ci ildən etibarən AMEA-nın Geo­lo­giya İns­titu­tunda Regio­nal geologiya və tektonika şöbəsinin və Geodina­mika labora­toriyasının rəhbəri vəzifələrində işləmişdir. Akademik Ə.Əliza­də regional geologiya, geotek­tonika və neft-qaz geologiyası sahəsində böyük mütəxəs­sis, Azərbaycanın və Türkmə­nistanın məhsuldar qat (orta pliosen) çöküntü­lərində neft və qaz yataqlarının əmələgəlməsi qanunauy­ğun­­lu­ğunu müəy­yən edənlərdən və Azərbaycanın me­zo­zoy nefti haqqında elmin əsasını qoyan­lardan, həmçinin paleogenin və neo­genin biostratiqrafik tədqiqatçısı, bir sıra yeni neft və qaz-kondensat yataqla­rını kəşf edənlərdən biri olmuşdur.

Ə.Əlizadənin rəhbərliyilə 60 elmlər və fəlsəfə doktoru hazırlanmışdır. O, 400-dən çox elmi əsərin, o cümlədən 30 monoqrafiyanın müəllifi olmuşdur.

Ə.Əlizadə “SSRİ-nin Fəxri Neftçisi”, Türkmənistan SSR-in Əməkdar Elm və Texnika Xadimi adlarına layiq görülmüşdür.

Akademik Ələşrəf Əlizadə 1985-ci ildə Bakıda vəfat etmişdir.