Azərbaycan Respublikasının əməkdar elm xadimi , Azərbaycan Respublikasının Dövlət mükafatı, “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuş, AMEA-nın sabiq prezidenti (2013–2019), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti
“AMEA Rəyasət Heyəti aparatı nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, SETM-də həyata keçirilən və təkmilləşdirilən ölkəmiz üçün aktual olan strateji əhəmiyyətli müxtəlif təyinatlı elmi-tədqiqat işləri (innovativ layihələr) AMEA-nın əvvəlki nüfuzunun geri qaytarılmasına öz töhfəsini verəcəkdir.”
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, “Zəfər”, “Azərbaycan Bayrağı”, 1-ci dərəcəli "Rəşadət”, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, Vətən Müharibəsi Komandanlarından
“Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyi bir şəraitdə DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiyyət verilir. Bu baxımdan SETM-lə birgə fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə inamımız olduqca böyükdür.”
Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı və “Şöhrət” ordeni ilə təltif olunmuş, AMEA-nın Neft və Qaz İnstitutunun sabiq direktoru (2016-2020), AMEA-nın vitse-prezidenti
“SETM əməkdaşlarına göstərilmiş etimad özunu döğrultmaqdadır. Belə ki, stateji və aktuallığı baxımından həyata keçirilən elmi-tədqiqat işləri üzrə mövcud layihələrin genişləndirilməsi və inkişaf etdirilməsi SETM tərəfindən uğurla davam etdirilməkdədir. AMEA olaraq perspektivdə daha yeni layihələrə imza atmağı planlaşdırırıq. Eyni zamanda SETM-in elmin kommersiyalaşması sahəsində uğurlu fəaliyyəti digər bu kimi elmi-tədqiqat mərkəzləri üçün böyük bir təcrübədir.”
Azərbaycan Respublikasının əməkdar elm xadimi , “Şöhrət” ordenli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (AMEA-nın Kibernetika institututu) sabiq direktoru (1988-2020), AMEA-nın müşaviri
“Hərbi və mülki təyinatlı innovativ layihələrdə SETM-in əməkdaşları tərəfindən idarəetmə sistemlərinin səmərli tətbiqi nəticəsində nümunəvi bir iş ortaya qoymuşdur. Bu baxımdan SETM-in fəaliyyətinin genişləndirilməsi ölkəmizin müdafiə-sənaye kompleksinin inkişafına AMEA-nın dəstəyi kimi qiymətləndirilə bilər.”
Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini - Quru Qoşunlarının keçmiş komandanı (2021–2024), “Qarabağ” ordenli, 1-ci Qarabağ müharibəsi və Vətən Müharibəsinin Komandanlarından
“Fəaliyyəti dövründə SETM bir sıra yenilikçi innovativ həllər təqdim etmiş bir qurumdur. Ölkəmiz üçün hərbi – müdafiə və mülki təyinatlı strateji layihələrin aktuallığını nəzərə alaraq SETM-in bu istiqamətdə reallaşdırdığı layihələr olduqca təqdirəlayiqdir.”
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı
“SETM-in fəaliyyət istiqamətləri və təqdim etdiyi layihələr ölkəmiz üçün strateji önəmə malikdir.”
“Qarabağ”, "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli “Rəşadət” ordenli, 2016-cı ilin Aprel döyüşləri və Vətən Müharibəsinin Komandanlarından
“SETM-də həyata keçirilən strateji layihələrin bəzilərinin son hazır nümunələri (hərbi məmulatlar) real döyüş şəraitində, konkret Vətən Müharibəsi zamanı istifadə edilmişdir. Cəbrayıl, Qubadlı və Laçın istiqamətində döyüşlərdə maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində SETM-in hərbi məmulatlarının istifadəsi zamanı SETM əməkdaşları əsl vətənpərvər kimi misilsiz xidmətlər göstərmişlər. SETM-in hərbi məmulatlarının qarşıya qoyulmuş tələblərə tam cavab verməsinin və texniki parametrlərinə görə real döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilməsinin şahidi olmuşuq.”
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin sabiq rektoru (2022-2024), "Azərbaycan Bayrağı" ordenli, 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı
“SETM-in ölkəmizin hərbi texnologiyalar sahəsində inkişafına təkan verəcək qurumlardan biri olacağına inanırıq.”
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru
“Vətən Müharibəsi zamanı SETM əməkdaşları Cəbrayıl, Qubadlı və Laçın istiqamətində real döyüş şəraitində bəzi elmi-tədqiqat işlərinin (layihələrinin) son hazır nümunələrinin tətbiqi zamanı fədəkarcasına yaxından iştirak etmişlər. Bu isə öz növbəsində onların bu sahədə təcrübələrini daha da artırmaqla cari və perspektiv strateji layihələrin daha da inkişaf etdirilməsinə şərait yaratmış oldu. Bu baxımdan hesab edirəm ki, SETM əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumatlar hərbi təyinatlı ali və orta ixtisas məktəblərində tədris olunmaq üçün aidiyyəti üzrə müvafiq dərsliklərə salınmalıdır. Hətta kursantlar üçün ayrıca dərs vəsaiti kimi çap olunmasını tövsiyyə edərdim.”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın sabiq akademik-katibi (2019-2020), AMEA-nın müxbir üzvü
“SETM-ə cəlb olunmuş gənc mütəxəssislər tərəfindən həyata keçirilən elmi-tədqiqat işlərinin (innovativ layihələrin) uğurlu nəticələri sayəsində AMEA-nın sözügedən istiqamətdə tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Bu isə öz növbəsində gənclərin elmə olan marağının artmasını stimullaşdırır.”
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, “Zəfər” və "Azərbaycan Bayrağı” ordenli, 1-ci Qarabağ müharibəsi və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı, Vətən Müharibəsinin Komandanlarından
“Həyata keçirdiyi və daim təkmilləşdirdiyi cari, eyni zamanda perspektiv layihələri ilə SETM-in yaxın gələcəkdə strateji əhəmiyyətli (hərbi və mülki təyinatlı) qabaqcıl texnologiya istehsalçılarından biri olacağına inanırıq.”
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı, “Zəfər”, "Azərbaycan Bayrağı", 2-ci dərəcəli “Rəşadət”, 3-cü dərəcəli “Rəşadət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli, Vətən Müharibəsinin Komandanlarından
“SETM-də həyata keçirilən strateji əhəmiyyətli hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihələrin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar) üstün texniki göstəriciləri ilə böyük potensiala malikdir”
Azərbaycan Respublikasının müstəqillik tarixində ilk Mühəndis Qoşunları generalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, “Zəfər” və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli, 1-ci Qarabağ və Vətən Müharibəsi iştirakçısı
“Ölkəmizin hərbi müdafiə sənayesinin inkişafı üçün innovativ və effektiv mühəndis həlləri təqdim etmək təcrübəsi olan SETM kimi mühəndislik – texnologiya şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsinə dəstək verilməsi zəruridir”
AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) rəhbərinin sabiq müavini (2019), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (AMEA-nın Kibernetika institututu) laboratoriya müdiri
“Hazırda innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin aidiyyəti üzrə müxtəlif sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastruktur və maddi-texniki bazanın yaradılması SETM üçün prioritet məsələdir. Bu baxımdan SETM elmi yanaşma ilə biznesin real problemlərinin həllində uğurlu fəaliyyət və tərəfdaşlıq nümayiş etdirməkdə olduqca maraqlıdır.”
Əməkdar mühəndis, AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin sabiq müdiri (2013-2020), AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) sabiq rəhbəri (2018-2019), Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tətbiqi Tədqiqatlar üzrə Elmi Şuranın sabiq sədri (2019-2020), AMEA Yüksək Texnologiyalar Parkı Müşahidə Şurasının sabiq üzvü (2017-2020), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavini.
“Hazırda SETM-in uzun illər fundamental elmlə və tədqiqatlarla məşğul olan yüksək ixtisaslı peşəkar heyəti tərəfindən 20-dən çox strateji əhəmiyyətli (hərbi, müdafiə, mülki təyinatlı) innovativ layihələrin icrası və ya təkmilləşdirilməsi işləri uğurla davam etdirilməkdədir. Cari layihələrin bir neçə yekun nümunəsinin aidiyyəti qurumlarla birgə test-sınaq işləri həyata keçirilmiş və uğurlu nəticələr əldə edilərək müvafiq sınaq aktları imzalanmışdır. Eyni zamanda, bəzi hazır nümunələr Vətən Müharibəsi dövründə Cəbrayıl, Qubadlı və Laçın istiqamətində real döyüş şəraitində istifadə olunmuşdur. Strateji əhəmiyyətli innovativ layihələrin həyata keçirilməsi sahəsində SETM-in 9 ilə yaxın təcrübəsi mövcuddur və bu fəaliyyətin daha da genişləndirməsi məqsədilə SETM rəhbərliyi tərəfindən lazımi addımlar atılmaqdadır”
İnnovativ texnologiyalardan istifadə bizə hərbi şəraitdə çox vacib olan sifarişlərin yerinə yetirilməsi üçün tələb olunan vaxtı azaltmağa imkan verir.
İnnovativ texnologiyalar təkmilləşdirilmiş dəqiqliyi təmin etməyə və daha dəqiq qərarlar qəbul etməyə kömək edir.
Avadanlıqların və hərbi personalın mühafizəsi və qorunması üçün innovativ texnologiyalardan istifadə edilir.